İnfarkt və insult hallarının ən çox qeydə alındığı saatlar məlum olub
İnfarkt və insult hallarının böyük əksəriyyəti günün ilk yarısında, yəni saat 6:00-dan 11:00-a qədər olan müddətdə qeydə alınır".
Oxu.Az xəbər verir ki, məsələ ilə bağlı Gazeta.ru-ya açıqlamasında rusiyalı genetik Konstantin Krutovski danışıb.
"Bu hal yuxudan oyanma prosesində orqanizmdə baş verən fizioloji dəyişikliklərindən irəli gəlir. Oyanışdan əvvəl stres hormonu olan kortizol qanda kəskin şəkildə artır, təzyiqi yüksəldir, nəbzi tezləşdirir və orqanizmin enerji ehtiyatlarını işə salır. Bu proses kortizolun oyanma reaksiyası kimi tanınır. Tam sağlam şəxslərdə bu təbii olsa da, ürək-damar xəstəliklərindən əziyyət çəkənlərdə belə bir stres infarkt və ya insultla nəticələnə bilər", - deyə mütəxəssis bildirib.
Həmçinin, insanların böyük bir qismində simpatik sinir sisteminin oyanması və qan damarlarının tonusunun artması nəticəsində səhər saatlarında arterial təzyiqin yüksəlməsi qeydə alınır.
Belə vəziyyətdə ürək gecə saatlarına nisbətən daha ağır rejimdə fəaliyyət göstərir. Bununla yanaşı, səhərlər qanın tromboz yaratma riski yüksəlir ki, bu da fibrinogenin çoxalması, trombositlərin daha aktiv olması və qan laxtalarını əridən mexanizmlərin zəifləməsi ilə bağlıdır. Nəticə etibarilə beyin və ya ürək damarlarında trombun yaranma ehtimalı çoxalır. Gecə vaxtı rahatlamış damarların səhər hormonlar və sinir sisteminin təzyiqi ilə daralması vəziyyəti daha da gərginləşdirir. Şübhəsiz ki, damar aterosklerotik lövhəciklər səbəbindən qismən tutulubsa, səhər saatlarındakı daralma qan dövranını zəiflədə, lövhənin zədələnməsinə və trombun əmələ gəlməsinə yol aça bilər", - deyə alim vurğulayıb.
Elə bu səbəbdən, səhər saatlarında təzyiqin anidən yüksəlməsinin önünü kəsmək məqsədilə bəzi qan təzyiqi dərmanlarının axşamdan içilməsi məsləhət görülür. Eyni zamanda, risk qrupunda olan şəxslərə yuxudan oyanan kimi ağır fiziki işlərdən uzaq durmaq və orqanizmin özünə gəlməsi üçün 30-60 dəqiqə gözləmək tövsiyə edilir.
"Amma bir sıra araşdırmalar sübut edir ki, gecə həyat tərzinə üstünlük verən insanlarda sirkad ritmlərinin fərqliliyi səbəbindən ürək-damar fəsadlarının pik vaxtı daha gec saatlara təsadüf edə bilər. Bu amili də mütləq diqqətdə saxlamaq lazımdır", - deyə K.Krutovski fikrini tamamlayıb.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 778 Tarix: 26 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kərə yağını uzun müddət təzə saxlamağın yolları
Kərə yağının uzun müddət təzə, dadlı və ətirli qalması üçün onun düzgün saxlanılması vacibdir. Soyuducuda və dondurucuda bəzi sadə qaydalara əməl etməklə məhsulun keyfiyyətini daha uzun müddət qorumaq mümkündür. xarici mediaya istinadən xəbər verir ki, kərə yağı ilk baxışdan xüsusi saxlama şəraiti tələ
11 oktyabrPulsuz internet rahatlıqdır, yoxsa məlumatlar üçün risk? - Video
Bakının müxtəlif yerlərində - restoranlarda, hotellərdə və digər obyektlərdə pulsuz və ya şifrəsiz "Wi-Fi" şəbəkələrinə rast gəlmək mümkündür. Lakin bir neçə saniyə ərzində qoşulduğumuz belə şəbəkələrdən ehtiyatsız istifadə şəxsi və maliyyə məlumatlarımız üçün təhlükə yarada bilər. xəbər veri
4 oktyabrA frame ev tikintisi üçün torpaq sahəsi necə seçilməlidir?
A frame ev tikmək üçün torpaq axtararkən sahənin relyefi, torpağın quruluşu və tikilinin yerləşəcəyi hissə nəzərə alınmalıdır. Düz və ya az maili ərazi tikinti işlərini asanlaşdırır, çox maili və nəm torpaq isə əlavə qazıntı, drenaj və fundament işləri tələb edə bilər. Sahəyə girişin olması, su və elektri
5 oktyabrTurşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR
Turşunun diri və sərt qalmasını təmin edən təbii vasitələrdən ən məşhuru üzüm və palıd yarpaqlarıdır. Bu yarpaqlardakı taninlər tərəvəzlərin toxumasını qorumağa kömək edir. Bankaya əlavə edilən noxud fermentasiya prosesini sürətləndirir, limon suyu və ya limon duzu isə turşunun turşuluq balansını qoruyara
11 oktyabrPulsuz "Wi-Fi" sizə baha başa gələ bilər - Səbəb
Bakıda restoran, hotel və digər ictimai məkanlarda parolsuz "Wi-Fi" şəbəkələrindən istifadə geniş yayılıb. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, belə şəbəkələrə ehtiyatsız qoşulmaq şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi ilə nəticələnə bilər. xəbər verir ki, Baku TV-nin sorğusund
3 oktyabrAilənin 20-ci övladı idi, yeriyə bilmirdi - Dünyanın ən sürətli qadının HƏYATI
Dünyanın ən sürətli qadınlarından biri kimi tarixə düşən Vilma Rudolfun həyatı adi idman uğuru hekayəsindən çox fərqlənir. O, 20 yaşında üç Olimpiya qızılı qazanaraq adını idman tarixinə yazdırıb. Halbuki uşaqlığında keçirdiyi poliomielit səbəbindən uzun müddət ayağında xüsusi aparatla yaşamaq məcburiyyətind
4 oktyabrTelefonda zəng müddətini necə uzatmaq olar?
Smartfonda bir çox parametri dəyişmək mümkündür: əsas ekranın görünüşündən tutmuş zəng melodiyasına qədər. Amma gələn zəngin səsli poçta yönləndirilməzdən əvvəl neçə saniyə davam edəcəyini seçmək üçün ayrıca ayar adətən olmur. xəbər verir ki, zəngin müddətini dəyişmək mümkündür, lakin bunu telefonu
4 oktyabrUşaqları kitab oxumağa necə cəlb etmək olar? - Psixoloqdan mühüm tövsiyələr
"Kitablara maraq yalnız oxumaq bacarığının mənimsənilməsi ilə yaranmır. Əsas məsələ uşağın kitabları yeni məlumatlar əldə etmək və düşünmək üçün vasitə kimi qəbul etməsidir". xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında psixoloq Darya Misiyukova bildirib. Mütəxəssisin sözlərinə görə
11 oktyabrYemək bişirəndə bu səhv qaz xərcinizi artırır - Qənaətin sadə yolu
Yemək bişirərkən qaz gözünü qabın ölçüsünə uyğun seçməmək əlavə qaz sərfiyyatına səbəb olur. Kiçik görünən bu səhv zamanla xərcləri artıra bilər. Qaza qənaət etməyin ən sadə yollarından biri qazanın və ya tavanın ölçüsünə uyğun qaz gözündən istifadə etməkdir. Kiçik qazanı böyük qaz gözünün üzərinə qoyma
11 oktyabr