Yer kürəsinin göbəyi haradır?
İnsanlar tarix boyu dünyanın haradan başladığını anlamağa çalışıblar. Müxtəlif mədəniyyətlər isə öz müqəddəs saydıqları məkanları "Yer kürəsinin göbəyi" kimi adlandırıblar. Tarixçilərin fikrincə, bu cür yerlər bir neçədir və hər birinin özünəməxsus hekayəsi və simvolik mənası var.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, məşhur belə məkan Delfi hesab olunur.
Qədim yunan inanclarına görə, Zevs iki qartalı dünyanın müxtəlif istiqamətlərinə göndərmiş və onlar məhz bu nöqtədə qarşılaşmışdır. Delfidə yerləşən "omfalos" daşı isə dünyanın mərkəzi sayılır və insanlar ilə tanrılar arasında əlaqə rəmzi kimi qəbul edilirdi.
Digər mühüm namizədlərdən biri Qüds şəhəridir. Bu məkan üç böyük din üçün müqəddəs sayılır. Burada yerləşən Əsas Daş haqqında rəvayətlərdə deyilir ki, dünyanın yaradılışı məhz bu nöqtədən başlanıb.
Bəzi xalqlar isə "Yer kürəsinin göbəyi" kimi Pasxa adasını göstərirlər. Adadakı məşhur moai heykəlləri enerji qoruyucuları kimi qəbul olunur.
Başqa bir versiyaya görə isə dünyanın mərkəzi Tibetdə yerləşir. Yerli inanclara əsasən, Kailas dağı kainatın oxu hesab olunur.
Antropoloqlar bildirirlər ki, müxtəlif mədəniyyətlərin bu cür məkanlar müəyyən etməsi təsadüfi deyil. İnsanlar hər zaman özlərinə dayaq nöqtəsi axtarıblar.
"Yer kürəsinin göbəyi" anlayışı coğrafi deyil, daha çox mənəvi məna daşıyır. Bu yerlər əsrlər boyu ziyarət mərkəzlərinə çevrilib və insanlar bura cavab tapmaq ümidi ilə üz tutublar.
Bu gün həmin məkanlar turistləri cəlb etsə də, onların dəyəri dəyişməyib. Onlar insana xatırladır ki, hər kəsin həyatında bir başlanğıc nöqtəsi var və hər kəs öz "mərkəzini" özü seçir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 574 Tarix: 18 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tozsorana bir ovuc əlavə edin - çəkmə gücünü 2 QAT ARTIRIR
Tozsoranın çəkmə gücünün zəifləməsi ev təmizliyində ən sıx qarşılaşılan problemlərdəndir. Əksər insanlar bu vəziyyəti cihazın köhnəlməsi ilə əlaqələndirsə də, mətbəxdən tapılan sadə bir material problemi dərhal aradan qaldırır. xəbər verir ki, tozsoranın xortumundan içəri çəkilən 1 ovuc iri dənəli qay
11 oktyabrTelefonda zəng müddətini necə uzatmaq olar?
Smartfonda bir çox parametri dəyişmək mümkündür: əsas ekranın görünüşündən tutmuş zəng melodiyasına qədər. Amma gələn zəngin səsli poçta yönləndirilməzdən əvvəl neçə saniyə davam edəcəyini seçmək üçün ayrıca ayar adətən olmur. xəbər verir ki, zəngin müddətini dəyişmək mümkündür, lakin bunu telefonu
4 oktyabrHavasını çıxartdınız, amma radiator yenə soyuqdur? - Bu kiçik detalı yoxlayın
İstilik mövsümü başlayandan sonra radiator qızmırsa, dərhal yenidən havasını çıxarmağa tələsməyin. İsti suyun sistemdə normal dövr etməməsinin bir neçə səbəbi ola bilər. Radiatorun havasını çıxardıqdan sonra o yenə də soyuq qalırsa, proseduru dərhal təkrarlamaq lazım deyil. Problem. ümumiyyətlə, hav
11 oktyabrAzərbaycanda ən gənc müəllimin neçə yaşı var?
2026-cı il üzrə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərdən ən gəncinin 19, ən yaşlı müəllimin isə 81 yaşı var. AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib
4 oktyabrYaponlar buna görə göbəyə gül suyu damladırmışlar
Yapon mədəniyyətindən qaynaqlandığı iddia edilən və göbək nahiyəsinə gül suyu damlatmağa əsaslanan sadə üsul sosial şəbəkələrdə yenidən populyarlaşıb. xəbər verir ki, kiçik bir pambıq parça gül suyu ilə ısladılaraq göbək dəliyinin üzərinə qoyulur və dərinin onu əmməsi üçün 10-15 dəqiqə gözlənilir. Əsasə
11 oktyabrTurşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR
Turşunun diri və sərt qalmasını təmin edən təbii vasitələrdən ən məşhuru üzüm və palıd yarpaqlarıdır. Bu yarpaqlardakı taninlər tərəvəzlərin toxumasını qorumağa kömək edir. Bankaya əlavə edilən noxud fermentasiya prosesini sürətləndirir, limon suyu və ya limon duzu isə turşunun turşuluq balansını qoruyara
11 oktyabrPulsuz internet rahatlıqdır, yoxsa məlumatlar üçün risk? - Video
Bakının müxtəlif yerlərində - restoranlarda, hotellərdə və digər obyektlərdə pulsuz və ya şifrəsiz "Wi-Fi" şəbəkələrinə rast gəlmək mümkündür. Lakin bir neçə saniyə ərzində qoşulduğumuz belə şəbəkələrdən ehtiyatsız istifadə şəxsi və maliyyə məlumatlarımız üçün təhlükə yarada bilər. xəbər veri
4 oktyabrTelefonda iki Wi-Fi işarəsi nə deməkdir?
Bəzi Android telefonlarının ekranında eyni vaxtda iki Wi-Fi işarəsi görünür: biri böyük, digəri isə kiçik. İstifadəçilərdə sual yaradan bu işarələr əksər hallarda nasazlıqla bağlı deyil. Qoşa işarə "Dual Wi-Fi Acceleration" adlanan funksiyanın aktiv olduğunu göstərir. "Dual-Channel Acceleration"
11 oktyabr