Bakıda bu ərazilərdə SÖKÜNTÜ OLACAQ - Metrostansiya, tramvay xətləri...
"Plan üzrə əvvəldən elan olunmuş rayonlar qüvvədə qalır. 2026-cı ildə "Təzəpir" məscidinin ətrafı, "Bayıl şəhər" adlandırılan ərazilər, keçmiş "Sovetski" (hazırda Yasamal rayonu) ərazisində yerləşən və artıq sökülmüş binaların qalıqlarını əhatə edən sahələr söküntü prosesinə cəlb olunacaq".
Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, həmçinin yeni tikiləcək metro stansiyalarının ətrafı və tramvay xətlərinin keçəcəyi küçələr də bu prosesə daxil ediləcə:
"Xüsusilə Ceyhun Hacıbəyli küçəsi və 1 saylı xəstəxananın ətrafı, o cümlədən Salman Mümtaz, Xanlar Ələkbərov, Qanbay Vəzirov, Yusif Qasımov, Rzaquliyev, Nabat Aşurbəyova, Çingiz Mustafayev və Mirzəağa Əliyev küçələrinin 2026-cı ildə və sonrakı illərdə mərhələli şəkildə söküntüyə məruz qalacağı gözlənilir. Nərimanov rayonunda isə Montin və Keşlə bazarı ətrafı ərazilər bu prosesə cəlb olunacaq".
Bundan əlavə, artıq Azərbaycanın bir çox rayon və kəndlərində də analoji proseslər aparılır. Qəzalı binalar müəyyənləşdirilmiş və onların mərhələli şəkildə sökülməsi planlaşdırılmışdır".
AQC sədri əlavə edib ki, bu proses bütövlükdə ölkəni əhatə edəcək:
"Lakin 2026-cı ildə həyata keçiriləcək işlər dövlət büdcəsinin və investorların maliyyə imkanlarından asılı olacaq. Əgər söküntü prosesi Bakı şəhərinin 2040-cı il Baş Planına uyğun şəkildə aparılaraq həmin ərazilərdə parklar və ya ictimai məkanlar salınarsa, vətəndaşlara dövlət büdcəsi hesabına kompensasiya ödəniləcək.
Əgər sökülən ərazilərdə müvafiq tikinti şirkətləri (MTK-lar) tərəfindən yeni binalar inşa olunarsa, bu halda vətəndaşlara həmin binalarda yeni mənzillər təqdim ediləcək. Yəni ümumilikdə bu proses həm investorların cəlb olunmasından, həm də dövlət büdcəsinin imkanlarından birbaşa asılıdır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 10531 Tarix: 06 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu cərimənin məbləği KƏSKİN AZALIR
İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. yenisabah-a istinadən xəbər verir ki, bu təminatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsind
1 noyabrOnlar pulsuz xidmət göstərməsələr, 18 manat ödəyəcəklər - Yeni qayda
Azərbaycanda "Pulsuz hüquqi yardım haqqında" yeni qanun qəbul ediləcək. Qanunda pulsuz hüquqi yardım göstərən vəkillər üçün yeni öhdəliklər müəyyənləşdiriləcək. Trend-ə istinadən xəbər verir ki, yeni qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb
31 oktyabrAzərbaycanda istilik mövsumu bəzi yerlərdə 15 gün tez başlayacaq - Rəsmi
Naxçıvan şəhərində 2026-2027-ci illər üzrə istilik mövsümünə noyabrın 1-də start veriləcək. Naxçıvan Şəhər İcra Hakimiyyətindən -a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarına əsasən, ölkənin soyuq iqlim şəraitinə malik 26 şəhər və rayonund
31 oktyabrAzərbaycanda aliment artırılacaq
2027-ci il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması nəzərdə tutulur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, uşaqlar üçün yaşayı
1 noyabrAzərbaycan pambıq ipliyi istehsalını 23 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 18 min 816 ton pambıq ipliyi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,8 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 3 min 941 ton hazır məhsul ehtiyatı olub. Xatırlada
31 oktyabrQuru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Yanvar-sentyabr aylarında…
Azərbaycanda turizm sektorunun göstəriciləri geriləməkdə davam edir. "Yeni Sabah" xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu barədə "Facebook" səhifəsində paylaşım edib. Onun sözlərinə görə, hökumət turizmi yenidən prioritet sahə elan edərək yeni fəaliyyət proqramı qəbul etsə də
1 noyabrAzərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind
1 noyabr