İsveç Ukraynanın sanksiyalar siyahısında olan gəmini SAXLADI

İsveç Ukraynanın sanksiyalar siyahısında olan gəmini SAXLADIİsveç Sahil Mühafizəsi Qvineya bayrağı altında Sankt-Peterburqa üzən "Caffa" yükdaşıyan gəmisini saxlayıb. Gəmi Ukraynanın sanksiyalar siyahısındadır.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "SVT" nəşri məlumat verib.

"Qara qəhvə" adlandırılan əməliyyat Baltik dənizində, Trelleborq sahillərində gerçəkləşdirilib. Əməliyyatda vertolyotlardan istifadə edilib və onlardan biri yük gəmisinə eniş edib, bundan sonra təhlükəsizlik qüvvələri gəminin göyərtəsinə daxil olublar.

Hazırda gəmi barəsində istintaq tədbirləri davam etdirilir. Ukrayna hakimiyyət orqanlarının versiyasına görə, gəmi Krımdan taxıl oğurluğunda iştirak edib. İsveçin mülki müdafiə naziri Karl-Oskar Bolin izah edib ki, gəminin sığortasız olduğuna dair şübhələr var. Həmçinin iddia edilir ki, gəmi kölgə donanmasına aid bir çox xüsusiyyətlərə malikdir.

"Bildirilir ki, hələ bu yay gəmi bayrağını Rusiyadan Qvineya bayrağına dəyişdirib. Kölgə donanmasının yaratdığı ciddi təhlükəni nəzərə alaraq, hökumət aktiv əks-tədbir görməyi zəruri hesab edir", - deyə Bolin "X" hesabında yazıb.

Qərb ölkələri hesab edirlər ki, kölgə donanması deyilən bu donanmanın gəmiləri Rusiya tərəfindən sanksiyalardan yayınmaqla neft, neft məhsulları və mayeləşdirilmiş təbii qazın daşınması üçün istifadə edilir. Rusiya hakimiyyəti sanksiyaları qanunsuz adlandırır və onların ləğvini tələb edir. Prezident Vladimir Putin xəbərdarlıq edib ki, kölgə donanmasına qarşı tədbirlər də daxil olmaqla, Rusiyaya zərər vurma cəhdləri ilk növbədə bu cür hərəkətlərin təşəbbüskarları üçün problemlərə gətirib çıxaracaq.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 418   Tarix: 07 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama

Ömrünü əbədi yaşamaqla keçirmək arzusunda olan texnologiya milyarderləri əslində vaxtlarını boşuna sərf edirlər. Britaniyalı fizik Cim əl-Xəlili belə qənaətə gəlib. Onun fikrincə, həyatı mümkün qədər uzatmaq uğrunda sonsuz yarışa girməkdənsə, insana verilmiş zamanı dəyərləndirməyi öyrənmək daha vacibdir

20 sentyabr
.

Bu ölkədə niqab qadağan edilir

İtaliyanın Baş naziri Corcia Meloni məktəblərdə niqab və hicabın qadağan edilməsini, həmçinin siniflərdə xarici şagirdlərin sayına limit qoyulmasını nəzərdə tutan qanun layihəsinin yaxın vaxtlarda Nazirlər Şurasında müzakirəyə çıxarılacağını açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, Meloni bun

21 sentyabr
.

CENTCOM 1 milyard bareldən çox xam neftin Hörmüz vasitəsilə təhlükəsiz daşınmasını təmin edib

ABŞ son bir neçə ay ərzində 1 milyard bareldən çox neftin Hörmüz boğazından təhlükəsiz keçidini təmin edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuper "X" sosial şəbəkəsində paylaşılan videomüraciətind

20 sentyabr
.

Avropa qışa hazırlıq üçün Ukraynaya gizli avadanlıq göndərir

Avropa ölkələri qışa hazırlıq məqsədilə Ukraynaya avadanlıq göndərməyə başlayıb, lakin çatdırılmalar ictimaiyyətə açıqlanmır. xəbər verir ki, agentliyin həmsöhbəti qeyd edib ki, "Avropalı müttəfiqlər artıq malik olduqları hər şeylə kömək edirlər: xüsusən də elektrik stansiyaları və istilik avadanlıqlar

21 sentyabr
.

Yerdə maqnit qasırğası gözlənilir: Tarix açıqlandı

Sentyabrın 24-də Günəş səthində əmələ gələn tac dəliyinin planetimizə təsiri nəticəsində maqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun günəş astronomiyası laboratoriyasından məluma

22 sentyabr
.

Trampdan üç nəhəng KİV-lə bağlı sərt qərar: Ağ Evə girişləri qadağan edildi

ABŞ Prezidenti Donald Tramp administrasiyası haqqında yalan məlumatlar yaydıqlarını əsas gətirərək CNN, MS NOW telekanallarının və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə giriş hüququndan məhrum etdiyini bəyan edib. xəbər verir ki, ABŞ dövlət başçısı bu barədə "Truth Social" platformasınd

20 sentyabr
.

Rusiyadan enerji alan ölkələrə 100%-dək rüsum: Tramp qanunu imzaladı

ABŞ administrasiyasının rəhbəri Donald Tramp Konqres tərəfindən qəbul edilmiş, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini imzalayıb. xəbər verir ki, bu barədə Ağ Evin saytında yerləşdirilən bəyanatda bildirilib. Bəyanatda qeyd edilib ki, sentyabrın 18-də Amerika lider

20 sentyabr
.

Edqars Rinkeviç: "Avropa Rusiya raketlərindən qorunmağa hazır deyil"

"Avropa ölkələri pilotsuz aparatlar və hava müharibəsi texnologiyalarının sürətli inkişafından geri qalır. Rusiya ərazisindən həyata keçirilə biləcək potensial raket zərbələrinin qarşısını almaq gücündə deyil". xəbər verir ki, bu fikirləri Latviya prezidenti Edqars Rinkeviç "The Guardian"

20 sentyabr
.

KXDR öz istehsalı olan kamikadze dronları təqdim edib

Şimali Koreya lideri Kim Çen In ölkədəki bir neçə müdafiə müəssisəsinin istehsal sahəsinə baş çəkib. "Report" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb. İstehsal sahələrindən birində dövlət başçısına kamikadze dronların yığılması xətti nümayiş etdirilib

20 sentyabr