Adəm İsmayıl Bakuvi: "Bakı-Brüssel dialoqu regionun geosiyasi balansını dəyişir"

Adəm İsmayıl Bakuvi: "Bakı-Brüssel dialoqu regionun geosiyasi balansını dəyişir""Martın 11-də Azərbaycan Respublikasının Prezidenti cənab Ilham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Bakıda mətbuata bəyanatlarla çıxış ediblər. Bu görüş və səsləndirilən fikirlər Azərbaycan-Avropa İttifaqı münasibətlərinin mövcud vəziyyətini və perspektivlərini aydın şəkildə ortaya qoyur. Cənab Prezident İlham Əliyevin bəyanatı siyasi, iqtisadi və geosiyasi baxımdan bir neçə mühüm mesajı özündə ehtiva edir." Bu sözləri aia.az-a verdiyi açıqlamasında Vəhdət Partiyasının sədri, ictimai-siyasi xadim Adəm İsmayıl Bakuvi deyib.
Fikirlərini davam etdirən partiya sədri bildirib ki, Prezident İlham Əliyev çıxışında Azərbaycan ilə Avropa İttifaqı arasında dialoqun intensivliyini xüsusi vurğuladı. Qeyd olundu ki, Avropa Komissiyası nümayəndələrinin son dövrlərdə Bakıya çoxsaylı səfərləri və yüksək səviyyəli görüşlər tərəflər arasında münasibətlərin yeni fəal mərhələyə daxil olduğunu göstərir: "Bu dinamika deməyə əsas verir ki, Azərbaycan artıq Avropa üçün yalnız enerji tərəfdaşı deyil, həm də regional sabitliyin və iqtisadi əməkdaşlığın vacib iştirakçısı kimi qəbul olunur. Diplomatik baxımdan belə səfərlər siyasi etimadın dərinləşdiyini və tərəfdaşlığın institusional xarakter aldığını nümayiş etdirir. Dövlət başçısının diqqət çəkdiyi əsas məqamlardan biri ticarət dövriyyəsi ilə bağlı statistik göstəricilərdir. Bu ilin yanvar ayında Azərbaycanın xarici ticarətinin 50 faizinin Avropa İttifaqı ilə əlaqəli olması Brüsselin ölkə iqtisadiyyatında aparıcı rol oynadığını təsdiqləyir. Bu fakt iki mühüm tendensiyanı göstərir. Avropa bazarı Azərbaycan üçün əsas iqtisadi istiqamətlərdən biri olaraq qalır; investisiya və kapital axınının qarşılıqlı xarakter alması iqtisadi inteqrasiyanı gücləndirir. Cənab Prezidentin vurğuladığı kimi, artıq Azərbaycan da Avropada investisiya qoyan ölkələr sırasındadır ki, bu da tərəfdaşlığın tək tərəfli deyil, qarşılıqlı fayda prinsipi üzərində qurulduğunu göstərir. Azərbaycan-Aİ münasibətlərinin əsas dayaqlarından biri enerji əməkdaşlığıdır. 2022-ci ildə Avropa Komissiyası ilə imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq sənədi bu istiqamətdə yeni mərhələ yaratdı. Hazırda Azərbaycan qazı Avropanın 16 ölkəsinə çatdırılır və Avropa İttifaqının 10 üzv dövləti bu resursdan istifadə edir. Bu göstərici Azərbaycanın Avropa enerji təhlükəsizliyində rolunun əhəmiyyətli dərəcədə artdığını təsdiqləyir. Cənab Prezident İlham Əliyevin açıqladığı planlara görə, yaxın 2-3 ildə əlavə olaraq ən azı 10 milyard kubmetr qaz hasilatı gözlənilir. Bu isə Avropanın enerji diversifikasiyası strategiyasında Azərbaycanın rolunu daha da gücləndirəcək. Bəyanatda diqqət çəkən digər istiqamət bərpaolunan enerji layihələridir. Azərbaycan yaxın illərdə 6-8 giqavat həcmində ixraca hazır yaşıl enerji istehsal etməyi planlaşdırır. Xəzər regionunda külək və günəş enerjisinin yüksək potensialı Avropa ilə yeni enerji körpülərinin yaradılmasına imkan verir. Bu çərçivədə dəniz dibi elektrik kabelləri və regional enerji ötürmə xətləri layihələri strateji əhəmiyyət kəsb edir. Beləliklə, enerji əməkdaşlığı təkcə qaz ixracı ilə məhdudlaşmır, həm də Avropanın yaşıl transformasiya strategiyasına inteqrasiya olunur."
Müsahibimiz onu da bildirib ki, Prezident İlham Əliyevin bəyanatında nəqliyyat və logistika məsələləri də mühüm yer tutur: "Xüsusilə Orta Dəhlizin genişlənməsi Avropa ilə Asiya arasında yeni iqtisadi marşrutların formalaşmasına səbəb olur. Bu dəhliz Azərbaycanı qlobal ticarət sistemində mühüm tranzit mərkəzə çevirir. Avropa üçün isə bu marşrut həm enerji, həm də yük daşımaları baxımından alternativ və təhlükəsiz logistika xətti hesab olunur. Dövlət başçımız öz bəyanatında Ermənistanla sülh prosesinə də xüsusi toxundu. Onun sözlərinə görə, Azərbaycan artıq yeddi aydır sülh şəraitində yaşayır və bu prosesin real nəticələri görünməkdədir. Azərbaycanın Ermənistana neft məhsullarının təchizatına başlaması və tranzit məhdudiyyətlərinin aradan qaldırılması regionda yeni əməkdaşlıq mühitinin formalaşdığını göstərir. Bu addımlar diplomatik baxımdan iki mühüm mesaj verir. Bakı sülh prosesinə real siyasi iradə nümayiş etdirir və regionda iqtisadi inteqrasiya münaqişə sonrası dövrün əsas elementinə çevrilir. Beləliklə, Prezident İlham Əliyevin bəyanatı Azərbaycan-Avropa İttifaqı münasibətlərinin strateji xarakter daşıdığını bir daha nümayiş etdirdi. Enerji təhlükəsizliyi, ticarət, yaşıl enerji, nəqliyyat dəhlizləri və regional sabitlik kimi sahələrdə əməkdaşlıq hər iki tərəf üçün qarşılıqlı faydalı perspektivlər yaradır. Bu görüş həm də onu göstərir ki, Azərbaycan Cənubi Qafqazda təkcə regional deyil, həm də Avropa miqyasında mühüm siyasi və iqtisadi tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir" - deyə, Adəm İsmayıl Bakuvi fikirlərini yekunlaşdırıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 464   Tarix: 12 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Onlar pulsuz xidmət göstərməsələr, 18 manat ödəyəcəklər - Yeni qayda

Azərbaycanda "Pulsuz hüquqi yardım haqqında" yeni qanun qəbul ediləcək. Qanunda pulsuz hüquqi yardım göstərən vəkillər üçün yeni öhdəliklər müəyyənləşdiriləcək. Trend-ə istinadən xəbər verir ki, yeni qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb

31 oktyabr
.

Bəzi hərbçilər cərimələnəcəklər

Azərbaycanda bir sıra hərbçilər cərimə və ya həbs edilə bilərlər. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin noyabrın 3-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, zabit, gizir, miçman, müddətdə

31 oktyabr
.

Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq

Milli Məclis küləkli hava şəraitində işçilərin yeni qaydalarla işlədilməsi haqda tənzimləməni üçüncü oxunuşda qəbul edib. xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, işçilər küləkli havada açı

1 noyabr
.

Vətən müharibəsinin 36-cı günü: Döyüş əməliyyatları davam edir

2020-ci il noyabrın 1-i - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin otuz altıncı günü. Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları davam edir. Ordumuzun qüdrəti qarşısında duruş gətirə bilməyən düşmən mülki əhalimizin yaşadığı əraziləri hədəf almaqd

1 noyabr
.

Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR

Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin

31 oktyabr
.

Kredit götürənlərə pis xəbər! - Bu yaşda olanlar sığortalanmayacaq

Kredit götürən şəxslərin həyatının ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanması zamanı yaş və sağlamlıqla bağlı müəyyən məhdudiyyətlər nəzərdə tutulur. Trend-ə istinadən xəbər verir ki, bəzi kateqoriyalara aid şəxslər, sığorta müqaviləsində ayrıca təminat nəzərdə tutulan hallar istisn

31 oktyabr
.

Nazir müavini: "Startaplar iqtisadi artımın və transformasiyanın əsas hərəkətverici qüvvəsidir"

Startaplar yalnız innovasiya yaradan subyektlər deyil, həm də iqtisadi artımın və transformasiyanın əsas hərəkətverici qüvvəsidir. "Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterprise Azerbaijan"

31 oktyabr
.

Azərbaycanda pambıq mahlıcı istehsalı 13 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 54 min 323 ton pambıq mahlıcı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 7 min 519 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

31 oktyabr
.

Hər ay əlavə pensiya alacaq şəxslərin SİYAHISI AÇIQLANDI

Azərbaycanda bir sıra əmək pensiyaçılarının pensiyalarına aylıq sabit məbləğdə əlavələrin edilməsi nəzərdə tutulur. Bəs bu əlavələr kimlərə şamil olunacaq və məbləğ nə qədər olacaq?. xəbər verir ki, deputat Vüqar Bayramov bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Deputat bildirib ki, "Əmə

1 noyabr