Münasibətlərdə yeni reallıq: Kişilər niyə tez küsür və naz edir? - SOSİAL ARAŞDIRMA

Münasibətlərdə yeni reallıq: Kişilər niyə tez küsür və naz edir? - SOSİAL ARAŞDIRMASon illər münasibətlərdə qadınların əksəriyyəti eyni mövzudan şikayət edir: kişilər çox nazlıdır. Əvvəllər daha məsuliyyətli davranan tərəf kimi görülən kişilərin indi daha tez küsən, incik və tələbkar olması tez-tez müzakirə edilir.

Bu dəyişiklik isə istər-istəməz sual yaradır: kişilər niyə belə dəyişdi və bu vəziyyətin arxasında hansı səbəblər dayanır?

Sonxeber.az -a danışan psixoloq Gülnar Orucova hesab edir ki, problemin kökündə ailə tərbiyəsi və dəyişən sosial mühit dayanır:

"Dəyişən gender rolları, seçim bolluğu, sosial medianın təsiri və artan gözləntilər bu gün xüsusilə kişilərin davranışında ciddi dəyişikliklər yaradıb. Son illərdə qadınlarla tanış olmaq, münasibət qurmaq əvvəlki dövrlərlə müqayisədə xeyli asanlaşıb. Bu rahatlıq isə bir çox kişidə arxayınlıq formalaşdırır: "Bu olmazsa, digəri var."

Məhz bu düşüncə kişilərin münasibətlərə yanaşmasını dəyişir, onlar daha tez küsən, daha nazlı, daha çox tələb edən tərəfə çevrilirlər.

Keçmişdə oğlan uşaqları çətinliyə alışdırılırdı. Valideynlər deyirdi ki, qoy zəhmət çəksin, həyatın ağırlığını hiss etsin. Bu gün isə əks mənzərə var. "Uşağım əziyyət çəkməsin" deyə, onun yerinə hər şey edilir. Hətta elə hallar var ki, məktəbdə oğlan uşağının çantasını başqasına daşıtdırırlar. Öz çantasını daşımayan uşaq sabah ailə məsuliyyətini necə daşıyacaq?

Bu cür tərbiyənin nəticəsi artıq açıq görünür: kişilər daha həssas yox, daha dözümsüz; daha qayğıkeş yox, daha tələbkar; daha məsuliyyətli yox, daha asılı olurlar. Kiçik bir problem olanda küsüb uzaqlaşmaq, qarşı tərəfi bloklamaq, "o etmədi, mən də etmədim" kimi uşaq davranışları nümayiş etdirmək adi hala çevrilir.

Digər tərəfdən qadınlar getdikcə daha güclü olurlar: işləyirlər, uğur qazanırlar, mübarizə aparırlar. Yəni qadınlar həyatda daha möhkəm dayanmağa çalışdığı halda, bəzi kişilər bu yükdən yayınmağa meyllənir. Nəticədə balans pozulur.

Problem buradadır: biz oğlan uşaqlarını həyat üçün yox, rahatlıq üçün böyüdürük. Halbuki bir kişi yalnız sevgi ilə yox, məsuliyyətlə formalaşır.

Ona görə də oğlan övladı böyüdən valideynlər diqqətli olmalıdır. Bu diqqət sadəcə geyim almaq, istədiyini təmin etmək deyil. Ona məsuliyyət öyrətməkdir. Qoy öz yatağını yığsın, paltarını səliqəyə salsın, ayaqqabısını təmizləsin. Bunlar kiçik şeylər deyil, gələcək xarakterin təməlidir.

Çünki sabah heç kim sizin yerinizə böyütdüyünüz, amma hazırlamadığınız bir kişini "öyrətmək" məcburiyyətində deyil. Əks halda qadınlar münasibətdə tərəfdaş yox, tərbiyəçi roluna düşür. Bu artıq münasibət deyil - bu, balansı pozulmuş bir yükdür".

Sosioloq Mətanət Məmmədova da məsələyə münasibət bildirərək qeyd edir ki, kişilərin "nazlı" davranışı artıq təsadüfi hal deyil, sosial bir problemə çevrilib:

"Kişilərin "nazlı" davranması əslində təkcə fərdi xüsusiyyətlərlə izah olunmur. Əgər bir insanın xarakterində buna meyillilik varsa, uyğun şərait yarananda bu xüsusiyyət daha açıq şəkildə üzə çıxır. Burada əsas rol oynayan amillərdən biri isə ailə tərbiyəsidir. Xüsusilə də bəzi hallarda anaların oğlan övladlarını həddindən artıq qoruyaraq, hər istədiyini təmin edərək böyütməsi onların gələcək davranış modelinə birbaşa təsir edir.

Bu cür yanaşmanın nəticələri isə zamanla üzə çıxır. Kişidə daha çox inciklik, küsəyənlik, qarşı tərəfdən həddindən artıq gözlənti kimi xüsusiyyətlər formalaşır. Halbuki bu davranışlar nə qadınlar, nə də ümumilikdə cəmiyyət tərəfindən müsbət qarşılanır. Çünki bizim təsəvvürümüzdə kişi hər zaman ailənin dayağı, məsuliyyəti üzərinə götürən, çətinliklər qarşısında geri çəkilməyən bir obraz olub.

Azərbaycan cəmiyyətində qadınlar hər zaman kişini güc, dayaq və arxa kimi görüb. Bu yanaşma xüsusilə Şərq mentalitetinə xas olan bir xüsusiyyətdir və uzun illər münasibətlərin təməlini təşkil edib. Lakin bu gün bir çox qadın artıq rolların dəyişdiyini deyir. Əvvəllər münasibətlərdə mübahisə yarananda qadın küsər, kişi isə barışdırmağa çalışardı. İndi isə tez-tez əks mənzərə ilə rastlaşırıq: kişi küsür, qadın isə onu razı salmağa çalışır.

Naz Azərbaycan kişisinə yaraşmayan davranışdır, çünki ənənəvi baxışda bu qadına aid olan bir xüsusiyyət kimi qəbul olunur. Bu gün isə bəzi münasibətlərdə qadınların kişinin "nazını çəkməsi" artıq adi hala çevrilib və bu da münasibətlərdə balansı pozur.

Valideynlərin üzərinə düşən məsuliyyət burada xüsusilə böyükdür. Oğlan övladını böyüdərkən ona yalnız rahatlıq yox, həm də məsuliyyət hissi aşılanmalıdır. Tərbiyə prosesində bu məqamlara diqqət yetirilmədikdə, gələcəkdə həm fərdi, həm də münasibət səviyyəsində problemlər qaçılmaz olur.

Ən diqqət çəkən məqamlardan biri də odur ki, bəzi kişilər bu davranışlarını problem kimi qəbul etmirlər. Halbuki bu, müasir münasibətlərdə ciddi çatlara səbəb olur. Bir çox qadın belə halları qəbul etmir və nəticədə münasibətlər sona çatır. Çünki onlar uşaqlıqdan ailələrində fərqli bir kişi modeli görüblər - daha qətiyyətli, daha məsuliyyətli və daha möhkəm xarakterli.

Nəticə etibarilə, münasibətlərdə davamlılıq və sağlamlıq üçün tərəflərin rolları deyil, davranış keyfiyyətləri önəmlidir. Kişiyə yaraşan xüsusiyyətlər məsuliyyət, möhkəmlik, mübarizlik hər zaman dəyərli olub və olacaq. Emosional inciklik və davamlı küsmək isə münasibəti gücləndirən yox, zəiflədən amillərdən biridir.

Bu səbəbdən də qadınlar daha çox özlərini güvənli hiss edəcəkləri, dayaq görə biləcəkləri insanları seçir və uyğun olmayan münasibətlərdən uzaqlaşmağa üstünlük verirlər".

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 822   Tarix: 18 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR

Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin

31 oktyabr
.

Hövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama

"Yeni dəmiryol xətləri arasında ilk növbədə Yeni Suraxanı-Hövsan marşrutunun istifadəyə verilməsi nəzərdə tutulur". xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib. Onun sözlərin

1 noyabr
.

Hər ay əlavə pensiya alacaq şəxslərin SİYAHISI AÇIQLANDI

Azərbaycanda bir sıra əmək pensiyaçılarının pensiyalarına aylıq sabit məbləğdə əlavələrin edilməsi nəzərdə tutulur. Bəs bu əlavələr kimlərə şamil olunacaq və məbləğ nə qədər olacaq?. xəbər verir ki, deputat Vüqar Bayramov bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Deputat bildirib ki, "Əmə

1 noyabr
.

Bu cərimənin məbləği KƏSKİN AZALIR

İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. yenisabah-a istinadən xəbər verir ki, bu təminatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsind

1 noyabr
.

Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq

Milli Məclis küləkli hava şəraitində işçilərin yeni qaydalarla işlədilməsi haqda tənzimləməni üçüncü oxunuşda qəbul edib. xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, işçilər küləkli havada açı

1 noyabr
.

Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib ki, bəzi şəxslər yaşlı və pensiyaçı vətəndaşların adına bank kartları açdırmaq üçün onlara 100-200 manat pul təklif edirlər. Həmin şəxslər vətəndaşların adına açılan əlavə kartları əldə etdikdən sonra onlardan qanunsuz pul dövriyyəsi və müxtəli

1 noyabr
.

Şirvan Milli Parkında ceyranların sayı 7 mini ötüb

Şirvan Milli Parkında ceyranların sayı artaraq 7 048 başa çatıb. Bu barədə "Report"un Aran bürosuna Şirvan Milli Parkından məlumat verilib. Bildirilib ki, 2003-cü ildə Şirvan Milli Parkının yaradılması ceyranların qorunması, sayının artırılması və tarixi yaşayış areallarının bərpası istiqamətind

31 oktyabr
.

Bu gündən bu QADAĞA qüvvəyə minir

Türkiyədə sosial şəbəkələrdən istifadə ilə bağlı yeni qaydalar bu gündən qüvvəyə minib. Buna əsasən, 15 yaşını tamamlamayan şəxslər sosial şəbəkələrdə hesab aça bilməyəcəklər. xəbər verir ki, yeni hesab yaratmaq istəyənlər yaşlarını "e-Devlet" portalı vasitəsilə əldə ediləcək xüsusi rəqəmsa

1 noyabr
.

Azərbaycanda bu şəxslərə yeni mənzillər veriləcək

Sosial Xidmətlər Agentliyi əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Saatlı rayonunda 18 ədəd üçotaqlı və 27 ədəd ikiotaqlı mənzilin satın alınması üzrə tender elan edib. Tenderdə iştirak haqqı 1 00 manat təşkil edir. Tenderin ehtimal olunan qiyməti 3,386 milyon manat təşkil edir. Tenderd

31 oktyabr