Sığorta haqları artdı, taksi qiymətləri də qalxacaq?

Sığorta haqları artdı, taksi qiymətləri də qalxacaq?Azərbaycanda avtomobillərin icbari sığortası sistemi yaxın günlərdə yenilənmiş qaydalarla fəaliyyət göstərəcək. Dövlət tərəfindən qəbul olunmuş qərara görə, bundan sonra risk faktorları əsas götürülərək sığorta haqları daha dəqiq və obyektiv şəkildə hesablanacaq. Xüsusilə taksi sahəsində fəaliyyət göstərən nəqliyyat vasitələri üçün tətbiq ediləcək yeni yanaşmalar, bu xidmətdən istifadə edən vətəndaşlardan tutmuş sürücülər və şirkətlərə qədər geniş təbəqələrə təsir edəcək.

Yeni mexanizmə əsasən sığorta haqlarının müəyyənləşdirilməsində bir sıra amillər nəzərə alınacaq. Bunlar arasında sürücünün təcrübəsi və sürücülük stajı, əvvəlki sığorta iddiaları və qəzalar, avtomobilin markası, yaşı və texniki vəziyyəti, taksi xidmətinin günlük intensivliyi və istifadə müddəti kimi risk indikatorları yer alacaq.

Bəs yeni qayda ilə sığorta haqları risk faktorlarına görə artacaqsa, bu artım taksi xidmətlərinin gedişhaqqına necə təsir edəcək? Taksilərdə gedişhaqqının artması mümkündür?

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Musavat.com-a danışıb:

"İstənilən ödəniş, istənilən rüsum, artan ödəniş həcmi və məbləğ, mal və xidmətin qiymətinin üstünə gəlir. Bu, həmişə belədir. Doğrudur, burada böyük məbləğdən söhbət getmir. Amma hər bir halda, sığorta haqları artacaqsa, taksi xidmətində fəaliyyət göstərənlər də cüzi də olsa həmin xərci öz gedişhaqqına əlavə edəcəklər. Burada onları qınamaq da mümkün deyil. Qeyd etdiyimiz kimi, istənilən rüsumun son ödəyicisi istifadəçidir. Yəni taksi sürücüləri və taksi şirkətləri, əgər sığorta haqlarını daha yüksək ödəyəcəklərsə, bu məbləği gedişhaqqının üstünə, hətta bir neçə qəpik də olsa, əlavə edəcəklər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 408   Tarix: 04 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu cərimənin məbləği KƏSKİN AZALIR

İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. yenisabah-a istinadən xəbər verir ki, bu təminatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsind

1 noyabr
.

Onlar pulsuz xidmət göstərməsələr, 18 manat ödəyəcəklər - Yeni qayda

Azərbaycanda "Pulsuz hüquqi yardım haqqında" yeni qanun qəbul ediləcək. Qanunda pulsuz hüquqi yardım göstərən vəkillər üçün yeni öhdəliklər müəyyənləşdiriləcək. Trend-ə istinadən xəbər verir ki, yeni qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb

31 oktyabr
.

Azərbaycanda istilik mövsumu bəzi yerlərdə 15 gün tez başlayacaq - Rəsmi

Naxçıvan şəhərində 2026-2027-ci illər üzrə istilik mövsümünə noyabrın 1-də start veriləcək. Naxçıvan Şəhər İcra Hakimiyyətindən -a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarına əsasən, ölkənin soyuq iqlim şəraitinə malik 26 şəhər və rayonund

31 oktyabr
.

ŞAD XƏBƏR! Gələn il maaşlar, pensiyalar və sosial yardımlar ARTACAQ - AÇIQLAMA

"Gələn il Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının məbləğinin artırılması aztəminatlı ailələrin sosial müdafiəsinin daha da gücləndirilməsinə imkan verəcək. Ehtiyac meyarına uyğun olaraq ünvanlı dövlət sosial yardımı təyin edilir. Bu meyarın və minimum əməkhaqqının artırılması ünvanl

1 noyabr
.

Azərbaycanda aliment artırılacaq

2027-ci il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması nəzərdə tutulur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, uşaqlar üçün yaşayı

1 noyabr
.

Azərbaycan pambıq ipliyi istehsalını 23 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 18 min 816 ton pambıq ipliyi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,8 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 3 min 941 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

31 oktyabr
.

Quru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Yanvar-sentyabr aylarında…

Azərbaycanda turizm sektorunun göstəriciləri geriləməkdə davam edir. "Yeni Sabah" xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu barədə "Facebook" səhifəsində paylaşım edib. Onun sözlərinə görə, hökumət turizmi yenidən prioritet sahə elan edərək yeni fəaliyyət proqramı qəbul etsə də

1 noyabr
.

Azərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind

1 noyabr
.

Cavid Abdullayev: "Startap ekosistemi formalaşdırmaq dayanıqlı enerji təchizatı olmadan mümkün deyil"

Startap ekosisteminin formalaşması dayanıqlı enerji təchizatı olmadan mümkün deyil. "Report" xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterpris

31 oktyabr