Mark Zukerberqin süni intellekt planı: "Meta"da kütləvi ixtisarlar gözlənilir
ABŞ-nin "Meta" korporasiyası inkişaf istiqamətini süni intellekt texnologiyalarına dəyişməsi səbəbindən personalın ixtisarı məsələsini nəzərdən keçirir.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Mənbələrin sözlərinə görə, şirkət əməkdaşlarının 20 faizdən çoxunu işdən azad edə bilər, lakin bu prosesin dəqiq vaxtı və tam miqyası hələlik müəyyənləşməyib.
Bu proses həyata keçirilərsə, 2022 və 2023-cü illərdə 21 min nəfərin işini itirdiyi kütləvi ixtisarlardan sonra şirkət tarixindəki ən böyük işdənçıxarma dalğası olacaq. Qeyd edək ki, 2025-ci ilin dekabr ayı üçün "Meta"nın işçi qüvvəsi təqribən 79 min nəfər təşkil edib.
Şirkətin baş direktoru Mark Zukerberq süni intellekt sektorunda rəqabət mövqeyini artırmaq üçün fəal şəkildə yeni startaplar və mütəxəssislər cəlb edir. Həmçinin "Meta" rəhbərliyi 2028-ci ilədək öz məlumat mərkəzlərinin inkişafına 600 milyard dollar həcmində investisiya yönəltməyi hədəfləyir.
Məlumatda, həmçinin qeyd olunur ki, analoji ixtisar prosesləri Amerikanın digər aparıcı texnologiya şirkətlərində də müşahidə olunur. Misal üçün "Amazon" şirkəti bu ilin yanvar ayında personalının 10%-ni, başqa sözlə 16 min əməkdaşını işdən azad edəcəyini bəyan etmişdi.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 301 Tarix: 14 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Putin ordu rəhbərliyində kadr dəyişiklikləri etdi
Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin rəhbərliyi ilə görüşərək bir sıra kadr dəyişiklikləri barədə məlumat verib. xəbər verir ki, dəyişikliklər silahlanma və logistika idarəetmə sisteminə aiddir. "Mərkəz" və "Şərq" hərbi qruplarının yeni komandirləri, eləcə də yen
5 avqust1851-ci il: Tarixin ilk Günəş tutulması fotosu necə çəkildi?
Fotoqrafiyanın hələ inkişafının ilkin mərhələsində olduğu XIX əsrin ortalarında qaranlıqda qalan səma cismini görüntüləmək demək olar ki, mümkünsüz sayılırdı. Lakin 28 iyul 1851-ci il tarixində bu təsəvvür tamamilə dəyişdi. Qaynarinfo xəbər verir ki, Kanada sərhədlərindən başlayaraq Rusiya imperiyasın
4 avqustThe Times: "Süni intellekt dövründə təhsil sistemi dəyişməlidir"
Böyük Britaniyanın The Times nəşrində dərc olunan məqalədə müəllimlər və təhsil mütəxəssisləri bildirirlər ki, mövcud imtahan yönümlü təhsil modeli artıq müasir dövrün tələblərinə tam cavab vermir. Onların fikrincə, məktəblər yalnız akademik biliklər deyil, həm də şagirdlərdə emosional intellekt, ünsiyyə
5 avqustİsrail-Livan danışıqları bu tarixdə bərpa oluna bilər
Romada İsrail və Livan nümayəndə heyətləri arasında danışıqlar yeni bir gərginləşmə mərhələsindən sonra avqustun 6-da bərpa oluna bilər. Bu barədə "Associated Press"ə istinadən xəbər verir. Qeyd edilib ki, İsrail və Livan arasında danışıqların əvvəlki mərhələsi son dərəcə məhsuldar olub.Tərəflə
6 avqust