İsrail ordusu SEPAH-ın Kosmik Qüvvələrinin qərargahına hücum etdiyini açıqlayıb
İsrail Müdafiə Ordusu (SAXAL) Tehrana endirilən növbəti zərbələr dalğası zamanı İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kosmik Qüvvələrinin qərargahına və sursat saxlanılan 50 bunkərə hücum edib.
Oxu.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə İsrail ordusunun mətbuat xidmətinin açıqlamasında bildirilir.
"İsrail Müdafiə Ordusu Tehrana qarşı növbəti zərbələr dalğasını başa çatdırıb. Zərbələr SEPAH-ın Kosmik Qüvvələrinin qərargahına və 50 sursat bunkerinə endirilib. Kosmik Qüvvələrin qərargahı İran rejiminin silahlı qüvvələri ilə əlaqəli İran Kosmik Agentliyi üçün qəbul, ötürmə və tədqiqat mərkəzi kimi xidmət edirdi. Obyektdə tədqiqat mərkəzləri, həmçinin 2022-ci ilin avqustunda orbitə buraxılmış və SEPAH tərəfindən İsrail dövlətini və onun sakinlərini izləmək üçün istifadə olunan peykin idarəetmə strukturu yerləşirdi", - məlumatda deyilir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 699 Tarix: 08 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Niderland Aİ ölkələrini Ukraynaya dəstəyi gücləndirməyə çağırıb
Niderlandın Baş naziri Rob Yetten Avropa İttifaqının (Aİ) liderlərini Ukraynaya dəstəyi gücləndirməyə çağırıb. "Report"un "İnterfaks-Ukrayna"ya istinadən verdiyi xəbərə görə, o, bunu Aİ Şurasının ikigünlük iclasında jurnalistlərə bəyan edib. "Bütün Avropa liderlərini maliyyə
15 oktyabrİran cari ilin qarşıdakı dövründə benzin idxal etməyəcək
İran 2026-cı ilin qarşıdakı dövründə xaricdən benzin idxal etməyəcək. xəbər verir ki, bunu İranın birinci vitse-prezodenti Məhəmmədrza Arif ölkədəki elmi-siyasi, sosial, iqtisadi və beynəlxalq vəziyyətə habelə, sosial kapitalın gücləndirilməsi və əhalinin rifah vasitələrinin təmin edilməsi ilə bağl
15 oktyabrÇinin "Zhuque-2E Y4" daşıyıcı raketi orbitə 10 peyk buraxıb
Çinin CGTN televiziya kanalı bildirib ki, Çin Yer səthini izləmək və peyk internet şəbəkəsi yaratmaq üçün orbitə 10 peyk buraxıb. xəbər verir ki, Zhuque-2E Y4 daşıyıcı raketinin buraxılışı ölkənin şimal-qərbindəki Jiuzhaigou Kosmik Stansiyasının yaxınlığındakı Dongfeng Kommersiya Kosmik İnnovasiya Sına
15 oktyabrGəmidən tullanan qadın 20 saat sonra dənizdə sağ tapıldı - Video
Yunanıstanda kruiz gəmisindən dənizə tullanan 44 yaşlı qadın təxminən 20 saat sonra tapılaraq xilas edilib. "Qafqazinfo" xəbər verir ki, Yunanıstan Sahil Mühafizəsinin məlumatına görə, El Salvador vətəndaşı olan qadın şənbə günü İon dənizində, Zakintos adası yaxınlığında "Odyssey of th
15 oktyabrİsrail ordusu Qəzzada 1,5 kilometr uzunluqda gizli tuneli məhv edib
İsrail hərbçiləri Qəzza zolağının cənubunda Fələstinin HƏMAS hərəkatının döyüşçüləri tərəfindən qazılmış 1,5 kilometr uzunluğunda tuneli məhv ediblər. Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb. "Qəzza zolağının cənubunda mühəndis-istehkam bölmələri "Yahalom"
15 oktyabr