Sadə həyat yaşayan milyonçu ULDUZLAR

Sadə həyat yaşayan milyonçu ULDUZLARŞəxsi təyyarələr, dəbdəbəli malikanələr və bahalı zinət əşyaları, adətən, dünya ulduzlarının həyatı ilə əlaqələndirilir. Lakin milyonlarla gəliri olan bəzi məşhurlar şüurlu şəkildə sadə həyat tərzi seçir, qənaətcil yaşayır və nümayişkaranə dəbdəbədən uzaq dururlar.

Lent.az həmin məşhurları təqdim edir.

Keanu Rives

"Matrix" və "John Wick" filmlərinin ulduzu yüz milyonlarla dollar sərvətə malik olsa da, olduqca sadə həyat sürür.

Aktyor Nyu-Yorkda ictimai nəqliyyatdan istifadə edir, adi aviareyslərlə səyahət edir və gündəlik həyatdan uzaq durmur. Rives həm də səxavəti ilə tanınır - o, qazancının böyük hissəsini film çəkiliş qruplarına bağışlayaraq onların kino sənayesinin əsl qəhrəmanları olduğunu vurğulayıb. Onun təvazökarlığı artıq illərdir imicinin ayrılmaz hissəsinə çevrilib.

Cennifer Laurens

Hollivudun ən yüksək qonorar alan aktrisalarından biri olmasına baxmayaraq, Laurens qənaət etməyə çəkinmir.

O, endirim mağazalarına gedir, kuponlardan istifadə edir və lazımsız xərcləri sevmədiyini açıq şəkildə bildirir. Böyük gəlirlərinə baxmayaraq, maliyyəyə praktik yanaşmasını qoruyur və dəbdəbəli həyat haqqında tez-tez zarafat edir.

Kristen Bell

Aktrisa həyat yoldaşı Daks Şipard ilə birlikdə milyonlarla dollar sərvətə malikdir. Lakin onların gündəlik həyatı parlaq dəbdəbədən uzaqdır.

Cütlük rəsmi nikahlarını məhkəmədə çox kiçik bir məbləğə bağlayıb və ailə alış-verişlərini çox vaxt adi mağazalardan edir. Bell kuponlardan istifadə etməyi sevdiyini gizlətmir və uşaqlarını brend kultundan uzaq böyütdüklərini deyir.

Keke Palmer

Palmer ilk milyonunu yeniyetmə yaşlarında qazansa da, maliyyə intizamını qoruyub saxlayır.

O, gəlirlərinin yüksək olmasına baxmayaraq imkanlarına uyğun yaşadığını açıq şəkildə deyir. Aktrisa praktik avtomobillərə üstünlük verir, status simvolu sayılan brendlərin ardınca qaçmır və maliyyə savadlılığının vacibliyini vurğulayır.

Sarah Cessika Parker

"Sex and the City" serialındakı Kerri Bredşou obrazı ilə dəbdəbə ilə assosiasiya olunsa da, real həyatda Parker kifayət qədər sadə yaşayır.

O, tez-tez ikinci əl mağazalarından geyim alır və uşaqlarına əşyaları yenidən istifadə etməyi öyrədir. Aktrisa dəfələrlə bildirib ki, çoxuşaqlı və maddi cəhətdən sadə bir ailədə böyüyüb və həmin dəyərlər bu günə qədər onun həyatında qalır.

Mila Kunis

Kunis həyat yoldaşı Aston Kutçer ilə birlikdə qənaətli həyat tərzi sürür.

Onların nişan üzükləri 200 dollardan da ucuz olub və uşaqları pula dəyər verməyi anlayaraq böyüdülür. Aktrisa bildirib ki, immiqrant valideynləri ona praktik düşünməyi və nümayişkaranə xərclərdən uzaq olmağı öyrədib.

Kov Yun-fat

Honkonq kinosunun əfsanəsi yüz milyonlarla dollar sərvətə sahib olsa da, mümkün qədər sadə həyat sürür.

O, ictimai nəqliyyatdan istifadə edir, adi bazarlarda alış-veriş edir və uzun müddət köhnə telefon işlədib. Aktyor sərvətinin böyük hissəsini xeyriyyə məqsədilə bağışlamağı planlaşdırır və bildirir ki, pul həyatın məqsədi deyil, sadəcə bir vasitədir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 892   Tarix: 06 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13 sentyabr 2021
.

Acun niyə həmişə qara kofta geyinir?

"TV8"in rəhbəri Acun Ilıcalı maraq mövzusu olan qara köynəkləri ilə bağlı suallara aydınlıq gətirib. Axşam.az-a istinadən xəbər verir ki, hər mövsümdə bu tərzdə görünən Acun ona bu cür daha rahat olduğunu və hətta daha 500 ədəd qara kofta sifariş verdiyini açıqlayıb. "Gün ərzində ayaqqab

15 sentyabr 2021
.

Körpəm məni nə zaman eşitməyə başlayır?

Körpəsinin doğulmasını gözləyən ana və atalar, uşaqlarını qucaqlarına alacaqları günü düşünəndə həyəcanlanırlar. Bununla yanaşı, bətndəki körpələri haqqında məlumatlarla da maraqlanırlar. Onlara ən çox maraqlı gələn sual isə budur: Uşağım məni nə vaxt eşitməyə başlayır?. -a istinadən məlumat verir ki

17 sentyabr 2021
.

6 yaşlı Koko geyimləri ilə TƏƏCCÜBLƏNDİRİR - FOTOLAR

Moda 6 yaşlılar üçün ən vacib şey olmaya bilər, amma Koko üçün məsələ bir az fərqlidir. -a istinadən məlumat verir ki, Koko Tokioda mağazası olan bir ailədə dünyaya gəlib. Bu da balaca qızcığazın moda anlayışına çox böyük təsir edib. Hazırda o Yaponiyada bir moda simvolu hesab edilir. Onun "Instagram"d

8 sentyabr 2021
.

Dadına görə yeyilmir, amma...

Şamama digər yemiş növləri kimi şirin olmadığından turş və xoşagəlməz dadına görə yeyilmir, ondan mürəbbə hazırlanmır. Lakin ətrinə görə şərbət, desert və bəzi şirniyyatların hazırlanmasında istifadə edilir. Güclü qoxusu sayəsində meyvəsi, əsasən, müsəlman ölkələrində, İran, Misir və Şimalı Afrika ölkələrind

7 sentyabr 2021
.

Səmada çəkiliş hava döyüşünə çevrildi – VİDEO

Avstraliya çimərliyində adi çəkiliş əsl hava döyüşünə çevrilib. Belə ki, sağsağan drona hücum çəkib və onu qırıb. Bildirilir ki, dronun sahibi də quşdan öz nəsibini alıb. Sosial şəbəkədə həmin anla bağlı görüntülər yayılıb

10 sentyabr 2021
.

"Twitter"də yeni funksiya istifadəyə veriləcək

"Twitter" sosial şəbəkəsinin rəhbərliyi istifadəçilərin oxucu siyahısından çıxarılmasına imkan verəcək bir funksiyanı sınaqdan keçirir. Bu barədə sosial şəbəkənin rəsmi hesabında məlumat verilir. Qeyd olunur ki, digər insanları abunəlikdən çıxarma əvvəlcə yalnız "Twitter"in brauze

9 sentyabr 2021
.

Dördüncü "Matrix"in tizeri yayımlanıb

"Warner Bros." film konserni "The Matrix Resurrections" elmi-fantastik filminin ilk tizerini yayımlayıb. Videoya şirkətin "YouTube" kanalında baxmaq olar. Tizer cəmi 15 saniyədir - orada "Seçim sənindir" yazısı ilə izləyicilərə qırmızı və mavi həblər nümayiş olunu

9 sentyabr 2021
.

Keçi və xoruz toyuğu belə xilas etdi - VİDEO

Hollandiyanın Qelderland əyalətindəki bir fermada keçi və xoruz bir toyuğu ona hücum edən Şahin quşundan xilas edib. -a istinadən xəbər verir ki, sentyabrın əvvəlində 59 yaşlı fermer Caap Bits həyətdə səs eşidib. Şahin quşunun bir toyuğa hücum etdiyi məlum olub. Bu an müşahidə kamerasının videosuna düşüb

16 sentyabr 2021