"Uşaqlara qarşı zorakılıq edən şəxslər üçün 200-600 manat cərimə azdır" - AÇIQLAMA

"Uşaqlara qarşı zorakılıq edən şəxslər üçün 200-600 manat cərimə azdır" - AÇIQLAMAUşağa qarşı cismani cəzanın tətbiqi qaydası dəyişir.

Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, valideynlər (onları əvəz edən şəxslər), uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri tərəfindən uşağa qarşı cismani cəzanın tətbiqinə, yəni tərbiyə etmək məqsədilə və ya intizam tədbiri kimi uşağa qarşı fiziki və (və ya) psixoloji zorakılığın törədilməsinə görə 200-600 manat məbləğində cərimə tətbiq olunacaq.

Bəs görəsən bu qərar uşaqlara qarşı törədilən zorakılıq əməllərinin qarşısını ala biləcəkmi?

Sosioloq Mətanət Məmmədova bu barədə Sonxeber.az -a açıqlama verib:

"Uşaqlara qarşı zorakılıq cəmiyyətin ən ağrılı problemlərindən biridir və təəssüf ki, bu hallar təkcə ailələrdə deyil, bəzən təhsil müəssisələrində, o cümlədən uşaq bağçalarında da müşahidə olunur. Bir çox uşaqlar həm fiziki, həm də psixoloji təzyiqə məruz qalırlar. Bu baxımdan Milli Məclisdə mövzunun müzakirəyə çıxarılması olduqca vacib və təqdirəlayiq addımdır.

Valideyn öz övladını zorakılıq və psixoloji təzyiq yolu ilə tərbiyə edə bilməz. Belə yanaşmadan sağlam tərbiyə formalaşması mümkün deyil. Əgər uşaq hansısa məqamda tərbiyəyə çətin uyğunlaşırsa, onun sakitləşməsini gözləmək, daha düzgün və müasir metodlardan istifadə etmək lazımdır. Zorakı davranış heç vaxt effektiv nəticə vermir.

Bəzən valideynlər öz istəklərini uşağa məcburi şəkildə qəbul etdirməyə çalışırlar və bu məqsədlə müxtəlif zorakı üsullara əl atırlar. Uşağın tək otağa salınması, qapının üzünə bağlanması, yaşıdlarının yanında təhqir edilməsi kimi davranışlar təəssüf ki, hələ də rast gəlinən hallardandır. Halbuki bütün bunlar yolverilməzdir və uşağın psixologiyasında ciddi izlər buraxa bilər.

Uşağı dünyaya gətirmək hər bir insanın könüllü qərarıdır. Bu qərarı verən şəxs bilməlidir ki, övladın tərbiyəsi səbr, diqqət və məsuliyyət tələb edir. Əgər valideyn bu məsuliyyəti daşımağa hazır deyilsə, uşağa qarşı zorakı davranışlara görə hüquqi məsuliyyət daşımalı olur. Bu məsuliyyət yalnız valideynlərə deyil, eyni zamanda bağça və məktəblərdə çalışan müəllim və tərbiyəçilərə də aiddir. Heç bir qanun uşağın tərbiyəsi adı altında zorakılığa haqq qazandırmır.

Zorakılıqla tərbiyə etmək düşüncəsi kökündən yanlışdır. Uşaq nə qədər çətin davranış göstərsə belə, onunla sakit və anlayışlı şəkildə söhbət etməklə, düzgün yanaşma ilə nəticə əldə etmək mümkündür. Əks halda tətbiq olunan təzyiq yalnız qorxu və psixoloji travma yaradır.

Milli Məclisdə bu məsələ ilə bağlı müzakirələrin aparılması müsbət addımdır. Lakin təklif olunan 200-600 manat məbləğində cərimə bəzi hallarda yetərli görünməyə bilər. Uşaqlar cəmiyyətin gələcəyidir və onların hüquqlarının qorunması ilə bağlı cəzalar daha sərt olmalıdır. Çünki zorakılıq edən şəxslər əslində gələcəyimizin psixologiyasına zərbə vururlar.

Bununla belə, belə cərimələrin tətbiqi müəyyən mənada profilaktik təsir göstərə bilər. Həm valideynlər, həm də müəllimlər davranışlarına daha məsuliyyətlə yanaşmağa başlayarlar. Xüsusilə psixoloji gərginlik yaşayan valideynlər üçün bu, öz övladları ilə münasibətdə daha diqqətli olmağa səbəb ola bilər. Müəllimlər də uşaqlarla davranarkən hər addımı daha məsuliyyətlə qiymətləndirməli olduqlarını dərk edərlər.

Hazırda qanun layihəsi hələ qüvvəyə minməyib və müzakirə mərhələsindədir. Ümid etmək olar ki, müzakirələr zamanı mütəxəssislərin, o cümlədən sosioloqların fikirləri nəzərə alınacaq və uşaqlara qarşı zorakılığa görə tətbiq ediləcək cəzaların daha təsirli olması üçün müvafiq dəyişikliklər ediləcək. Uşaqların təhlükəsiz və sağlam mühitdə böyüməsi isə cəmiyyətin hər bir üzvünün ortaq məsuliyyətidir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 839   Tarix: 12 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Onlar pulsuz xidmət göstərməsələr, 18 manat ödəyəcəklər - Yeni qayda

Azərbaycanda "Pulsuz hüquqi yardım haqqında" yeni qanun qəbul ediləcək. Qanunda pulsuz hüquqi yardım göstərən vəkillər üçün yeni öhdəliklər müəyyənləşdiriləcək. Trend-ə istinadən xəbər verir ki, yeni qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb

31 oktyabr
.

Bəzi hərbçilər cərimələnəcəklər

Azərbaycanda bir sıra hərbçilər cərimə və ya həbs edilə bilərlər. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin noyabrın 3-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, zabit, gizir, miçman, müddətdə

31 oktyabr
.

Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq

Milli Məclis küləkli hava şəraitində işçilərin yeni qaydalarla işlədilməsi haqda tənzimləməni üçüncü oxunuşda qəbul edib. xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, işçilər küləkli havada açı

1 noyabr
.

Vətən müharibəsinin 36-cı günü: Döyüş əməliyyatları davam edir

2020-ci il noyabrın 1-i - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin otuz altıncı günü. Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları davam edir. Ordumuzun qüdrəti qarşısında duruş gətirə bilməyən düşmən mülki əhalimizin yaşadığı əraziləri hədəf almaqd

1 noyabr
.

Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR

Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin

31 oktyabr
.

Kredit götürənlərə pis xəbər! - Bu yaşda olanlar sığortalanmayacaq

Kredit götürən şəxslərin həyatının ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanması zamanı yaş və sağlamlıqla bağlı müəyyən məhdudiyyətlər nəzərdə tutulur. Trend-ə istinadən xəbər verir ki, bəzi kateqoriyalara aid şəxslər, sığorta müqaviləsində ayrıca təminat nəzərdə tutulan hallar istisn

31 oktyabr
.

Nazir müavini: "Startaplar iqtisadi artımın və transformasiyanın əsas hərəkətverici qüvvəsidir"

Startaplar yalnız innovasiya yaradan subyektlər deyil, həm də iqtisadi artımın və transformasiyanın əsas hərəkətverici qüvvəsidir. "Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterprise Azerbaijan"

31 oktyabr
.

Azərbaycanda pambıq mahlıcı istehsalı 13 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 54 min 323 ton pambıq mahlıcı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 7 min 519 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

31 oktyabr
.

Hər ay əlavə pensiya alacaq şəxslərin SİYAHISI AÇIQLANDI

Azərbaycanda bir sıra əmək pensiyaçılarının pensiyalarına aylıq sabit məbləğdə əlavələrin edilməsi nəzərdə tutulur. Bəs bu əlavələr kimlərə şamil olunacaq və məbləğ nə qədər olacaq?. xəbər verir ki, deputat Vüqar Bayramov bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Deputat bildirib ki, "Əmə

1 noyabr