Tramp: "İranda ABŞ-nin razılığı olmadan seçilən yeni lider uzun müddət hakimiyyətdə qala bilməz"
"İranın yeni ali lideri əvvəlcə Vaşinqtonun razılığını almalıdır, əks halda o, uzun müddət hakimiyyətdə qala bilməz".
Oxu.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "ABC News" telekanalına müsahibəsində deyib.
O qeyd edib ki, ABŞ regionda vəziyyətin yenidən gərginləşməsinin qarşısını almaq istəyir və buna görə də İran rəhbərliyində dəyişikliklərin Vaşinqton üçün qəbuledilən olması vacibdir.
ABŞ prezidenti eyni zamanda bildirib ki, mövcud İran hakimiyyəti ilə əlaqəli bir namizədin də təsdiqlənməsi mümkündür. Onun sözlərinə görə, İran rəhbərliyi üçün uyğun hesab edilə biləcək bir çox namizəd var.
D.Tramp əlavə edib ki, Vaşinqton İranın bütün Yaxın Şərq regionunu nəzarətə götürməyi planlaşdırdığını hesab edir və bu səbəbdən mümkün addımların hamısını nəzərdən keçirir. O, həmçinin İranın zənginləşdirilmiş uran ehtiyatlarını ələ keçirmək üçün ABŞ xüsusi təyinatlı qüvvələrinin göndərilməsini də istisna etməyib.
Xatırladaq ki, İranın ali lideri ayətullah Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin həyata keçirdiyi əməliyyat zamanı öldürülüb. Yeni ali lideri 88 nəfərdən ibarət Ekspertlər Şurası seçməlidir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 855 Tarix: 08 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ Avropada hərbi qüvvələrini azaldır: Siyahıda nə var?
ABŞ Avropadakı NATO əməliyyatları üçün əlçatan olan "F-15E" və "F-16" qırıcılarının sayını təqribən 150-dən 100-ə qədər azaltmağı planlaşdırır. xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. Məlumatda bildirilib ki, Ağ Ev NATO əməliyyatları üçün ayırdığı hərb
14 iyunBerlində təhlükəli virus yayılmağa başlayıb
Əvvəllər yalnız cənub bölgələrində rast gəlinən təhlükəli Qərbi Nil virusu, görünür, Almaniyanın paytaxtı Berlində ciddi və uzunmüddətli şəkildə kök salıb. xəbər verir ki, bu barədə "Bild" nəşrinə istinadən Berlinin "Şarite" klinikasının alimləri məlumat yayıblar. Mütəxəssislər 2
14 iyunRusiyanın Ukraynaya hücumları zamanı ölən və yaralananlar var
Ötən sutka ərzində Rusiya hərbçilərinin Ukraynanın Sumı və Zaporojye vilayətlərinə endirdiyi zərbələr nəticəsində üç nəfər ölüb, yeddi nəfər xəsarət alıb. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb. "Ötən sutka ərzində Sumı vilayətini
14 iyunBarak Obama ABŞ prezidenti seçkisində iştirak etmək üçün ərizə verib
Kaliforniya qubernatorluğuna keçmiş namizəd Barak Obama Şou 2028-ci ildə ABŞ-də keçiriləcək prezident seçkisində iştirak etmək üçün namizədlik ərizəsi təqdim edib. xəbər verir ki, bu barədə "New York Post" qəzeti məlumat yayıb. Demokrat Barak Obama Şou may ayında Kaliforniya qubernatorluğ
14 iyunİran Hörmüz boğazı ilə bağlı geri addım atdı
İran ABŞ ilə münaqişənin nizamlanmasına dair mümkün saziş çərçivəsində Hörmüz boğazından keçən gəmilərdən rüsum almamağa razılaşıb. xəbər verir ki, bu barədə "Fox News" telekanalı ABŞ administrasiyasının yüksəkvəzifəli rəsmisinə istinadən məlumat yayıb. "İran strateji boğazı açacaq v
14 iyunPentaqon üçüncü dəfə məxfilikdən çıxarılan UNO materiallarını yayımlayıb
ABŞ-nin Müharibə Nazirliyi uçan naməlum obyektlər - anomal hadisələr haqqında üçüncü dəfə məxfilikdən çıxarılan materialları yayımlayıb. "Report"un məlumatına görə, bu barədə Pentaqonun mətbuat katibi Şon Parnell açıqlama verib. "Müharibə Nazirliyi üçüncü dəfə naməlum anomal hadisələ
13 iyun