"Ölkə başçısının Qarabağda sakinlərlə səmimi görüşləri böyük qayıdış prosesinə xüsusi məna qazandırır" - DEPUTAT

"Ölkə başçısının Qarabağda sakinlərlə səmimi görüşləri böyük qayıdış prosesinə xüsusi məna qazandırır" - DEPUTATXəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Xocavənd rayonunun Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar. Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma kənddə həyata keçirilmiş və nəzərdə tutulan işlər barədə məlumat verdi.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib ki, hazırda cənab prezident İlham Əliyevin göstərişinə əsasən Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir:

"Dövlət başçısı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mütəmadi olaraq bu bölgələrə səfərlər edir, yeni yaşayış məntəqələrinin təməlqoyma mərasimlərində, sosial və dini obyektlərin açılışlarında iştirak edir. Ən önəmlisi isə cənab prezident İlham Əliyevin sakinlərlə səmimi görüşləri böyük qayıdış prosesinə xüsusi məna qazandırır. Bu səfərlər Azərbaycanın suverenliyinin möhkəmlənməsini, xalqımızın doğma torpaqlarda yenidən qurduğu həyatın gerçəkləşməsini nümayiş etdirir. Bu gün də cənab prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Xocavənd rayonunun Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar. Xanoba kəndi Xocavənd rayonunun eyniadlı inzibati ərazi dairəsində, rayon mərkəzindən 15 kilometr cənub-qərbdə yerləşir. Bura Qarabağ xanlarına məxsus olmuş yaşayış məntəqəsidir. İşğaldan əvvəl kənddə orta məktəb, klub, kitabxana, tibb məntəqəsi və rabitə şöbəsi fəaliyyət göstərib. Kənd Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ildə həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.

Kənddə mövcud fərdi evlərin sayı 153-dür. Onlardan da 21-i yararsız, 132-si isə qismən yararlıdır. Qismən yararlı evlərdən 26-sı artıq istismara hazırdır. Bu ilin sonunadək daha 106 ev hazır olacaq. Bir neçə gün əvvəl ilkin mərhələdə kəndə 25 ailə - 114 nəfər qayıdıb. Oktyabradək daha 107 ailənin köçürülməsi planlaşdırılır. Ümumilikdə ötən ilin oktyabrından Xocavənd rayonunun 6 yaşayış məntəqəsinə 1818 nəfər - 441 ailə qayıdıb. Xanoba kəndində sosial məsələlərin həlli istiqamətində bir sıra işlər görülüb. Kənddəki mövcud 2 transformator məntəqəsi, elektrik və qaz xətləri bərpa olunub, eyni zamanda, yeni elektrik, qaz və optik xətlər çəkilib, subartezian quyusunda və nasos stansiyasında təmir işləri aparılıb".

Deputat vurğulayıb ki, prezident İlham Əliyevin Qarabağa səfərləri keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdış prosesinə birbaşa nəzarət etdiyini, onların yaşayış şəraiti, məşğulluğu və sosial rifahı ilə şəxsən maraqlandığını sübutudur:

"Prezident İlham Əliyevin Qarabağda bütün proseslərə xüsusi diqqət ayırması və bütün dövlət qurumlarının bu istiqamətdə səfərbər olunması böyük qayıdışın uğurla həyata keçirilməsini təmin edir. Əminliklə deyə bilərik ki, bu gün Qarabağ və Şərqi Zəngəzur artıq təkcə azad olunmuş torpaqlar deyil, həm də canlı həyatın, inkişafın və firavanlığın ünvanına çevrilir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 727   Tarix: 18 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yaxın günlərdə Coşqunun toyu olacaqmış...

Dünən "Şəki yaylası"nda istirahət-əyləncə mərkəzindəki faciəvi hadisədə həlak olan 31 yaşlı Coşqun Məmmədov Vətən müharibəsi iştirakçısı imiş. "Qafqazinfo" xəbər verir ki, "zipline" xəttində baş vermiş hadisədə həyatını itirən gəncin yaxınları sosial şəbəkədə onun nişanl

9 sentyabr
.

Sabirabadda qəsdən yanğın törədən şəxs saxlanıldı

Sabirabad rayonunun Narlıq kəndi ərazisində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. -ın əldə etdiyi məlumata görə, araşdırmalarla hadisənin kənd sakini H.Şükürov tərəfindən qəsdən həyata keçirildiyi məlum olub. Nəticədə 1 hektara yaxın ərazidə quru otlaq sahəsi yanıb

9 sentyabr
.

"Əmanətə Sədaqət" layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirilib

"Azərlotereya" ASC və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən "Əmanətə Sədaqət" layihəsi çərçivəsində bu il ali təhsil müəssisələrinə qəbul olunan şəhid ailə üzvləri üçün Bilik Gününə həs

9 sentyabr
.

Ali Məhkəmənin qərarına baxmayaraq eyni mənzil bir neçə dəfə satılıb - ŞİKAYƏT

Bakı sakini Alim Atakişiyev illərdir məhkəmələrdə hüquqlarını müdafiə etdiyi mənzilin qanunsuz yollarla ardıcıl olaraq bir neçə nəfərə satıldığını iddia edir. Onun sözlərinə görə, Ali Məhkəmənin qanuni sahiblik hüququnu təsdiqləyən qərarına baxmayaraq, mənzil üzərində saxta əməliyyatlar həyata keçirilib

10 sentyabr
.

"Şəki yaylası"nın sahibini hansı CƏZA GÖZLƏYİR?

Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində iki nəfərin ölümü ilə nəticələnən kanat faciəsinə dair yeni təfərrüat ortaya çıxıb. Hadisənin kanatın trosunun qırılması nəticəsində deyil, asılqanlı diyircəyin trosdan çıxması səbəbindən baş verdiyi bildirilir. Hadisə zamanı kanatdan istifadə edə

9 sentyabr
.

"Bantik"lə bağlı qalmaqal: "Pul vermədi, pəncərələri də sildirirdi"

2024-cü ildə "Bantik" mağazalar şəbəkəsində satıcı kimi çalışdığını deyən gənc qadın 10 günlük əməyinin qarşılığında əməkhaqqı almadığını iddia edib. Axşam.az APA-ya istinadən xəbər verir ki, şikayətçi 18 yaşı tamam olduqdan sonra satıcı vakansiyasına müraciət etdiyini və 7 günlük sınaq müddətind

10 sentyabr
.

Bakı yenidən qlobal iqlim gündəminin mərkəzində: İqlim fəaliyyətindən real nəticələrə doğru

Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 Azərbaycanın iqlim gündəliyində yeni mərhələnin başlanğıcıdır. İqlim dəyişmələri artıq yalnız ekoloji problem deyil. Bu məsələ XXI əsrin iqtisadi, enerji, sosial, texnoloji və hətta geosiyasi gündəminin əsas istiqamətlərindən birinə çevrilib. Temperatur artımı, su ehtiyatlarını

10 sentyabr
.

İstirahət mərkəzlərində təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA

İstirahət mərkəzlərində istifadə olunan tros, kanat və digər əyləncə qurğularının təhlükəsizliyi xüsusilə yay mövsümündə diqqət tələb edir. Trosların köhnəlməsi, korroziya, mexaniki zədələnmələr, düzgün texniki xidmət göstərilməməsi və qurğuların normadan artıq yüklənməsi qəza riskini artıra bilər. Mütəxəssislə

10 sentyabr
.

Leyla Əhmədova xaricdə deyil, 1 aydır həbsdə imiş... - DETALLAR

Xəbər verdiyimiz kimi, tanınmış modelyer Leyla Əhmədova cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, modelyer dələduzluqdan əlavə özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə, habelə vəzifə saxtakarlığında ittiham olunur. İş üzrə 8 nəfər zərərçəkmiş qismind

9 sentyabr