Yer kürəsinin əsas sirrlərindən biri həll edildi: Planetimizin əsl yaşı açıqlandı
Yer planetinin həqiqi yaşı uzun müddət alimlər arasında mübahisə mövzusu olub. İndi isə tədqiqatçılar bu suala daha dəqiq cavab tapmağa yaxınlaşıblar.
Qaynarinfo xəbər verir ki, bu barədə "Indian Defence Review" nəşri yazır.
Amerika Kimya Cəmiyyətinin (ACS) jurnalında dərc olunan yeni araşdırmada geoxronologiyada - Yer kürəsinin yaşını radioaktiv parçalanma vasitəsilə müəyyən edən elm sahəsində - "sirkon" mineralının rolu izah edilir.
Alimlər qədim sirkon kristallarında uranın parçalanma prosesini araşdıraraq Yer planetinin real yaşının təxminən 4,54 milyard il olduğu qənaətinə gəliblər.
Geoloq Rudi Molinekin sözlərinə görə, bu proses radioaktiv parçalanma ilə bağlıdır.
"Alimlərin ana izotop adlandırdığı uran radioaktiv şəkildə parçalanaraq qurğuşuna çevrilir. Bu proses zamanı atom nüvəsindən proton və neytronlar ayrılır. Qurğuşuna çevrildikdən sonra isə atom sabit olur və artıq radioaktiv sayılmır", deyə o izah edib.
Alimlər bildiriblər ki, uran izotopları milyardlarla il ərzində tədricən qurğuşuna çevrilir və bu proses dəqiq zaman miqyası yaradır. Bu zaman miqyası süxurların və mineralların yaşını dəqiq müəyyən etməyə imkan verir.
Araşdırmada vurğulanır ki, sirkon bu proses üçün xüsusilə faydalı mineraldır. Çünki o, uranı özündə saxlayan, lakin qurğuşunun daxil olmasına imkan verməyən xüsusi şəraitdə formalaşır. Nəticədə sirkon kristalları formalaşdıqları dövrdə mövcud olan uran izotoplarını qoruyub saxlayan bir növ "zaman kapsulu" rolunu oynayır.
Bundan əlavə, sirkon Yer planetinin formalaşma prosesini anlamaqda da mühüm rol oynayır. Alimlərin sözlərinə görə, Kanadada yerləşən "Akasta" qneysində tapılmış və yaşı təxminən 4,02 milyard il olan ən qədim sirkon kristalları Yer kürəsinin erkən dövrləri haqqında çox qiymətli məlumatlar təqdim edir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1085 Tarix: 10 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İran ABŞ-ın hərbi əməliyyatları bərpa etməyə hazırlaşdığını bildirib
İranın Mərkəzi Hərbi Komandanlığı ABŞ-ın bölgədəki bir sıra ölkələrin dəstəyi ilə İslam Respublikasına qarşı hərbi əməliyyatları bərpa etmək hazırlıqları barədə məlumata malik olduğunu açıqlayıb. xəbər verir ki, bəyanatda qeyd olunur ki, ABŞ-ın hər hansı bir hücumundan sonra bölgədəki ABŞ hərbi bazaların
21 sentyabrKXDR öz istehsalı olan kamikadze dronları təqdim edib
Şimali Koreya lideri Kim Çen In ölkədəki bir neçə müdafiə müəssisəsinin istehsal sahəsinə baş çəkib. "Report" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb. İstehsal sahələrindən birində dövlət başçısına kamikadze dronların yığılması xətti nümayiş etdirilib
20 sentyabrTrampdan üç nəhəng KİV-lə bağlı sərt qərar: Ağ Evə girişləri qadağan edildi
ABŞ Prezidenti Donald Tramp administrasiyası haqqında yalan məlumatlar yaydıqlarını əsas gətirərək CNN, MS NOW telekanallarının və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə giriş hüququndan məhrum etdiyini bəyan edib. xəbər verir ki, ABŞ dövlət başçısı bu barədə "Truth Social" platformasınd
20 sentyabr"Ərini oğurlamışıq, pul ver!" - Mesajların arxasından görün kim çıxdı
Argentinada polis həyat yoldaşından pul almaq üçün özünün oğurlanmasını uydurmaqda şübhəli bilinən kişini saxlayıb. bu barədə "Noticias24" nəşrinə istinadən xəbər verir. Rosario şəhərinin sakini ərinin telefonundan guya onun oğurlanması ilə bağlı mesajlar gəlməyə başladıqdan sonra polisə müraciə
20 sentyabrYerdə maqnit qasırğası gözlənilir: Tarix açıqlandı
Sentyabrın 24-də Günəş səthində əmələ gələn tac dəliyinin planetimizə təsiri nəticəsində maqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun günəş astronomiyası laboratoriyasından məluma
22 sentyabrƏbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ömrünü əbədi yaşamaqla keçirmək arzusunda olan texnologiya milyarderləri əslində vaxtlarını boşuna sərf edirlər. Britaniyalı fizik Cim əl-Xəlili belə qənaətə gəlib. Onun fikrincə, həyatı mümkün qədər uzatmaq uğrunda sonsuz yarışa girməkdənsə, insana verilmiş zamanı dəyərləndirməyi öyrənmək daha vacibdir
20 sentyabrVuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
Avropanı karbohidrogenlərin və yanacağın dünya bazarındakı qiymətlərinin artması səbəbindən ciddi iqtisadi problemlər gözləyir. "Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Ukraynanın Bukovel şəhərində keçirilən "Karpat təşəbbüsü" görüşündə çıxı
20 sentyabrRusiya Kiyev, Dnepr və Ukraynanın digər şəhərlərinə zərbələr endirib
Rusiya ordusu Ukrayna şəhərlərinə raket və pilotsuz təyyarələrlə zərbələr endirib. xəbər verir ki, Ukrayna paytaxtının meri Vitali Kliçkonun sözlərinə görə, Kiyevin Dnepropetrovsk rayonundakı beşmərtəbəli yaşayış binasına zərbə endirilib. Binanın birinci mərtəbəsi qismən dağılıb, zirzəmidə isə yanğı
22 sentyabr