İmtahan sualları ilə bağlı şikayətlərə - DİM sədrindən cavab

İmtahan sualları ilə bağlı şikayətlərə - DİM sədrindən cavab"Hazırda emosiyaların sağlam məntiqi üstələdiyini görürük. Çox təəssüf ki, demək olar, hər dəfə imtahandan sonra eyni vəziyyətlə üzləşirik".

Sonxeber.az Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə 9 martda keçirilən buraxılış imtahanı suallarının çətin düşməsi ilə bağlı səslənən fikirlərə münasibət bildirərkən deyib.

"Biz dəfələrlə qeyd etmişik ki, DİM-in test bankında tapşırıqlar çətinlik dərəcələrinə görə kateqoriyalara ayrılır və imtahanlarda hər üç mürəkkəblik səviyyəsinə uyğun tapşırıqlardan istifadə olunur.

İmtahanlardan sonra şagirdlərin və valideynlərin həyəcanını və narahatlığını başa düşürük. Bu imtahanlar minlərlə gəncin gələcəyi ilə bağlı mühüm mərhələdir və onların hər birinin keçirdiyi hissləri anlayışla qarşılayırıq. Dövlət İmtahan Mərkəzi üçün ən vacib məsələ imtahan prosesinin ədalətli, şəffaf və hər bir iştirakçı üçün bərabər şərtlər altında keçirilməsidir.

Bununla belə, insanlar bəzən imtahanın məqsədini düzgün qiymətləndirmirlər. Buraxılış imtahanları yekun attestasiya ilə bərabər, ali təhsil müəssisələrinə qəbul imtahanının birinci mərhələsidir. Həmçinin kollecə qəbul olmaq üçün də bu nəticələr əsas götürülür. Yəni biz bilik və bacarıqlarına görə imtahan iştirakçıları arasında müəyyən seçim etməliyik. Ona görə də imtahanda çətin tapşırıqlar da olur. Çünki yüksək hazırlıqlı abituriyentləri də fərqləndirmək lazımdır.

Ancaq kimsə iddia edə bilməz ki, imtahan ümumilikdə çətindir və iştirakçıların testlərə cavab vermək imkanları olmayıb" deyə, o qeyd edib.

Məleykə Abbaszadə bildirib ki, ənənəvi təhlillər göstərir ki, test tapşırıqlarının çətin olması ilə bağlı bəzi insanlar tərəfindən səsləndirilən mülahizələr doğru olmur:

"İmtahanın çətinliyi ilə bağlı sosial şəbəkələrdə yazılanlara əsasən fikir yürütmək olmaz. Sosial şəbəkələrdə bəzən yalnız bir tapşırığa görə ümumilikdə imtahanın çətin olması fonu yaradılır. Ancaq həqiqətdə belə olmur. Test blokunda orta və asan tapşırıqlar da yer alır. Bizim təhlillərimiz də bunu göstərir. İmtahanda istifadə olunan testlərin etibarlılıq əmsalları çox yüksəkdir. Mən hər bir müəllimə, ekspertə, eləcə də pedaqoji ictimaiyyət nümayəndələrinə DİM-in saytında yerləşdirilən "Abituriyent 12" jurnalını açıb oxumağı tövsiyə edirəm. Hər hansı bir fikir yürütməzdən əvvəl, gərək sizin əlinizdə onları əsaslandıra biləcək məlumat bazası olsun. Bu xüsusilə kütləvi imtahanlar zamanı çox vacibdir.

Yeri gəlmişkən, bir məsələni də qeyd edim. Həftəsonu növbəti istiqamət üzrə buraxılış imtahanıdır. Biz artıq bilirik ki, bəzi insanlar ayın 9-u, bəziləri isə ayın 15-də olan imtahanın asan və ya çətin olduğunu iddia edəcəklər. Ancaq iştirakçılar real imtahan şəraitini nəzərə almırlar. 9-u imtahan verən rahat şəkildə evdə oturaraq vaxt limiti və s. amilləri nəzərə almadan testlərə baxıb asan deyəcək, digərləri isə əksinə birinci imtahanı asan hesab edəcək. Çünki imtahan iştirakçıları sualları vaxt limiti, imtahan mühiti və psixoloji gərginlik kimi amilləri nəzərə alaraq cavablandırırlar, sonradan testlərə baxanlar isə həmin şəraitdən kənarda qiymətləndirmə aparırlar".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 5007   Tarix: 14 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Onlar pulsuz xidmət göstərməsələr, 18 manat ödəyəcəklər - Yeni qayda

Azərbaycanda "Pulsuz hüquqi yardım haqqında" yeni qanun qəbul ediləcək. Qanunda pulsuz hüquqi yardım göstərən vəkillər üçün yeni öhdəliklər müəyyənləşdiriləcək. Trend-ə istinadən xəbər verir ki, yeni qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb

31 oktyabr
.

Bəzi hərbçilər cərimələnəcəklər

Azərbaycanda bir sıra hərbçilər cərimə və ya həbs edilə bilərlər. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin noyabrın 3-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, zabit, gizir, miçman, müddətdə

31 oktyabr
.

Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq

Milli Məclis küləkli hava şəraitində işçilərin yeni qaydalarla işlədilməsi haqda tənzimləməni üçüncü oxunuşda qəbul edib. xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, işçilər küləkli havada açı

1 noyabr
.

Vətən müharibəsinin 36-cı günü: Döyüş əməliyyatları davam edir

2020-ci il noyabrın 1-i - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin otuz altıncı günü. Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları davam edir. Ordumuzun qüdrəti qarşısında duruş gətirə bilməyən düşmən mülki əhalimizin yaşadığı əraziləri hədəf almaqd

1 noyabr
.

Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR

Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin

31 oktyabr
.

Kredit götürənlərə pis xəbər! - Bu yaşda olanlar sığortalanmayacaq

Kredit götürən şəxslərin həyatının ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanması zamanı yaş və sağlamlıqla bağlı müəyyən məhdudiyyətlər nəzərdə tutulur. Trend-ə istinadən xəbər verir ki, bəzi kateqoriyalara aid şəxslər, sığorta müqaviləsində ayrıca təminat nəzərdə tutulan hallar istisn

31 oktyabr
.

Nazir müavini: "Startaplar iqtisadi artımın və transformasiyanın əsas hərəkətverici qüvvəsidir"

Startaplar yalnız innovasiya yaradan subyektlər deyil, həm də iqtisadi artımın və transformasiyanın əsas hərəkətverici qüvvəsidir. "Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterprise Azerbaijan"

31 oktyabr
.

Azərbaycanda pambıq mahlıcı istehsalı 13 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 54 min 323 ton pambıq mahlıcı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 7 min 519 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

31 oktyabr
.

Hər ay əlavə pensiya alacaq şəxslərin SİYAHISI AÇIQLANDI

Azərbaycanda bir sıra əmək pensiyaçılarının pensiyalarına aylıq sabit məbləğdə əlavələrin edilməsi nəzərdə tutulur. Bəs bu əlavələr kimlərə şamil olunacaq və məbləğ nə qədər olacaq?. xəbər verir ki, deputat Vüqar Bayramov bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Deputat bildirib ki, "Əmə

1 noyabr