Ailə institutu niyə zəifləyir? - AÇIQLAMA

Ailə institutu niyə zəifləyir? - AÇIQLAMAMüasir cəmiyyətin sürətlə dəyişməsi ailə institutuna da təsirsiz ötüşmür. Əvvəllər xüsusi dəyər olaraq qəbul edilən ailə indi daha keçici bir quruma çevrilməkdədir.

Bu dəyişikliklərin səbəblərini anlamaq, həm fərdi, həm də sosial səviyyədə ailə anlayışının gələcəyini dəyərləndirmək üçün vacibdir.

Bəs görəsən müasir dövrdə ailə institutunun zəifləməsinin səbəbləri nələrdir?

Sonxeber.az -a danışan sosioloqlar bildirirlər ki,insanlar fərdi azadlıq və şəxsi zövqləri ictimai norma və öhdəliklərdən üstün tutduqda, ailəni sabit sosial institut kimi deyil, müvəqqəti və elastik bir razılaşma kimi qəbul edirlər :

Müasir dövrdə ailə institutunun zəifləməsinin səbəbləri bir deyil, bir neçə kompleks amillə bağlıdır. Ən başlıca amillərdən biri qloballaşma fonunda qərb dəyərlərinin, xüsusilə fərdiyyətçi və materialist yanaşmaların yayılarak yerləşməsidir. İnsanlar fərdi azadlıq və şəxsi zövqləri ictimai norma və öhdəliklərdən üstün tutduqda, ailəni sabit sosial institut kimi deyil, müvəqqəti və elastik bir razılaşma kimi qəbul edirlər ki, bu, xoş olmayan, amma başa düşülən bir tendensiyadır.

Müasir insan həyatını əvvəlcədən yazılmış ssenarilər əsasında deyil, situativ və fərdi qərarlara uyğun qurur. Bu baxımdan ailə də artıq "məcburi struktur" kimi yox, istənilən vaxt ləğv edilə bilən bir müqavilə kimi görünür.

Digər mühüm faktor isə cinsəlliyin "outsourcing" edilməsidir. Porno sektoru, ifrat açıq-saçıqlığı normaya çevirən film, reklam və musiqi industriyaları qadın bədənini kişilər üçün əlçatan və adi bir predmetə çevirir. Sosial şəbəkələr isə qadınlara və kişilərə qarşı cinsi nümayiş imkanını genişləndirir. Nəticədə ər və arvad cinsəllik baxımından bir-birinə bağlı olmayaraq alternativ variantlardan asılı vəziyyətə düşür, ailənin ən vacib sütunlarından biri olan cinsəllik artıq ailənin monopoliyasından çıxır.

İqtisadi qeyri-sabitlik də ailənin təməllərini zəiflədən mühüm amillərdən biridir. Gəlirin qeyri-müəyyən olması, mənzil problemi və uzunmüddətli planların qurulmaması ailəni qoruyucu mexanizm olmamaqla yanaşı, bəzən əlavə stress mənbəyinə çevrilir. Belə şəraitdə insanlar ailəni təhlükəsizlik təminatçısı kimi deyil, əlavə məsuliyyət kimi görməyə başlayır.

Ümumilikdə, müasir ailə əbədi birlik ideyasından uzaqlaşaraq, daha çox son istifadə tarixi olan elastik bir müqaviləyə çevrilməkdədir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1486   Tarix: 19 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu cərimənin məbləği KƏSKİN AZALIR

İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. yenisabah-a istinadən xəbər verir ki, bu təminatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsind

1 noyabr
.

Bəzi hərbçilər cərimələnəcəklər

Azərbaycanda bir sıra hərbçilər cərimə və ya həbs edilə bilərlər. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin noyabrın 3-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, zabit, gizir, miçman, müddətdə

31 oktyabr
.

Yol polisindən moped və velosiped sürənlərə xəbərdarlıq - Video

Bir gün ərzində moped və velosiped idarə edən iki gənc yol qəzasında həyatını itirib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, Siyəzən rayonunun Böyük Həmyə kəndində 17 yaşlı gəncin sürmə vərdişləri olmadığı halda moped idarə etməsi faciə ilə nəticələnib

31 oktyabr
.

Kredit götürənlərə pis xəbər! - Bu yaşda olanlar sığortalanmayacaq

Kredit götürən şəxslərin həyatının ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanması zamanı yaş və sağlamlıqla bağlı müəyyən məhdudiyyətlər nəzərdə tutulur. Trend-ə istinadən xəbər verir ki, bəzi kateqoriyalara aid şəxslər, sığorta müqaviləsində ayrıca təminat nəzərdə tutulan hallar istisn

31 oktyabr
.

Natiq Fərzəliyev əməliyyat olundu

Aktyor Natiq Fərzəliyevin səhhətində problem yaranıb. O, özəl xəstəxanaların birində əməliyyat olunub. Natiq Fərzəliyev Qaynarinfo-ya açıqlamasında hazırda vəziyyətinin yaxşı olduğunu bildirib:. "Hələ özümə tam gəlməmişəm, amma həkimlər əməliyyatın uğurla keçdiyini deyib. Ayaq damarlarımda problemlə

31 oktyabr
.

Hövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama

"Yeni dəmiryol xətləri arasında ilk növbədə Yeni Suraxanı-Hövsan marşrutunun istifadəyə verilməsi nəzərdə tutulur". xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib. Onun sözlərin

1 noyabr
.

Bu gündən bu QADAĞA qüvvəyə minir

Türkiyədə sosial şəbəkələrdən istifadə ilə bağlı yeni qaydalar bu gündən qüvvəyə minib. Buna əsasən, 15 yaşını tamamlamayan şəxslər sosial şəbəkələrdə hesab aça bilməyəcəklər. xəbər verir ki, yeni hesab yaratmaq istəyənlər yaşlarını "e-Devlet" portalı vasitəsilə əldə ediləcək xüsusi rəqəmsa

1 noyabr
.

Məryəm Üzərli Azərbaycana gələcək

"Möhtəşəm yüz il" serialında Hürrəm Sultan obrazı ilə tanınan türkiyəli aktrisa Məryəm Üzərli Azərbaycana gələcək. Axşam.az xəbər verir ki, aktrisanın Bakıya gəlişinə səbəb romantik dram janrında çəkilən "İmroz'da Bahar" filmidir. Ekran işinin qala gecəsi Azərbaycanda da keçiriləcək

31 oktyabr
.

Azərbaycan ayaqqabı istehsalını 58 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 milyon 93,6 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58,3 % çoxdur. Bu ilin oktyabrın 1-nə ölkədə 90,4 min cüt hazır məhsul ehtiyatı olub. 2025-c

1 noyabr