Azərbaycanda evlənmək istəyənlərə EV VERİLƏ BİLƏR - YENİ TƏKLİFİN DETALLARI
Son zamanlar ölkədə ailə qurmaqdan çəkinənlərin sayı artıb. Bu səbəbdən evliliklərin sayında əvvəlki illərlə müqayisədə azalma müşahidə olunur. Əsas səbəblərdən biri gənclərin şəxsi mənzilə sahib olmamasıdır. Hazırda ev almaq üçün minimum 80-100 min manat vəsait tələb olunur ki, bu da həm yüksək gəlir, həm də kredit götürmək istəyənlər üçün kifayət qədər ağır şərtlər deməkdir.
Bəs gənclərin ev sahibi olması və ailə qurması üçün hansı konkret dəstək mexanizmləri tətbiq edilməlidir?
Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, əslində, problemin həlli yolları mövcuddur.
İqtisadçının sözlərinə görə, Azərbaycanda sosial ipoteka mexanizmi olsa da, onun həcmi kifayət qədər məhduddur:
"Azərbaycanda sosial ipoteka var, lakin payı cəmi 4 faizdir. Bu isə çox azdır və müraciət edənlərin sayı bundan dəfələrlə çoxdur. Ona görə də Bakı şəhərinin gələcəyi barədə ciddi düşünmək lazımdır. Torpaqlarımız işğaldan azad olunub və yeni imkanlar yaranıb".
N.Cəfərli hesab edir ki, gənc ailələr üçün alternativ istiqamətlər təşviq olunmalıdır:
"Gənc ailələrə işğaldan azad olunmuş ərazilərdə - Xankəndi, Ağdam, Füzuli, Zəngilan, Qubadlı kimi bölgələrdə yaşamaq üçün faizsiz kreditlər verilməli, onlar mənzillə təmin olunmalı və iş yerləri yaradılmalıdır. Bu, gənclərin yalnız Bakıda deyil, regionlarda, xüsusilə də azad olunmuş ərazilərdə məskunlaşmasına şərait yaradar. Beləliklə, bir neçə problem eyni vaxtda həll olunar. Məsələn, Qarabağ və Şərqi Zəngəzurda məskunlaşma sürətlənər, yeni iş yerləri yaranar və tikinti sektoru inkişaf edər".
Natiq Cəfərlinin fikrincə, hazırda əsas problem yanaşmadadır:
"Bizdə "mənzilə çıxış imkanları məhduddur" deyəndə yalnız Bakı nəzərdə tutulur. Bu isə düzgün yanaşma deyil. Paytaxt artıq həddindən artıq yüklənib və demək olar ki, yaşanılmaz vəziyyətə gəlib. Hətta güclü yağış zamanı belə şəhər iflic olur. Bütün bu problemlərə kompleks yanaşmaq lazımdır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 639 Tarix: 04 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu cərimənin məbləği KƏSKİN AZALIR
İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. yenisabah-a istinadən xəbər verir ki, bu təminatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsind
1 noyabrOnlar pulsuz xidmət göstərməsələr, 18 manat ödəyəcəklər - Yeni qayda
Azərbaycanda "Pulsuz hüquqi yardım haqqında" yeni qanun qəbul ediləcək. Qanunda pulsuz hüquqi yardım göstərən vəkillər üçün yeni öhdəliklər müəyyənləşdiriləcək. Trend-ə istinadən xəbər verir ki, yeni qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb
31 oktyabrAzərbaycanda istilik mövsumu bəzi yerlərdə 15 gün tez başlayacaq - Rəsmi
Naxçıvan şəhərində 2026-2027-ci illər üzrə istilik mövsümünə noyabrın 1-də start veriləcək. Naxçıvan Şəhər İcra Hakimiyyətindən -a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarına əsasən, ölkənin soyuq iqlim şəraitinə malik 26 şəhər və rayonund
31 oktyabrAzərbaycanda aliment artırılacaq
2027-ci il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması nəzərdə tutulur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, uşaqlar üçün yaşayı
1 noyabrAzərbaycan pambıq ipliyi istehsalını 23 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 18 min 816 ton pambıq ipliyi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,8 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 3 min 941 ton hazır məhsul ehtiyatı olub. Xatırlada
31 oktyabrQuru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Yanvar-sentyabr aylarında…
Azərbaycanda turizm sektorunun göstəriciləri geriləməkdə davam edir. "Yeni Sabah" xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu barədə "Facebook" səhifəsində paylaşım edib. Onun sözlərinə görə, hökumət turizmi yenidən prioritet sahə elan edərək yeni fəaliyyət proqramı qəbul etsə də
1 noyabrAzərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind
1 noyabr