Şəhərin ən sıx yolunda yaranan tıxacın səbəbi evlilik təklifi imiş - VİDEO
İstanbulun ən işlək nöqtələrindən birində baş verən evlilik təklifi hadisəsi həm romantik anlara, həm də ciddi narazılığa səbəb olub.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, işlək yolun ortasında edilən sürpriz təklif nəticəsində yol bir müddət tamamilə bağlanıb və uzun avtomobil tıxacı yaranıb.
Hadisə metropol şəhər İstanbulun sıx hərəkətli küçələrindən birində qeydə alınıb. Görüntülərə əsasən, gənc lüks avtomobilini yolun ortasında saxlayaraq nəqliyyatın hərəkətini dayandırıb. Daha sonra avtomobildən enən gənc, dostlarının yandırdığı məşəllərin fonunda sevgilisinin qarşısında diz çökərək ona evlilik təklifi edib.
Romantik an yaratmaq istəyən gəncin bu addımı isə arxada gözləyən sürücülərin narazılığı ilə qarşılanıb. Uzun müddət hərəkət edə bilməyən sürücülər siqnallarla etirazlarını bildiriblər. Həmin siqnal səsləri isə sosial şəbəkələrdə yayılan videonun fonuna çevrilib.
Gözlənilməz anda evlilik təklifi alan gənc qız isə təəccübünü gizlədə bilməyib. Böyük sevinc yaşayan qız "Bəli" cavabını verərək gəncə sarılıb.
Hadisənin görüntüləri qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb və müzakirələrə səbəb olub. Bəzi istifadəçilər bu addımı sərt tənqid edərək "Öz xoşbəxtliyiniz naminə minlərlə insanın haqqını tapdalaya bilməzsiniz. Bu romantika deyil, yol hərəkətinə hörmətsizlikdir" fikrini səsləndiriblər. Digərləri isə gənclərin bu xoş anına daha anlayışla yanaşmağın lazım olduğunu bildiriblər.
Qeyd olunur ki, bu cür hallarda hüquq-mühafizə orqanları tərəfindən "yol hərəkətinin qarşısını alma" və "ictimai asayişi pozma" kimi maddələr üzrə inzibati tədbirlər görülə bilər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 712 Tarix: 12 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qız övladı atanın ömrünü uzadır - Alimlər sübut etdi
Alimlərin apardığı maraqlı araşdırmalardan biri qız övladları ilə ataların uzunömürlülüyü arasında əlaqə olduğunu göstərib. -a istinadən xəbər verir ki, atanın hər bir qız övladı onun ömrünün orta hesabla 74 həftə daha uzun olması ilə əlaqələndirilib. Bu, təxminən 1 il 5 ay deməkdir. Maraqlıdır ki, həmi
4 oktyabrOrta ömür uzunluğu pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşdı
Dünyada orta ömür uzunluğu COVID-19 pandemiyasının yaratdığı geriləmədən sonra yenidən artmağa başlayıb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Məlumata görə, 2023-cü ildə qlobal orta ömür uzunluğu 73,3 yaşa çatıb və bu göstərici pandemiyadan əvvəlki 73,4 illik səviyyəy
4 oktyabrƏti yenidən dondurmaq olar?
Əti təkrar dondurmaq mümkündür, lakin yalnız müəyyən şərtlərə əməl edildikdə. Əgər əridilmə və saxlanma qaydaları pozularsa, məhsul təhlükəli ola bilər. Ətin yenidən dondurulmasının təhlükəsiz olub-olmaması əsasən onun necə əridilməsindən asılıdır. Bundan başqa, təkrar dondurma ətin dadını və teksturasın
11 oktyabrBu iki paltarı heç vaxt bir yerdə yumayın
Bir çoxumuz vaxta qənaət etmək üçün bütün paltarları eyni səbətdə toplayıb birlikdə yuyuruq. Lakin mütəxəssislər ağır qış geyimləri ilə həssas parçaların heç vaxt eyni qazanda yuyulmaması lazım olduğunu bildirirlər. xəbər verir ki, həssas geyimlər adətən tor içində, soyuq suda yuyulmalıdır. Ağır parçala
10 oktyabrYemək bişirəndə bu səhv qaz xərcinizi artırır - Qənaətin sadə yolu
Yemək bişirərkən qaz gözünü qabın ölçüsünə uyğun seçməmək əlavə qaz sərfiyyatına səbəb olur. Kiçik görünən bu səhv zamanla xərcləri artıra bilər. Qaza qənaət etməyin ən sadə yollarından biri qazanın və ya tavanın ölçüsünə uyğun qaz gözündən istifadə etməkdir. Kiçik qazanı böyük qaz gözünün üzərinə qoyma
11 oktyabrLimon alarkən ehtiyatlı olun
Limon seçərkən qabığında yumşalmış və sulu ləkələrə bənzəyən hissələrin olub-olmadığını yoxlamaq lazımdır. Belə sahələr kiflənmənin ilkin əlaməti ola bilər. Kaliforniya Universitetinin Lindkov Tədqiqat və Məsləhət Mərkəzinin sitrus bitkiləri üzrə mütəxəssisi Sandipa Qautam limon seçərkən nələrə diqqə
10 oktyabrBalığın sümüyü boğazınızda qalarsa... bu səhvi etməyin
Çörək, düyü və maqqaş boğazda qalan balıq sümüyünü çıxarmaq üçün insanların tez-tez əl atdığı üsullardandır. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu üsullardan bəziləri vəziyyəti daha da ağırlaşdıra və müalicəni çətinləşdirə bilər. xarici mediaya istinadən xəbər verir ki, balıq yeyərkən xırd
4 oktyabrTelefonun yaddaşı dolub? Fotolardan əvvəl bu 5 tətbiqi yoxlayın
Android telefonunuzda boş yer azalıbsa, foto və videoları silməyə tələsməyin. Yaddaşda yer tutan bəzi tətbiqlərin funksiyaları artıq Google xidmətlərində mövcuddur. Eyni işi görən əlavə proqramlardan imtina etməklə müəyyən qədər yer boşaltmaq mümkündür. xarici mediaya istinadla xəbər verir ki, "CHIP.de"
4 oktyabr