"XIII Qlobal Bakı Forumunda müzakirə edilən məsələlər təkcə regionda deyil, dünyada sülhün təşviqinə töhfə verəcək"- DEPUTAT

"XIII Qlobal Bakı Forumunda müzakirə edilən məsələlər təkcə regionda deyil, dünyada sülhün təşviqinə töhfə verəcək"- DEPUTAT"XIII Qlobal Bakı Forumunda müzakirə edilən məsələlər təkcə regionda deyil, dünyada sülhün təşviqinə töhfə verəcək".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, bu gün ölkəmiz daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi edib:

"Bu gün Gülüstan sarayında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması" mövzusunda XIII Qlobal Bakı Forumu öz işinə başlayıb. Bu gün Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq platformaya çevrilib. Qlobal Bakı Forumu geniş fikir müxtəlifliyini təmsil edən insanları neytral və mehriban bir mühitdə bir araya gətirməklə yanaşı həm onların dünyanın qlobal çağırışları ilə bağlı fikir mübadiləsi aparmasına imkan yaradır. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 2012-ci il sentyabrın 30-da böyük mütəfəkkirin Vətəni Gəncədə keçirilmiş xüsusi toplantıda təsis edilib. Hazırda Mərkəz qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq təsisata çevrilib. Hazırda Mərkəzin təşkil etdiyi tədbirlərə dünya səviyyəsində maraq ildən-ilə artmaqdadır. Azərbaycanın belə mühüm forumlara ev sahibliyi etməsi, ildən-ilə iştirakçıların sayında nəzərəçarpan artım ölkəmizə olan diqqət və etimadın, dövlətimizin başçısı İlham Əliyevin siyasətinə dəstəyin ifadəsidir".

Deputat vurğulayıb ki, cənab prezident İlham Əliyevin həyata keçirdiyi müdrik siyasət nəticəsində bu gün Azərbaycan bir çox mühüm problemlərin həllinə yönəlmiş tədbirlərə ev sahibliyi edən ölkəyə çevrilib:

"Bu gün Azərbaycanın günbəgün artan beynəlxalq nüfuzu, beynəlxalq məsələlərin tənzimlənməsində mühüm rol oynayır. Məhz buna görə də ölkəmiz çox vacib beynəlxalq forumlara və tədbirlərə ev sahibliyi edərək, qlobal və regional sabitliyə töhfəsini verir.Azərbaycan Prezidenti cənab İlham Əliyev XIII Qlobal Forumun açılış mərasimindəki çıxışında növbəti dəfə dünyada və regionumuzda baş verən proseslər və digər aktual mövzularla bağlı fikirlərini söylədi. Cənab Prezidentin də qeyd etdiyi kimi Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bu gün aparıcı beynəlxalq təsisatlardan biri kimi burada bir çox məsələlər müzakirə olunur. Təşkilat yaxşı beynəlxalq nüfuza malikdir. Bu gün təşkilatın sistemli yanaşmaların, dəyişən beynəlxalq vəziyyətə aid olan məsələlərə mövqeyin formalaşmasında böyük rolu var.

Qlobal Bakı Forumu və dünyanın müxtəlif ölkələrindən gəlmiş ekspertlərin bir araya gətirilməsi bu problemlərin həllinə töhfə verən çox önəmli platforma kimi bundan sonra öz töhfələrini verəcək. Ən önəmlisi isə bu cür tədbirlər qlobal əməkdaşlığı gücləndirir və problemlərin həllində beynəlxalq təcrübə mübadiləsini təmin edir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 640   Tarix: 12 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Onlar pulsuz xidmət göstərməsələr, 18 manat ödəyəcəklər - Yeni qayda

Azərbaycanda "Pulsuz hüquqi yardım haqqında" yeni qanun qəbul ediləcək. Qanunda pulsuz hüquqi yardım göstərən vəkillər üçün yeni öhdəliklər müəyyənləşdiriləcək. Trend-ə istinadən xəbər verir ki, yeni qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb

31 oktyabr
.

Bəzi hərbçilər cərimələnəcəklər

Azərbaycanda bir sıra hərbçilər cərimə və ya həbs edilə bilərlər. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin noyabrın 3-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, zabit, gizir, miçman, müddətdə

31 oktyabr
.

Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq

Milli Məclis küləkli hava şəraitində işçilərin yeni qaydalarla işlədilməsi haqda tənzimləməni üçüncü oxunuşda qəbul edib. xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, işçilər küləkli havada açı

1 noyabr
.

Vətən müharibəsinin 36-cı günü: Döyüş əməliyyatları davam edir

2020-ci il noyabrın 1-i - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin otuz altıncı günü. Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları davam edir. Ordumuzun qüdrəti qarşısında duruş gətirə bilməyən düşmən mülki əhalimizin yaşadığı əraziləri hədəf almaqd

1 noyabr
.

Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR

Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin

31 oktyabr
.

Kredit götürənlərə pis xəbər! - Bu yaşda olanlar sığortalanmayacaq

Kredit götürən şəxslərin həyatının ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanması zamanı yaş və sağlamlıqla bağlı müəyyən məhdudiyyətlər nəzərdə tutulur. Trend-ə istinadən xəbər verir ki, bəzi kateqoriyalara aid şəxslər, sığorta müqaviləsində ayrıca təminat nəzərdə tutulan hallar istisn

31 oktyabr
.

Nazir müavini: "Startaplar iqtisadi artımın və transformasiyanın əsas hərəkətverici qüvvəsidir"

Startaplar yalnız innovasiya yaradan subyektlər deyil, həm də iqtisadi artımın və transformasiyanın əsas hərəkətverici qüvvəsidir. "Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterprise Azerbaijan"

31 oktyabr
.

Azərbaycanda pambıq mahlıcı istehsalı 13 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 54 min 323 ton pambıq mahlıcı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 7 min 519 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

31 oktyabr
.

Hər ay əlavə pensiya alacaq şəxslərin SİYAHISI AÇIQLANDI

Azərbaycanda bir sıra əmək pensiyaçılarının pensiyalarına aylıq sabit məbləğdə əlavələrin edilməsi nəzərdə tutulur. Bəs bu əlavələr kimlərə şamil olunacaq və məbləğ nə qədər olacaq?. xəbər verir ki, deputat Vüqar Bayramov bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Deputat bildirib ki, "Əmə

1 noyabr