Azərbaycanda Novruz bayramı ilə bağlı ƏNƏNƏ DƏYİŞDİ - SƏBƏB
Novruz süfrəsinin əsas simvolları sayılan milli şirniyyatlarımız paxlava, şəkərbura və qoğalın hazırlanması təkcə kulinariya prosesi deyil, həm də ailələri bir araya gətirən xüsusi mərasim kimi dəyərləndirilir. Lakin son illərdə bu ənənənin əvvəlki illərlə müqayisədə daha çox xərc tələb etdiyi və az bişirildiyi müşahidə olunur.
Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli bayram şirniyyatlarının daha az hazırlanmasını və satışın zəifləməsini qiymət artımı ilə əlaqələndirib:
"Yağ və digər ərzaq məhsullarının qiyməti artıb. Ötən il ərzaq inflyasiyası təxminən 7 faizə çatmışdı. Bu ilin əvvəlindən isə ərzaq inflyasiyası daha da sürətlənib. Təkcə bu deyil, digər xərclər də artıb. Məsələn, daşınma xərcləri yüksəlib, dizel yanacağının qiyməti 10 faiz artıb. Bütün bu amillər sonda məhsul və xidmətlərin qiymətinə təsir edir. Nəticə etibarilə bu il Novruz şirniyyatlarının bahalaşması gözlənilən idi və hazırda artım açıq şəkildə müşahidə olunur".
İqtisadçı qeyd edib ki, satışla məşğul olan şəxslər həm də alıcıdır:
"Bu sahədə fəaliyyət göstərən sahibkarlar, şirniyyat satışı ilə məşğul olanlar həm də bir alıcıdırlar. Ümumilikdə qiymətlər artdıqca onların xərcləri də yüksəlir. Bura kommunal xərclər və digər ödənişlər də daxildir. Belə olan halda qazandıqları vəsaiti başqa sahələrdə xərcləməli olurlar. Məsələn, şirniyyat satan şəxs ət alırsa və ətin qiyməti artırsa, o da məcbur qalır ki, öz məhsulunun qiymətini yüksəltsin. Proseslər bir-biri ilə sıx bağlıdır".
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 7414 Tarix: 29 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kərə yağını uzun müddət təzə saxlamağın yolları
Kərə yağının uzun müddət təzə, dadlı və ətirli qalması üçün onun düzgün saxlanılması vacibdir. Soyuducuda və dondurucuda bəzi sadə qaydalara əməl etməklə məhsulun keyfiyyətini daha uzun müddət qorumaq mümkündür. xarici mediaya istinadən xəbər verir ki, kərə yağı ilk baxışdan xüsusi saxlama şəraiti tələ
11 oktyabrPulsuz internet rahatlıqdır, yoxsa məlumatlar üçün risk? - Video
Bakının müxtəlif yerlərində - restoranlarda, hotellərdə və digər obyektlərdə pulsuz və ya şifrəsiz "Wi-Fi" şəbəkələrinə rast gəlmək mümkündür. Lakin bir neçə saniyə ərzində qoşulduğumuz belə şəbəkələrdən ehtiyatsız istifadə şəxsi və maliyyə məlumatlarımız üçün təhlükə yarada bilər. xəbər veri
4 oktyabrA frame ev tikintisi üçün torpaq sahəsi necə seçilməlidir?
A frame ev tikmək üçün torpaq axtararkən sahənin relyefi, torpağın quruluşu və tikilinin yerləşəcəyi hissə nəzərə alınmalıdır. Düz və ya az maili ərazi tikinti işlərini asanlaşdırır, çox maili və nəm torpaq isə əlavə qazıntı, drenaj və fundament işləri tələb edə bilər. Sahəyə girişin olması, su və elektri
5 oktyabrTurşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR
Turşunun diri və sərt qalmasını təmin edən təbii vasitələrdən ən məşhuru üzüm və palıd yarpaqlarıdır. Bu yarpaqlardakı taninlər tərəvəzlərin toxumasını qorumağa kömək edir. Bankaya əlavə edilən noxud fermentasiya prosesini sürətləndirir, limon suyu və ya limon duzu isə turşunun turşuluq balansını qoruyara
11 oktyabrPulsuz "Wi-Fi" sizə baha başa gələ bilər - Səbəb
Bakıda restoran, hotel və digər ictimai məkanlarda parolsuz "Wi-Fi" şəbəkələrindən istifadə geniş yayılıb. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, belə şəbəkələrə ehtiyatsız qoşulmaq şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi ilə nəticələnə bilər. xəbər verir ki, Baku TV-nin sorğusund
3 oktyabrAilənin 20-ci övladı idi, yeriyə bilmirdi - Dünyanın ən sürətli qadının HƏYATI
Dünyanın ən sürətli qadınlarından biri kimi tarixə düşən Vilma Rudolfun həyatı adi idman uğuru hekayəsindən çox fərqlənir. O, 20 yaşında üç Olimpiya qızılı qazanaraq adını idman tarixinə yazdırıb. Halbuki uşaqlığında keçirdiyi poliomielit səbəbindən uzun müddət ayağında xüsusi aparatla yaşamaq məcburiyyətind
4 oktyabrTelefonda zəng müddətini necə uzatmaq olar?
Smartfonda bir çox parametri dəyişmək mümkündür: əsas ekranın görünüşündən tutmuş zəng melodiyasına qədər. Amma gələn zəngin səsli poçta yönləndirilməzdən əvvəl neçə saniyə davam edəcəyini seçmək üçün ayrıca ayar adətən olmur. xəbər verir ki, zəngin müddətini dəyişmək mümkündür, lakin bunu telefonu
4 oktyabrUşaqları kitab oxumağa necə cəlb etmək olar? - Psixoloqdan mühüm tövsiyələr
"Kitablara maraq yalnız oxumaq bacarığının mənimsənilməsi ilə yaranmır. Əsas məsələ uşağın kitabları yeni məlumatlar əldə etmək və düşünmək üçün vasitə kimi qəbul etməsidir". xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında psixoloq Darya Misiyukova bildirib. Mütəxəssisin sözlərinə görə
11 oktyabrYemək bişirəndə bu səhv qaz xərcinizi artırır - Qənaətin sadə yolu
Yemək bişirərkən qaz gözünü qabın ölçüsünə uyğun seçməmək əlavə qaz sərfiyyatına səbəb olur. Kiçik görünən bu səhv zamanla xərcləri artıra bilər. Qaza qənaət etməyin ən sadə yollarından biri qazanın və ya tavanın ölçüsünə uyğun qaz gözündən istifadə etməkdir. Kiçik qazanı böyük qaz gözünün üzərinə qoyma
11 oktyabr