Çin səkkiz peyki uğurla orbitə buraxıb

Çin səkkiz peyki uğurla orbitə buraxıbÇin eyni vaxtda səkkiz kosmik peyki uğurla Yer orbitinə çıxarıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Xinhua" məlumat yayıb.

Məlumatda bildirilir ki, uçuş bazar ertəsi Pekin vaxtı ilə saat 12:12-də (Bakı vaxtı ilə saat 08:12) ölkənin şimalında yerləşən Jiuquan kosmodromundan "Kuaizhou-11" daşıyıcı raketi vasitəsilə baş tutub.

Kosmik aparatlardan ibarət yükə "Juntian-1-04A", üç ədəd "Dongpo" peyki, "Yuxing-3" qruplaşmasının iki peyki, həmçinin "Weitong-1-01" və "Xiguang-1-06" daxil edilib.

Bərk yanacaqla fəaliyyət göstərən dördmərhələli "Kuaizhou-11" raketi Çin Aerokosmik Elm və Sənaye Korporasiyasının (CASIC) mütəxəssisləri tərəfindən ərsəyə gətirilib. Uzunluğu 25 metri aşan bu raket Yerin aşağı orbitinə 1.5 tona qədər faydalı yük daşımaq imkanına sahibdir.

Hazırda Pekin öz milli kosmik proqramını sürətlə inkişaf etdirir, naviqasiya, telekommunikasiya və meteoroloji peyklər, o cümlədən Ayın öyrənilməsi məqsədilə yeni texnologiyalar yaradır. Dövlətin dəstəyi sayəsində çinli tədqiqatçılar Mars və asteroidlərin araşdırılması yollarını nəzərdən keçirirlər. Bundan əlavə, Yer orbitində beynəlxalq tərəfdaşlıq üçün də açıq olan Çin kosmik stansiyası fəaliyyətdədir. Qeyd edək ki, Çin 2025-ci ildə 92 kosmik uçuş həyata keçirməklə öz əvvəlki rekordunu yeniləyib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 455   Tarix: 16 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ABŞ-də dizelin qiyməti rekordu yeniləyib

ABŞ-də dizel yanacağının orta qiyməti bir qallon (3,79 l) üçün 6,49 dollara çataraq növbəti rekordunu müəyyən edib. "Report" xəbər verir ki, bu, Amerika Avtomobil Assosiasiyasının məlumatından bəlli olur. Məlumata görə, bir il əvvəl bir qallon dizel yanacağının qiyməti 3,70 dollar idi. Hazırd

20 sentyabr
.

ABŞ Yaxın Şərq enerji sektoruna 5 milyard dollar sərmayə qoya bilər

ABŞ Prezidenti Donald Trampın administrasiyası Yaxın Şərq ölkələrinə İranla müharibə zamanı zədələnmiş enerji infrastrukturunun bərpasına kömək etmək üçün 5 milyard dollar investisiya qoymağı təklif edib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti ABŞ və regional rəsmilər

22 sentyabr
.

Yerdə maqnit qasırğası gözlənilir: Tarix açıqlandı

Sentyabrın 24-də Günəş səthində əmələ gələn tac dəliyinin planetimizə təsiri nəticəsində maqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun günəş astronomiyası laboratoriyasından məluma

22 sentyabr
.

Qırğızıstanın sabiq fövqəladə hallar naziri iki ay müddətinə həbs edilib

Qırğızıstanın sabiq fövqəladə hallar naziri Boobek Ajikeyev iki ay müddətinə həbs edilib. "Report" yerli mediaya istinadən xəbər verir ki, bu qərarı Hərbi Prokurorluğun müstəntiqinin vəsatəti əsasında Bişkekin Pervomayski Rayon Məhkəməsi çıxarıb. Qeyd olunub ki, Ajikeyevə Qırğızıstan Cinayə

20 sentyabr
.

Tramp Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb

ABŞ Prezidenti Donald Tramp ölkənin Çin və dünyanın qalan hissəsi üzərində texnoloji üstünlüyünü qorumaq məqsədilə Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb. xəbər verir ki, bu barədə o, "Truth Social" platformasında yazıb. Ağ Ev rəhbəri yaxın vaxtlarda yeni strukturun rəhbərin

20 sentyabr
.

Edqars Rinkeviç: "Avropa Rusiya raketlərindən qorunmağa hazır deyil"

"Avropa ölkələri pilotsuz aparatlar və hava müharibəsi texnologiyalarının sürətli inkişafından geri qalır. Rusiya ərazisindən həyata keçirilə biləcək potensial raket zərbələrinin qarşısını almaq gücündə deyil". xəbər verir ki, bu fikirləri Latviya prezidenti Edqars Rinkeviç "The Guardian"

20 sentyabr
.

Cənubi Koreya Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verməyə hazırdır

Cənubi Koreyanın xarici işlər naziri Ço Hyon ABŞ dövlət katibi Marko Rubio ilə görüşündə Seulun Hörmüz boğazında gəmiçiliyin bərpasına əhəmiyyətli töhfə verməyə hazır olduğunu bildirib. Report" xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Yonhap" agentliyi məlumat yayıb. "Ço Rubioy

20 sentyabr
.

Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür

Venesuela hökuməti və müxalifət qüvvələri ölkənin qızıl ehtiyatlarının İngiltərə Bankından Nyu-York Federal Ehtiyat Bankına keçirilməsini nəzərdə tutan razılaşmanı imzalamaq ərəfəsindədir. Hazırda Britaniyanın mərkəzi bankında ümumi dəyəri təqribən 4 milyard dollar olan 31 ton Venesuela qızıl külçəs

20 sentyabr
.

Dünya xəritəsində yeni okean yarana bilər - Afrikanın parçalanması sürətlənib

Geoloqlara çoxdan məlumdur ki, Afrika gec-tez iki hissəyə parçalanacaq. Lakin ABŞ-ın Kolumbiya Universitetinin tədqiqatçıları indi bu prosesin əvvəl düşünüləndən xeyli irəlilədiyi qənaətinə gəliblər. Aktiv rift zonası "kritik" nöqtəyə çatıb və yaxın gələcəkdə parçalanma baş verə bilər. Bu ba

21 sentyabr