İnsan özünü aldatdığını necə başa düşə bilər? - AÇIQLAMA
İnsan bəzən özünü qorumaq üçün reallığı olduğu kimi qəbul etməkdən qaçır və fərqinə varmadan özünü aldatmağa başlayır.
Bu hal qısa müddətdə rahatlıq versə də, uzun müddətdə həm emosional gərginlik yaradır, həm də yanlış qərarların artmasına səbəb olur.
Bəs görəsən insan özünü aldatdığını necə başa düşə bilər?
Psixoloq Gülsər Qədirli Sonxeber.az -a mövzu ilə bağlı açıqlama verib:
"İnsanın özünü aldatdığını anlaması üçün ilk növbədə daxili ziddiyyətlərinə diqqət yetirməsi vacibdir. Əgər bir insan "hər şey qaydasındadır" desə də, daxilində narahatlıq, gərginlik və ya izah edə bilmədiyi sıxıntı hiss edirsə, bu, özünü aldatmanın əsas siqnallarından biri ola bilər.
Digər mühüm əlamətlərdən biri davranışlarla düşüncələr arasındakı uyğunsuzluqdur. Məsələn, insan bir münasibətdə xoşbəxt olduğunu iddia edir, amma davamlı olaraq özünü yorğun, əsəbi və ya dəyərsiz hiss edirsə, bu artıq daxili həqiqətin fərqli olduğunu göstərir.
Həmçinin insan tez-tez öz davranışlarına bəraət qazandırmağa çalışırsa, reallığı dəyişdirmək əvəzinə onu yumuşaldırsa, bu da özünü aldatma mexanizminin işə düşdüyünü göstərə bilər. Belə hallarda insan faktlara deyil, özünü rahat hiss etdirən izahlara üstünlük verir.
Özünü aldatmanı anlamağın yolu səmimi özünüdərkdən keçir. İnsan özünə çətin suallar verməli, hisslərini inkar etmək əvəzinə qəbul etməli və davranışlarının arxasında duran real səbəblərlə üzləşməyi bacarmalıdır. Bu, bəzən narahatlıq yaratsa da, uzunmüddətli psixoloji sağlamlıq üçün vacib addımdır"
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 652 Tarix: 06 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan pambıq ipliyi istehsalını 23 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 18 min 816 ton pambıq ipliyi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,8 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 3 min 941 ton hazır məhsul ehtiyatı olub. Xatırlada
31 oktyabrQızılın saxta olub-olmadığını necə yoxlayaq? - Video
Sosial şəbəkələrdə qızıl məmulatlarının tərkibi ilə bağlı yayılan görüntülər müzakirələrə səbəb olub. İddialara görə, zərgərlərin aldığı 44 qramlıq qızıl məmulatının 20 qramdan çoxunun mis olduğu aşkarlanıb. Baku TV-ə istinadla xəbər verir ki, zərgər Şamil Zeynalovun sözlərinə görə, bu cür hallara təkc
31 oktyabrMetro, avtobus və taksilərlə bağlı nə baş verəcək? - AÇIQLAMA
Bakı metrosunun "Nizami" və "28 May" stansiyaları arasında qatarların hərəkətinin dayandırılmasından sonra paytaxtda taksi qiymətləri kəskin artıb. Sərnişinlərin sözlərinə görə, əvvəllər 5 manata getdikləri məsafəyə görə indi 12 manat ödəməli olurlar. Bu artımın əsası nədir? Digə
1 noyabrAzərbaycanın startap ekosisteminin ümumi dəyəri açıqlanıb
Azərbaycanın startap ekosisteminin ümumi dəyəri 600 milyon ABŞ dollarına yaxınlaşır. "Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı rəhbərlik etdiyi qurumun "Enterprise Azerbaijan" portalının keçirdiyi "Startu
31 oktyabrMedia və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
"Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur. Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyəti
1 noyabrMaaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX
Azərbaycanda minimum əməkhaqqı 2027-ci ilin yanvarından artırıla bilər. Bunu -a müsahibəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib. Deputatın sözlərinə görə, artımın məbləği müəyyənləşdirilərkən inflyasiya göstəriciləri ilə yanaşı, gələn il üzr
31 oktyabrAzərbaycanda bəzi məktəblərin adları dəyişdirildi
Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub. Qaynarinfo xəbər verir ki, bununla bağlı elm və təhsil nazir
31 oktyabr