TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbul şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası çərçivəsində Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Omuralıyev ilə görüşüb.
"Report" xəbər verir ki, görüş zamanı Yaxın Şərqdə mövcud təhlükəsizlik vəziyyəti və regionda müşahidə olunan eskalasiya ilə bağlı fikir mübadiləsi aparılıb.
İran İslam Respublikası ərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə qarşı həyata keçirilmiş dron hücumları pislənilib, bu hərəkətlərin beynəlxalq hüququn norma və prinsiplərinə zidd olmaqla yanaşı, regionda gərginliyin artmasına xidmət etdiyi bildirilib.
Artan geosiyasi gərginliklər və beynəlxalq təhlükəsizlik mühitində TDT çərçivəsində həmrəyliyin və koordinasiyanın gücləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyi bildirilib.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 249 Tarix: 07 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
KİV: Almaniya müharibəyə hazırlıq görür
Almaniya mülki infrastrukturunu Avropada baş verə biləcək potensial hərbi münaqişəyə hazırlamaqdadır. Lakin hərbiləşdirmə prosesi üçün dövlət büdcəsində vəsait çatışmadığından, hökumət bu işə özəl sektoru cəlb etməyə çalışır. xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. Agentliyin məlumatın
3 mayABŞ bunker əleyhinə yeni nüvə silahı üzərində işləyir
ABŞ Energetika Nazirliyi növbəti maliyyə ilinin büdcəsinə bunker əleyhinə nüvə başlıqlı yeni, güclü bombanın hazırlanması üçün milyonlarla dollar ayrılmasını təklif edir. "The War Zone" portalına istinadən xəbər verir ki, söhbət yeraltı bunkerləri və digər möhkəmləndirilmiş obyektləri məh
3 mayKİV: İran ABŞ blokadası fonunda neft hasilatını azaldır
İran ABŞ-nin tətbiq etdiyi dəniz blokadası fonunda neft anbarlarının dolmasının qarşısını almaq üçün hasilatı azaltmağa başlayıb. xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Tehran neft anbarlarının tam dolmasını gözləmədən əvvəlcədən hasilatı azaltma
3 mayTramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər
ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahu və Livan Prezidenti Cozef Aun arasında görüşün mayın 11-də Vaşinqtonda baş tuta biləcəyini deyib. "Report" xəbər verir ki, bu barədə diplomatik mənbə "Al Mayadeen" telekanalına məlumat verib. Onun sözlərinə görə
3 mayABŞ İranın blokadası zamanı 48 gəminin qarşısını alıb
ABŞ dəniz blokadasına başlayandan bəri İran limanlarına yönələn və ya oradan çıxmağa çalışan 48 gəminin qarşısını alıb. xəbər verir ki, bu barədə CENTCOM sosial şəbəkədə məlumat yayıb. Bildirilib ki, son 20 gün ərzində İranla əlaqəli 48 gəmi blokadanın icrası məqsədilə marşrutunu dəyişməyə məcbur edilib
3 mayPutin Rusiya gömrükçülərinə PUA-ları vurmağa icazə verib
Rusiya Prezidenti Vladimir Putin ölkənin gömrük orqanlarına pilotsuz uçuş aparatlarına qarşı mübarizə səlahiyyətləri verən qanunu imzalayıb. Bu barədə "Report" "Kommersant" nəşrinə istinadən xəbər verir. Nəşrin məlumatına görə, artıq Rusiyanın gömrük orqanları qurumun obyektlərin
2 mayİsrail Livanın cənubunda "Hizbullah"ın 120 hədəfini məhv edib
İsrail Müdafiə Qüvvələri (İMQ) sutka ərzində Livanın cənubunda "Hizbullah" hərəkatının 120 hədəfini məhv edib. "Report" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib. "Sutka ərzində İsrail Müdafiə Qüvvələri çoxsaylı terror obyektlərinə zərbələr endirib və Livanı
3 mayABŞ Kubada hərbi əməliyyat keçirmək imkanını araşdırır
Vaşinqton mövcud hakimiyyəti devirmək üçün Kubada hərbi əməliyyatın keçirilməsi ehtimalını istisna etmir, lakin hələlik diplomatik vasitələrə üstünlük verir. "Report" xəbər verir ki, bu barədə "Politico" qəzeti ABŞ administrasiyasındakı mənbələrə istinadən yazıb. Qeyd olunub ki, AB
3 may