İnsanların adından saxta sosial media hesabları açılması hansı hüquqi məsuliyyət yaradır? - AÇIQLAMA
Sosial şəbəkələrin həyatımızın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə yeni hüquqi problemlər də ortaya çıxır.
Son illər insanların adından saxta sosial media hesablarının açılması, həmin hesablar vasitəsilə başqalarına mesajlar göndərilməsi və ya şəxsi şəkillərin paylaşılması kimi hallar daha çox müşahidə olunur.
Bəs görəsən insanların adından saxta sosial media hesabları açılması hansı hüquqi məsuliyyət yaradır və zərərçəkən şəxs bunu necə sübut edə bilər?
Hüquqşünas Xanım Yusifova bu barədə Sonxeber.az -a açıqlama verib:
"Bir şəxsin adından saxta sosial media hesabı açılması Azərbaycan qanunvericiliyinə görə bir neçə hüquqi məsuliyyət yarada bilər. Əgər həmin hesab vasitəsilə kiminsə şərəf və ləyaqətini alçaldan məlumatlar yayılırsa, bu halda məsələ böhtan və ya təhqir kimi qiymətləndirilə bilər və bu da qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Eyni zamanda şəxsin şəkillərinin, adının və digər şəxsi məlumatlarının icazəsiz istifadə olunması şəxsi həyatın toxunulmazlığının pozulması kimi də qiymətləndirilə bilər.
Bəzi hallarda isə saxta hesab vasitəsilə insanları aldatmaq, pul istəmək və ya başqa dələduzluq hərəkətləri etmək halları baş verir. Bu zaman artıq məsələ daha ağır hüquqi məsuliyyət yaradır və cinayət tərkibi formalaşa bilər.
Zərərçəkən şəxsin belə hallarda ilk növbədə sübutları toplaması vacibdir. Saxta hesabın ekran görüntüləri, həmin hesabdan yazılan mesajlar, paylaşılan şəkillər və digər məlumatlar saxlanılmalıdır. Bundan sonra vətəndaş hüquq-mühafizə orqanlarına müraciət edə və həmin hesabın kim tərəfindən idarə olunduğunun araşdırılmasını tələb edə bilər. Hüquq-mühafizə orqanları texniki vasitələrlə hesabın açıldığı IP ünvanını və istifadəçinin kimliyini müəyyən edə bilir.
Eyni zamanda zərərçəkən şəxs sosial şəbəkənin özünə də şikayət edə bilər. Əksər platformalarda saxta hesabların bağlanması və ya bloklanması üçün xüsusi şikayət mexanizmləri mövcuddur. Bununla yanaşı, şəxs öz hüquqlarının pozulması ilə bağlı məhkəməyə müraciət edərək həm mənəvi zərərin ödənilməsini, həm də saxta hesabın bağlanmasını tələb edə bilər.
Belə hallarda ən vacib məqam vaxtında reaksiya vermək və bütün sübutları itirmədən toplamaqdır. Çünki internet mühitində məlumatlar tez silinə bildiyi üçün gecikmə sübutların əldə olunmasını çətinləşdirə bilər. Buna görə də vətəndaşlar belə problemlə qarşılaşdıqda dərhal hüquqi addımlar atmalı və məsələni rəsmi qaydada araşdırmağa yönəltməlidirlər".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 688 Tarix: 16 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR
Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin
31 oktyabrHövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama
"Yeni dəmiryol xətləri arasında ilk növbədə Yeni Suraxanı-Hövsan marşrutunun istifadəyə verilməsi nəzərdə tutulur". xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib. Onun sözlərin
1 noyabrHər ay əlavə pensiya alacaq şəxslərin SİYAHISI AÇIQLANDI
Azərbaycanda bir sıra əmək pensiyaçılarının pensiyalarına aylıq sabit məbləğdə əlavələrin edilməsi nəzərdə tutulur. Bəs bu əlavələr kimlərə şamil olunacaq və məbləğ nə qədər olacaq?. xəbər verir ki, deputat Vüqar Bayramov bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Deputat bildirib ki, "Əmə
1 noyabrBu cərimənin məbləği KƏSKİN AZALIR
İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. yenisabah-a istinadən xəbər verir ki, bu təminatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsind
1 noyabrPensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib ki, bəzi şəxslər yaşlı və pensiyaçı vətəndaşların adına bank kartları açdırmaq üçün onlara 100-200 manat pul təklif edirlər. Həmin şəxslər vətəndaşların adına açılan əlavə kartları əldə etdikdən sonra onlardan qanunsuz pul dövriyyəsi və müxtəli
1 noyabrŞirvan Milli Parkında ceyranların sayı 7 mini ötüb
Şirvan Milli Parkında ceyranların sayı artaraq 7 048 başa çatıb. Bu barədə "Report"un Aran bürosuna Şirvan Milli Parkından məlumat verilib. Bildirilib ki, 2003-cü ildə Şirvan Milli Parkının yaradılması ceyranların qorunması, sayının artırılması və tarixi yaşayış areallarının bərpası istiqamətind
31 oktyabrBu gündən bu QADAĞA qüvvəyə minir
Türkiyədə sosial şəbəkələrdən istifadə ilə bağlı yeni qaydalar bu gündən qüvvəyə minib. Buna əsasən, 15 yaşını tamamlamayan şəxslər sosial şəbəkələrdə hesab aça bilməyəcəklər. xəbər verir ki, yeni hesab yaratmaq istəyənlər yaşlarını "e-Devlet" portalı vasitəsilə əldə ediləcək xüsusi rəqəmsa
1 noyabrAzərbaycanda bu şəxslərə yeni mənzillər veriləcək
Sosial Xidmətlər Agentliyi əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Saatlı rayonunda 18 ədəd üçotaqlı və 27 ədəd ikiotaqlı mənzilin satın alınması üzrə tender elan edib. Tenderdə iştirak haqqı 1 00 manat təşkil edir. Tenderin ehtimal olunan qiyməti 3,386 milyon manat təşkil edir. Tenderd
31 oktyabr