Reanimasiya yatan İlber Ortaylının vəziyyəti açıqlandı
Türkiyənin tanınmış tarixçilərindən olan İlber Ortaylı xəstəxanaya yerləşdirilib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, tarixçi və yazıçı, professor İlber Ortaylı səhhətində yaranan problemlər səbəbindən bir müddətdir xəstəxanada müalicə alır. Məlumata görə, o artıq beş gündür reanimasiya şöbəsində həkim nəzarəti altında saxlanılır.
Ailəsi sosial şəbəkə vasitəsilə yaydığı açıqlamada bildirib ki, "İlber Ortaylının beş gündür reanimasiya şöbəsində müalicəsi davam edir. Vəziyyəti stabildir. O, öz sahəsində çox peşəkar həkim heyəti tərəfindən böyük diqqətlə nəzarətdə saxlanılır. Ümid edirik ki, hər kəsin xoş arzuları və duaları da ona kömək olacaq".
78 yaşlı alim tarix sahəsindəki elmi fəaliyyəti ilə yanaşı, yazdığı kitablar və populyar çıxışları ilə də geniş oxucu auditoriyasına xitab edib. Onun tanınmış əsərləri arasında "İmparatorluğun En Uzun Yüzyılı", "Osmanlı’yı Yeniden Keşfetmek", "Tarihin İzinde" və "Bir Ömür Nasıl Yaşanır" yer alır. Bu əsərlər tarixə maraq göstərən oxucular arasında geniş yayılıb və böyük maraqla qarşılanıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 492 Tarix: 12 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda qolları olmayan körpə doğuldu: Anası İMTİNA ETDİ - FOTO
Bakının Sabunçu rayonunda yerləşən tibb müəssisələrindən birində anadangəlmə yuxarı ətrafları (qolları) olmayan körpə dünyaya gəlib. "Unikal"a istinadən xəbər verir ki, doğuşdan sonra körpənin anası övladından rəsmi şəkildə imtina edib. Faktı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind
9 sentyabrLəman Ələşrəfqızı bu kanalda aparıcı olacaq
Tanınmış jurnalist Ləman Ələşrəfqızı bundan sonra həm də "Space TV"də çalışacaq. xəbər verir ki, o sözügedən televiziya kanalında "Qırmızı xətt" verilişinin aparıcısı olacaq. Bu barədə kanalın rəsmi sosial şəbəkə hesabında bildirilib. Yeni layihəsi barədə fikirlərini bölüşən Ləma
10 sentyabrBu məktəblərdə təhsil haqqı YÜKSƏKDİR: Səbəb nədir? - AÇIQLAMA
Özəl məktəblərdə təhsil haqlarının yüksək olması əsasən müəllim heyəti, məktəbin maddi-texniki imkanları, beynəlxalq və əlavə tədris proqramları, nəqliyyat, qidalanma və digər xidmətlərlə əlaqələndirilir. Azərbaycanda özəl məktəblərin illik təhsil haqları məktəbdən məktəbə ciddi şəkildə dəyişir və bəz
9 sentyabrBu atları saxlayanlara 1000 manat veriləcək
"Qarabağ" və "Dilbaz" atlarının saxlanmasına subsidiya veriləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Milli at cinslərinin qorunması və sayının artırılması məqsədilə qeydiyyata alınmış "Qarabağ" və "Dilbaz"
10 sentyabrHəmin "zipline"da avqustda da ciddi problem olubmuş - Video
Şəkinin Baş Küngüt kəndi ərazisində yerləşən "Şəki yaylası" istirahət mərkəzindəki "zipline"nın kanat xəttində əvvəllər də ciddi texniki problemlər yarandığı məlum olub. "Qafqazinfo" Ölkə.az-a istinadən xəbər verir ki, belə hadisələrdən biri avqustun 19-da baş verib. Bel
10 sentyabrAtasının həbsdən çıxmasından danışdı: "Məni görəndə şok oldu"
Məşhur "Çudo Peçka" şirniyyat mağazaları şəbəkəsinin sahibi Çingiz Cəlilovun oğlu, Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov atasının həbsdən azadlığa çıxmasından danışıb. Axşam.az xəbər verir ki, A.Cəlilov bu haqda Elgiz Əkbərin "YouTube" proqramında sualları cavablandırarkə
10 sentyabr