Vaşinqtonda Tramp və Epşteynin səmimi heykəlini nümayiş etdiriblər - VİDEO

Vaşinqtonda Tramp və Epşteynin səmimi heykəlini nümayiş etdiriblər - VİDEOABŞ-ın paytaxtı Vaşinqton şəhərində yerləşdirilən və Donald Trump ilə Cefri Epşteyni əl-ələ təsvir edən heykəl mübahisələrə səbəb olub.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Şəhərin məşhur National Mall ərazisinə qoyulan sənət əsəri həm dəstək, həm də kəskin tənqidlə qarşılanıb. "Best Friends Forever" ("Sonsuza qədər ən yaxşı dostlar") adlandırılan heykəlin anonim sənətçi qrupu tərəfindən hazırlandığı bildirilir.

Məlumata görə, heykəldə Donald Tramp və Cefri Epşteynin əl-ələ tutduğu təsvir edilib. Sənət əsərinin müəllifləri bunu Trampın keçmişdə Epşteylə olan əlaqələrinə eyham vuran siyasi etiraz işi kimi təqdim ediblər.

Heykəlin quraşdırılmasından qısa müddət sonra mövzu sosial şəbəkələrdə və paytaxtda geniş müzakirələrə səbəb olub. Bəzi ziyarətçilər əsəri söz azadlığının və siyasi sənətin nümunəsi kimi qiymətləndiriblər, digərləri isə onu təxribat xarakterli hesab ediblər.

Rəsmilər bildiriblər ki, heykəl əvvəlcə icazə şərtlərinə uyğun olmadığı üçün ərazidən götürülüb, lakin daha sonra yenidən sərgilənib. Mübahisəli sənət əsəri paytaxtda ifadə azadlığı və siyasi sənət mövzusunda müzakirələri yenidən gündəmə gətirib.

Heykəlin qarşısında toplaşan ziyarətçilər arasında həm onu dəstəkləyən, həm də tənqid edənlərin olduğu qeyd edilir. Müəlliflər isə əsərin məqsədinin Trampın vaxtilə Epşteynlə eyni sosial mühitdə olmasını tənqid etmək olduğunu bildiriblər. Donald Tramp isə daha əvvəl Epşteynlə əlaqələrini illər əvvəl kəsdiyini açıqlamışdı.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 867   Tarix: 11 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Almaniya və Oman Hörmüz və Bab-əl-Məndəb boğazlarındakı vəziyyəti müzakirə ediblər

Almaniyanın xarici işlər naziri Yohan Vadeful omanlı həmkarı Bədr əl-Busaidi ilə telefon danışığı zamanı Yaxın Şərqdəki vəziyyəti müzakirə edib. "Report" xəbər verir ki, bu barədə Vadeful "X" sosial şəbəkəsində yazıb. "Mənim həmkarım, Omanın xarici işlər naziri Bədr əl-Busaid

19 sentyabr
.

Bolqarıstan səfirini geri çağırdı və vəzifəsindən azad etdi

Bolqarıstanın Xarici İşlər Nazirliyi korrupsiya əməllərində şübhəli bilindiyi üçün ölkənin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri İvan Yordanovu geri çağırıb. xəbər verir ki, bu barədə Bolqarıstanın "Fokus" nəşri məlumat yayıb. Bildirilir ki, Bolqarıstanın xarici işlər naziri Velislav

19 sentyabr
.

Macarıstan gələn ilin oktyabrına qədər Rusiya qazından imtina etməyə hazırlaşır

Macarıstan hesab edir ki, Avropa İttifaqının Rusiya qazından imtina üçün müəyyən etdiyi müddətə - 2027-ci ilin oktyabrına qədər ölkənin qaz tələbatı qeyri-Rusiya mənbələri hesabına da təmin olunacaq. xəbər verir ki, bu barədə Macarıstanın iqtisadiyyat və energetika naziri İştvan Kapitan "Telex"

18 sentyabr
.

Əbu-Dabidə adada yarım milyardlıq toy edəcəklər?

"Miss Rusiya 2024" və "Miss BRİKS 2026"titullarının sahibi Valentina Alekseyeva biznesmen sevgilisi İlya Mitelmanla ailə qurur. Axşam.az xəbər verir ki, "Mash" teleqram kanalının məlumatına görə, 20 yaşlı modellə 30 yaşlı biznesmenin toyu Əbu-Dabidə keçiriləcək və indidə

20 sentyabr
.

Rusiyada ayılara görə komendant saatı tətbiq edildi

Rusiyanın İrkutsk vilayətinin Baykalsk şəhərində qəhvəyi ayıların mütəmadi olaraq şəhər ərazisinə daxil olması və insanlara hücum etməsi səbəbindən komendant saatı tətbiq olunub. xəbər verir ki, bu barədə şəhər administrasiyası məlumat yayıb. Qərara əsasən, Baykalsk sakinləri və şəhərə gələn qonaqla

19 sentyabr
.

ABŞ Konqresində hərb naziri Pit Heqsetə qarşı narazılıq artır

ABŞ Konqresində ölkənin hərb naziri vəzifəsini icra edən Pit Heqsetin fəaliyyətinə qarşı narazılıq getdikcə güclənir. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb. Qeyd olunur ki, qanunvericilər ABŞ hərb nazirinin generalları istefaya göndərərək silahlı qüvvələr

19 sentyabr
.

Bu ölkə Fransanın məşhur telekanalının yayımını dayandırdı

Qvineya Fransa dövlət telekanalı olan "France 24"ün ölkə ərazisində yayımına tamamilə qadağa qoyub. Qərbi Afrika ölkəsinin rəhbərliyi kanalı tabesizlikdə və Prezident Mamadi Dumbuyanın ünvanına təhqiramiz hesab edilən ifadələr işlətməkdə təqsirləndirib. xəbər verir ki, bu barədə məlumatı Duba

20 sentyabr
.

Süni intellektin səhvi ABŞ və Çin arasında az qala müharibəyə səbəb olacaqdı

Yaz aylarında ABŞ hərbçiləri Yaxın Şərqdə Çinə məxsus gəmini ələ keçirməyə yaxın olublar. Buna səbəb süni intellekt tərəfindən generasiya edilmiş və gəmidə nüvə proqramı komponentlərinin daşındığını səhvən iddia edən kəşfiyyat hesabatı olub. xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Telekanalın məlumatın

19 sentyabr
.

Gürcüstanda zəhərlənən uşaqların sayı 100-ü ötüb

Gürcüstanda uşaq bağçalarında baş verən zəhərlənmə səbəbindən 100-dən çox azyaşlı xəstəxanaya yerləşdirilib. ölkənin birinci kanalına istinadən xəbər verir ki, bunu səhiyyə naziri Mixeil Sarcveladze məlumat yayıb. Nazir qeyd edib ki, qeydə alınan halların heç birində hər hansı bir fəsad və ya ciddi təhlük

19 sentyabr