"Dr.AmrahMehdiyev" özəl kurslar keçərək özünü necə həkim elan edib? - Araşdırma

"Dr.AmrahMehdiyev" özəl kurslar keçərək özünü necə həkim elan edib? - AraşdırmaSon illər Azəraycanda kosmetoloji prosedurlara tələbat artdığından bu xidməti göstərən "kosmetoloqlar"ın, estetik mərkəzlərin sayı artıb. Sözsüz ki, bu da qeyri-peşəkar kosmetoloqların və onların qurbanlarının sayını artırır.

Səhiyyə Nazirliyinin və Baş Prokurorluğun müdaxiləsindən sonra qanunsuz kosmetoloji və estetik prosedurlar icra edən "kosmetoloq"lar "saxta estetik həkimlər" sosial hesablarını bağlayıb bir müddət fəaliyyətlərini dondurdular. Lakin bu fasilə uzun çəkmədi.

XALQ -ın məlumatına görə, rəsmi statistikaya görə, ölkəmizdə son illər kosmetoloji prosedurlardan əziyyət çəkənlərin sayı kifayət qədər artıb. Tibbi təhsili olmayanlar belə insanların sağlamlığı və gözəlliklər vəd edib gigeyinik qaydalara riayət etmədən qeyri qanuni prosedurlar həyata keçirilir.

Azərbaycan Respublikasının Qanununa əsasən kosmetoloji iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiq olunmuş "Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı"nda "kosmetoloji" iş üzrə tibbi xidmətin göstərilməsi tibbin bir sahəsi kimi qeyd olunub.

"Dr.AmrahMehdiyev" özəl kurslar keçərək özünü necə həkim elan edib? - Araşdırmaİddialara görə ali tibbi təhsili olmadan, lisenziyasız və sertifakatsız "dr.amrahmehdiyev" adı ilə reklam edən Əmrah Mehidyevdir.

Araşdırmalarımız nəticəsində estetik kosmetoloq Dr. Əmrah Mehdiyev Səhiyyə Nazirliyinin və Elm və Təhsil Nazirliyinin məlumat bazasında ali tibb təhsil olması barədə məlumat yoxdur həmçinin sertifikasiyası və lisenziya haqqında məlumat mövcud deyil.

"Dr.AmrahMehdiyev" özəl kurslar keçərək özünü necə həkim elan edib? - AraşdırmaSosial hesabında Türkiyənin "Karabük" Universitetinin məzunu olduğu qeyd olunsada Dövlət Reyestrində sistemində onunla bağlı heç bir qeyd yoxdur. Yəni o heç bir ali tibbi təhsili, tibbi sertifikata və lisenziyaya malik olmadan fəaliyyət göstərməsi məlum olmuşdur.

"Dr.AmrahMehdiyev" özəl kurslar keçərək özünü necə həkim elan edib? - AraşdırmaBeynəlxalq statuslu estetik mütəxəsssis , Kosmetoloq,Trixoloq,Dematoloq kimi təqdim edən "Doktor" Əmrah Mehdiyev heç həyatının 6 ilini Universitə təhsil alan yəni (ənənəvi tibbi biliklərin mənimsənilməsi) daha sonra İnternatura (Praktik tibbi fəaliyyətin öyrədilməsi) və Rezidentura: (Seçilmiş ixtisas üzrə dərinləşdirilmiş tədris) həsr edənlərdən özünü fəraləndirmir? Bəs görəsən eynəlxalq statuslu estetik mütəxəsssis , Kosmetoloq,Trixoloq,Dematoloq kimi təqdim edən "Doktor" Əmrah Mehdiyev harada bu prosesləri keçib? Bu suallar isə açıq qalır.

"Dr.AmrahMehdiyev" özəl kurslar keçərək özünü necə həkim elan edib? - Araşdırmaİddialara görə özünü estetik kosmetoloq kimi təqdim edən Dr. Əmrah Mehdiyev dediyi kimi əməliyyatsız lakin inyeksiya ilə tibbi estetik prosedurları həyata keçirərək qanunvericiliyimizi heçə sayır.

"Dr Əmrah Mehdiyev" müştərilərinə dolğu və plazma terapiya həyata keçirir. Bununla bağlı hətta sosial hesablarında məlumatlar və görüntülər əks olunub. Estetik kosmetoloq tibbi təhsili olmadan necə lisenziyası, sertifakatı olmadan bütün kosmetoloji prosedurları hətta inyeksiya həyata keçirir?

"Dr.AmrahMehdiyev" özəl kurslar keçərək özünü necə həkim elan edib? - AraşdırmaMəsələ ilə bağlı Dr. Əmrah Mehdiyevlə əlaqə saxlayıb fikirlərini öyrənmək həmçinin sosial hesablarında yazılan Mayomed və Neyromed klinikalarından heç bir açıqlama almaq mümkün olmadı.

İddilara görə Dr.Əmrah Mehdiyev bir neçə özəl tibbi seminarda iştirak edərək sertifaktlar alıb və özünü estetik kosmetoloq doktor elan edib.

Qeyd edək ki, hüquq mühafizə orqanları tərəfindən lisenziyasız plastik cərrahlar və kosmetoloqlar haqqında araşdırmalarından yayınmaq üçün artıq qanunsuz fəaliyyət göstərən "ixtisaslanmış həkimlər" və "kosmetoloqlar" sosial hesablarını bağlayır və başqa adla fəalliyyt göstərirlər.

Həmçinin xəbər verdiyimiz kimi Səhiyyə Nazirliyinin lisenziya şərtlərinin pozulması hallarının aradan qaldırılması üçün lazımi tədbirlər görməkdədir.

XALQ-a Analitik Ekspertiza Mərkəzindən verilən məlumat görə, Kosmetoloji və cərrahi xidmətlər göstərən istənilən estetik tibb mərkəzinin fəaliyyəti üçün kosmetoloji iş və plastik cərrahi iş üzrə özəl tibbi xidmət lisenziyası tələb olunur.Tibbi kosmetogiyaya, саrrаhi müdaxiəlar istisna olmaqla (plastik саггаhiууауа aid оlmayan) konservativ va korreksion üsullar daxildir. Bu usüllаrа inyeksion рrоsеdurlаr, müxtalif növ араrаt kosmetologiyası (о сümlədən lazer üsulu epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq рrоsеdurları,və müalicəvi masaj usullarl, plazmoliftinq və digər рrоsеdurlar aid оlunur. Bu tibb müəssisələrində praktiki tibb fəaliyyəti üzrə müvafiq sertifikata malik plastik-cərrahlar, həkim-dermatovneneroloqlar və sertifikat alaraq, ixtisaslaşma keçən digər həkim mütəxəssislər fəaliyyət göstərə bilər. İstənilən pasientin kosmetoloq və ya cərrahın sertifikatını tələb etmək hüququ vardır. Qeyd edək ki, həkimlər beş ildən bir sertifikasiyadan keçirlər. Hər bir pasiyentin müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququ var. Həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vətəndaş Analitik Ekspertiza Mərkəzinə müraciət edə bilər . Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir deyə mərkəzdən bildirilib.

Məlumat üçün bildiri ki, lisenziyasız kosmetoloji fəaliyyəti ilə bağlı sosial şəbəkələrdə bir çox görüntülər var ki, qanunsuz dolğu, full face, botoks, mezolar, lipolitik, bütün inyeksion prosedurları, hətta qanunsuz tələbə hazırlığı həyata keçirir.

Hətta endirim adı ilə müştəriləri cəlb edib vaxtı keçmiş kosmetoloji preparatları istifadə olunması ilə bağlı məlumtlar var.

Qeyd edək ki,bir müddət öncə Çimnaz Nəhmətova adlı şəxs Əmrah Mehdiyevdən şikayət etmişdir ki, 1045 manat ödəniş edib lakin estetik prosedurla sonra üzündə qüsürlar yaranıb. Əmrah Mehdiyev isə açıqlamasında qeyd etmişdir ki, dedikləri əsassızdır və bu, sadəcə şər-böhtandır. Müalicənin isə dərhal effekt verməsi təbii ki, qeyri-mümkündür.

"Dr.AmrahMehdiyev" özəl kurslar keçərək özünü necə həkim elan edib? - AraşdırmaMəsələ ilə bağlı qanunsuz fəaliyyət göstərən kosmetoloq Dr.Əmrah Mehdiyevin haqqında Analitik Ekspertiza Mərkəzinə müraciət olunub.

Xəbərdə adı keçən şəxlərin və qurumlarında fikilrərini dərc etməyə hazırıq.

Araşdırmalarımız davam edir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 820   Tarix: 13 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Onlar pulsuz xidmət göstərməsələr, 18 manat ödəyəcəklər - Yeni qayda

Azərbaycanda "Pulsuz hüquqi yardım haqqında" yeni qanun qəbul ediləcək. Qanunda pulsuz hüquqi yardım göstərən vəkillər üçün yeni öhdəliklər müəyyənləşdiriləcək. Trend-ə istinadən xəbər verir ki, yeni qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb

31 oktyabr
.

Bəzi hərbçilər cərimələnəcəklər

Azərbaycanda bir sıra hərbçilər cərimə və ya həbs edilə bilərlər. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin noyabrın 3-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, zabit, gizir, miçman, müddətdə

31 oktyabr
.

Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq

Milli Məclis küləkli hava şəraitində işçilərin yeni qaydalarla işlədilməsi haqda tənzimləməni üçüncü oxunuşda qəbul edib. xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, işçilər küləkli havada açı

1 noyabr
.

Vətən müharibəsinin 36-cı günü: Döyüş əməliyyatları davam edir

2020-ci il noyabrın 1-i - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin otuz altıncı günü. Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları davam edir. Ordumuzun qüdrəti qarşısında duruş gətirə bilməyən düşmən mülki əhalimizin yaşadığı əraziləri hədəf almaqd

1 noyabr
.

Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR

Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin

31 oktyabr
.

Kredit götürənlərə pis xəbər! - Bu yaşda olanlar sığortalanmayacaq

Kredit götürən şəxslərin həyatının ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanması zamanı yaş və sağlamlıqla bağlı müəyyən məhdudiyyətlər nəzərdə tutulur. Trend-ə istinadən xəbər verir ki, bəzi kateqoriyalara aid şəxslər, sığorta müqaviləsində ayrıca təminat nəzərdə tutulan hallar istisn

31 oktyabr
.

Nazir müavini: "Startaplar iqtisadi artımın və transformasiyanın əsas hərəkətverici qüvvəsidir"

Startaplar yalnız innovasiya yaradan subyektlər deyil, həm də iqtisadi artımın və transformasiyanın əsas hərəkətverici qüvvəsidir. "Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterprise Azerbaijan"

31 oktyabr
.

Azərbaycanda pambıq mahlıcı istehsalı 13 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 54 min 323 ton pambıq mahlıcı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 7 min 519 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

31 oktyabr
.

Hər ay əlavə pensiya alacaq şəxslərin SİYAHISI AÇIQLANDI

Azərbaycanda bir sıra əmək pensiyaçılarının pensiyalarına aylıq sabit məbləğdə əlavələrin edilməsi nəzərdə tutulur. Bəs bu əlavələr kimlərə şamil olunacaq və məbləğ nə qədər olacaq?. xəbər verir ki, deputat Vüqar Bayramov bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Deputat bildirib ki, "Əmə

1 noyabr