Gürcüstanda iki müxalif siyasətçi Dövlət Təhlükəsizlik Xidmətinə dindirilməyə çağırılıb
Gürcüstanda iki müxalif siyasətçi - keçmiş deputat Qubaz Sanikidze və keçmiş müdafiə naziri Tina Xidaşeli Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən dindirilməyə çağırılıblar.
"Report"un yerli bürosu xəbər verir ki, Qubaz Sanikidze sualları yalnız məhkəmə qarşısında cavablandırmaq niyyətində olduğunu bildirib.
"Hazırda hakimin çağırışını gözləyirəm. Əlbəttə ki, hakimin qarşısında bütün suallara cavab verəcəyəm", - o deyib.
Tina Xidaşeli isə Dövlət Təhlükəsizlik Xidmətinə getməyi planlaşdırdığını, lakin dəqiq tarix müəyyən etmədiyini bildirib:
"Gedəcəyəm, amma nə vaxt olacağını hələ bilmirəm".
Məlumata görə, Dövlət Təhlükəsizlik Xidmətinin siyasətçilərə ünvanladığı suallar onların mediada səsləndirdiyi bəyanatlarla bağlıdır. Həmin açıqlamalarda Gürcüstanda İranın təsirinin artdığı iddia olunurdu.
Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti isə açıqlamasında bildirib ki, son günlər bəzi şəxslər Gürcüstanda digər ölkələrdən işçi qüvvəsinin cəlb edilməsi ilə bağlı, o cümlədən terrorizmə dair ittiham və işarələr səsləndiriblər.
Qurum qeyd edib ki, bu bəyanatların həm məzmunu, həm də müəlliflərin motivasiyası diqqətlə araşdırılır. Xüsusilə regionda davam edən hərbi əməliyyatlar fonunda belə iddiaların səsləndirilməsi diqqət mərkəzindədir.
Xidmətdən əlavə ediblər ki, istintaq artıq başlanılıb və açıqlamaların müəllifləri dindirilərək iddialarını təsdiqləyən konkret faktları təqdim etmək imkanı əldə edəcəklər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 497 Tarix: 07 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Süni intellektin səhvi ABŞ və Çin arasında az qala müharibəyə səbəb olacaqdı
Yaz aylarında ABŞ hərbçiləri Yaxın Şərqdə Çinə məxsus gəmini ələ keçirməyə yaxın olublar. Buna səbəb süni intellekt tərəfindən generasiya edilmiş və gəmidə nüvə proqramı komponentlərinin daşındığını səhvən iddia edən kəşfiyyat hesabatı olub. xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Telekanalın məlumatın
19 sentyabrSeul Hörmüz boğazına hərbçi göndərməyəcək
Cənubi Koreya ordusunu Hörmüz boğazına göndərməyəcək. xəbər verir ki, bunu Cənubi Koreya prezidenti Li Ce Myon bildirib. "Qoy aydın olsun. Münaqişədə iştiraka səbəb olacaq heç bir qoşun yeridilməyəcək. Müharibədə iştirak olmayacaq", - deyə Li Ce-myen cümə günü Ryeonghap agentliyinin keçirdiy
18 sentyabrDonald Tramp BMT-də Zelenski ilə görüşməyəcək?
ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirməyi nəzərdə tutsa da, siyahıya Ukrayna lideri Volodimir Zelenskinin adı daxil edilməyib. xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən "Obşestvennoye Novosti" nəşr
19 sentyabrHörmüz boğazından kommersiya gəmiçiliyi 90% azalıb
Hörmüz boğazından kommersiya gəmiçiliyinin həcmi ABŞ və İran arasında qarşıdurma başlamazdan əvvəlki göstəricilərlə müqayisədə 90% aşağı olaraq qalır. "Report" xəbər verir ki, bu, Böyük Britaniyanın Dəniz Ticarət Gəmiçiliyi İdarəsinin (UKMTO) məlumatlarından məlum olur. "Gəmiçilik həcm
20 sentyabrABŞ Konqresində hərb naziri Pit Heqsetə qarşı narazılıq artır
ABŞ Konqresində ölkənin hərb naziri vəzifəsini icra edən Pit Heqsetin fəaliyyətinə qarşı narazılıq getdikcə güclənir. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb. Qeyd olunur ki, qanunvericilər ABŞ hərb nazirinin generalları istefaya göndərərək silahlı qüvvələr
19 sentyabrAvropada Qərbi Nil virusu yayılır: Yoluxanların yarısı bu ölkədədir
İtaliyada 2026-cı ildə Qərbi Nil virusuna 650-dən çox yoluxma qeydə alınıb. Bu, Avropada qeydə alınan bütün yoluxmaların təxminən yarısını təşkil edir. "Associated Press"ə istinadən xəbər verir ki, mütəxəssislər virusun yayılma ərazisinin genişlənməsini və yoluxma mövsümünün uzanmasını temperaturu
20 sentyabrİstanbulda evdən 297 kiloqram narkotik aşkarlanıb
İstanbulun Şişli rayonunda bir evə keçirilən əməliyyat zamanı 297 kiloqram sintetik narkotik vasitə, 520 kiloqram kimyəvi qatqı maddəsi, qarışdırıcı aparat, narkotik vasitələrin hazırlanmasında istifadə olunan avadanlıq və 2 ədəd həssas tərəzi aşkarlanaraq götürülüb. "Report" xəbər verir ki
19 sentyabr