"Yeniyetmənin daxilindəki gərginlik çıxış yolu tapmayanda zorakılığa çevrilir" - PSİXOLOQ

"Yeniyetmənin daxilindəki gərginlik çıxış yolu tapmayanda zorakılığa çevrilir" - PSİXOLOQ"Müasir dünyanın bəzi yazılmamış qaydalarını nəzərə alsaq, hazırda yeniyetməlik dövrü çox həssas mərhələ hesab olunur. Ani qəzəb yaranır, impulsiv davranışlar müşahidə olunur və nəticəni düşünmə qabiliyyəti zəifləyir. Yeniyetmənin daxilindəki gərginlik çıxış yolu tapmayanda zorakılığa çevrilir. Çox hallarda bu davranış özünü təsdiq ehtiyacından yaranır. Məsələn: "Güclü görünməsəm, zəif sayılaram" və ya "hörmət qazanmaq üçün qorxutmalıyam" kimi fikirlər formalaşır. Bu da daxildəki özünə güvənsizliyin maskasıdır".

Bu sözləri Sonxeber.az-a psixoloq Samirə Bağırova danışıb.

O, açıqlamasında qeyd edib ki, ələlxüsus, ailə modeli də böyük rol oynayır:

"Əgər uşaq evdə zorakılıq görürsə, daim təhqir, danlaq, qışqırıq eşidirsə, bunu normal davranış kimi qəbul edir. Eləcə də empatiya hissi zəif inkişaf edir və ya ümumiyyətlə inkişaf etmir. Yəni başqasının ağrısını hiss etməkdə çətinlik çəkir və emosional tərəfləri nəzərə alma qabiliyyəti olmur. Bu da zorakılığı adi bir hərəkət kimi göstərir.

Əlbəttə ki, qrup təsiri də müşahidə olunur - başqasını alçaldaraq qrupda yer qazanmaq istəyi yaranır. Əslində, mənim təcrübələrimə əsasən, zorakı uşaq özü də daxilən əziyyət çəkir. Amma bunu göstərə, ifadə edə bilmir. Yəni zorakı davranış onun daxili ağrılarının yanlış ifadəsinə çevrilir.

Zorakılığın qarşısını almaq üçün emosional savadlanma vacibdir. Qəzəblənmək normaldır, amma zərər vermək normal deyil. Məktəb psixoloqları daha aktiv olmalı, yeniyetmələr üçün seminarlar təşkil edilməli və konfliktlərin həlli yolları öyrədilməlidir. Alternativ çıxış yolları kimi idmanla məşğul olmaq, yaradıcılıq və sosial fəaliyyətlərin inkişaf etdirilməsi tövsiyə olunur".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1071   Tarix: 06 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu cərimənin məbləği KƏSKİN AZALIR

İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. yenisabah-a istinadən xəbər verir ki, bu təminatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsind

1 noyabr
.

Onlar pulsuz xidmət göstərməsələr, 18 manat ödəyəcəklər - Yeni qayda

Azərbaycanda "Pulsuz hüquqi yardım haqqında" yeni qanun qəbul ediləcək. Qanunda pulsuz hüquqi yardım göstərən vəkillər üçün yeni öhdəliklər müəyyənləşdiriləcək. Trend-ə istinadən xəbər verir ki, yeni qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb

31 oktyabr
.

Azərbaycanda istilik mövsumu bəzi yerlərdə 15 gün tez başlayacaq - Rəsmi

Naxçıvan şəhərində 2026-2027-ci illər üzrə istilik mövsümünə noyabrın 1-də start veriləcək. Naxçıvan Şəhər İcra Hakimiyyətindən -a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarına əsasən, ölkənin soyuq iqlim şəraitinə malik 26 şəhər və rayonund

31 oktyabr
.

ŞAD XƏBƏR! Gələn il maaşlar, pensiyalar və sosial yardımlar ARTACAQ - AÇIQLAMA

"Gələn il Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının məbləğinin artırılması aztəminatlı ailələrin sosial müdafiəsinin daha da gücləndirilməsinə imkan verəcək. Ehtiyac meyarına uyğun olaraq ünvanlı dövlət sosial yardımı təyin edilir. Bu meyarın və minimum əməkhaqqının artırılması ünvanl

1 noyabr
.

Azərbaycanda aliment artırılacaq

2027-ci il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması nəzərdə tutulur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, uşaqlar üçün yaşayı

1 noyabr
.

Azərbaycan pambıq ipliyi istehsalını 23 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 18 min 816 ton pambıq ipliyi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,8 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 3 min 941 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

31 oktyabr
.

Quru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Yanvar-sentyabr aylarında…

Azərbaycanda turizm sektorunun göstəriciləri geriləməkdə davam edir. "Yeni Sabah" xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu barədə "Facebook" səhifəsində paylaşım edib. Onun sözlərinə görə, hökumət turizmi yenidən prioritet sahə elan edərək yeni fəaliyyət proqramı qəbul etsə də

1 noyabr
.

Azərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind

1 noyabr
.

Cavid Abdullayev: "Startap ekosistemi formalaşdırmaq dayanıqlı enerji təchizatı olmadan mümkün deyil"

Startap ekosisteminin formalaşması dayanıqlı enerji təchizatı olmadan mümkün deyil. "Report" xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterpris

31 oktyabr