KİV: III Çarlz Trampın Böyük Britaniyaya səfərinə qarşı olub
Britaniya Kralı III Çarlz ABŞ Prezidenti Donald Trampın 2025-ci ildə Böyük Britaniyaya ikinci dövlət səfərinin əleyhinə olub.
"Report"un məlumatına görə, bu barədə "The Spectator" jurnalı yazıb.
Nəşrin məlumatına görə, Bakinqem sarayı Trampın təkrar dövlət səfəri ideyasına sadəcə etibarsızlıqla yanaşmayıb, buna "qətiyyətlə və ardıcıl olaraq etiraz edib". Bildirilib ki, kralın şəxsi katibi Klayv Olderton ilkin olaraq ABŞ lideri ilə qeyri-rəsmi görüş keçirmək, tammiqyaslı dövlət səfərini isə daha sonra - 2026 və ya 2027-ci ildə təşkil etmək təklifini irəli sürüb.
Buna baxmayaraq, nəşr dəqiqləşdirib ki, Böyük Britaniyanın Baş naziri Kir Starmerin aparatı belə bir ssenarini rədd edib. Dauninq-strit 10-dakı iqamətgah "formal konstitusiya məsləhəti" prosedurundan istifadə edib ki, bu çərçivədə hökumət monarxa "qeyri-rəsmi təklif" göndərmir, ona göstərişlər verir.
Jurnal yazır ki, III Çarlzın mövqeyi Trampın Kanadanın ünvanına səsləndirdiyi bəyanatları mənfi qəbul etməsi ilə bağlı olub. Eyni zamanda, Kanada dövlətinin başçısı olan Böyük Britaniya Kralı ABŞ Prezidentinin qonşu ölkə haqqında "qeydlərini gülməli hesab etməyib".
Xatırladaq ki, Tramp dəfələrlə Kanadanı ABŞ-nin 51-ci ştatı adlandırıb.
Onu da qeyd edək ki, ABŞ lideri Birləşmiş Krallığa ikinci dövlət səfərini 2025-ci ilin sentyabrında həyata keçirib. O, Vindzor qəsrində III Çarlz tərəfindən qəbul edilib və Starmerlə onun "Çekers" şəhərkənarı iqamətgahında danışıqlar aparıb. Səfərin yekununda liderlər "texnoloji rifah" haqqında saziş imzalayıblar.
Trampın Böyük Britaniyaya ilk dövlət səfəri onun birinci prezidentlik müddəti dövründə - 2019-cu ildə baş tutub. O zaman üç günlük səfər çərçivəsində o, Kraliça II Elizabet (1926-2022) tərəfindən qəbul edilmişdi.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 482 Tarix: 14 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ata oğlunu öldürdü, gəlini və nəvəsini yaraladı
Türkiyənin Osmaniye vilayətində dəhşətli hadisə qətl olub. yerli mediaya istinadla bildirir ki, hadisə bu gün səhər saatlarında Sumbas rayonunun Mehmetli qəsəbəsində qeydə alınıb. 66 yaşlı Fevzi Topbaş ilə 41 yaşlı oğlu Aydın Topbaş arasında hələlik məlum olmayan səbəbdən mübahisə yaranıb. Mübahisə böyüdükdə
20 sentyabr"Ərini oğurlamışıq, pul ver!" - Mesajların arxasından görün kim çıxdı
Argentinada polis həyat yoldaşından pul almaq üçün özünün oğurlanmasını uydurmaqda şübhəli bilinən kişini saxlayıb. bu barədə "Noticias24" nəşrinə istinadən xəbər verir. Rosario şəhərinin sakini ərinin telefonundan guya onun oğurlanması ilə bağlı mesajlar gəlməyə başladıqdan sonra polisə müraciə
20 sentyabrSərxoş qadın ərini oxlovla döyüb öldürdü
Rusiyada sərxoş qadın mübahisə zamanı ərini oxlovla döyərək öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə Amur vilayətinin Dalnevostoçnoye kəndində baş verib. Məlumata görə, cütlük evdə spirtli içki qəbul edib, daha sonra aralarında mübahisə yaranıb. Mübahisə zamanı kişi 41 yaşlı qadını döyü
20 sentyabrUkrayna və Rusiya arasında mülki şəxslərin mübadiləsi həyata keçirilib
Rusiya və Ukrayna Belarus ərazisində mülki şəxsləri mübadilə edib. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ali Radanın insan hüquqları üzrə müvəkkili Dmitri Lubinets məlumat verib. Qeyd olunub ki, Ukrayna ümumilikdə 15 nəfəri, Rusiya isə üç nəfəri geri qaytarıb. "Dah
20 sentyabrNobel mükafatının məbləği artırıldı
Nobel Fondu 2026-cı ildə hər bir kateqoriya üzrə Nobel mükafatının məbləğini artıraraq 12 milyon krona (1.22 milyon dollar) çatdırmaq barədə qərar qəbul edib. xəbər verir ki, bu barədə fondun mətbuat xidmətinin bəyanatında bildirilir. Belə ki, mükafatın məbləği 1 milyon kron (101 min dollar) artırılıb
20 sentyabrAvropa qışa hazırlıq üçün Ukraynaya gizli avadanlıq göndərir
Avropa ölkələri qışa hazırlıq məqsədilə Ukraynaya avadanlıq göndərməyə başlayıb, lakin çatdırılmalar ictimaiyyətə açıqlanmır. xəbər verir ki, agentliyin həmsöhbəti qeyd edib ki, "Avropalı müttəfiqlər artıq malik olduqları hər şeylə kömək edirlər: xüsusən də elektrik stansiyaları və istilik avadanlıqlar
21 sentyabr