"Evi 13 ildir almışam, kollektor üzərində tikildiyini bilmirdim" - Video
Məlum olduğu kimi, paytaxtın Keşlə qəsəbəsində kollektorun üzərində tikilən ev tamamilə sökülüb, xəttin bərpasına başlanılıb.
"Qafqazinfo"nun məlumatına görə, sakin Səbuhi Məmmədov ATV-yə bildirib ki, evi 13 il əvvəl alsa da, onun kollektorun üzərində tikilməsindən xəbərsiz olub.
"Mətbəxdə oturduğum vaxt gördüm ki, evin altında nəsə partladı. Baxdım ki, evin altı yoxdur. Bir tərəfdən su axır, bir tərəfdən də kollektor partlayıb. Evin bələdiyyə sənədi var, qeydiyyat ünvanımız buradır. Evi alanda heç kim bizə kollektorun üzərində inşa olunduğunu deməmişdi. Burada 2 ildən çoxdur ki, sızmalar olur", - S.Məmmədov qeyd edib.
Onun sözlərinə görə, hazırda kompensasiya ilə bağlı danışıqlar gedir: "Ola bilsin ki, qonşular da köçürüldü. Ondan sonra ümumi məlumat veriləcək".
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev məsələ ilə bağlı bildirib ki, kommunikasiya xətlərinin ətrafında və üzərində inşa olunmuş yaşayış evlərinin söküntüsü zamanı həmin yaşayış evində vətəndaşın uzunmüddətli qeydiyyatı və digər kommunikasiyalardan istifadəsi varsa, bu zaman onun istifadə hüququ formalaşır və söküntü zamanı həmin əmlak qiymətləndirilərək mənzil sahiblərinə kompensasiyalar ödənilir.
Daha ətraflı videomaterialda:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 853 Tarix: 07 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Həmin "zipline"da avqustda da ciddi problem olubmuş - Video
Şəkinin Baş Küngüt kəndi ərazisində yerləşən "Şəki yaylası" istirahət mərkəzindəki "zipline"nın kanat xəttində əvvəllər də ciddi texniki problemlər yarandığı məlum olub. "Qafqazinfo" Ölkə.az-a istinadən xəbər verir ki, belə hadisələrdən biri avqustun 19-da baş verib. Bel
10 sentyabrŞuşanın daşlarında şəhid ruhu yaşayır, ehtiyatlı olaq!!!
Şuşa haqqında danışanda onun yalnız gözəlliyindən, tarixi abidələrindən, mədəniyyətimizdəki misilsiz yerindən söz açmaq kifayət etmir. Şuşa həm də bizə böyük bir məsuliyyət xatırladır. Çünki bu şəhər Azərbaycan xalqının əsrlər boyu yaratdığı mənəvi sərvətin, milli yaddaşın və dövlətçilik iradəsinin simvollarında
10 sentyabrİstirahət mərkəzlərində təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA
İstirahət mərkəzlərində istifadə olunan tros, kanat və digər əyləncə qurğularının təhlükəsizliyi xüsusilə yay mövsümündə diqqət tələb edir. Trosların köhnəlməsi, korroziya, mexaniki zədələnmələr, düzgün texniki xidmət göstərilməməsi və qurğuların normadan artıq yüklənməsi qəza riskini artıra bilər. Mütəxəssislə
10 sentyabrCekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Bir gecədə milyonçu olmaq çoxlarının xəyalıdır. Amma böyük cekpotu qazandıqdan sonra daha maraqlı sual ortaya çıxır: bu qədər pulla nə etmək olar?. Dünyanın müxtəlif ölkələrində lotereyada böyük uduş qazanan insanların seçimləri göstərir ki, milyonlarla ölçülən sərvətin taleyi də onun sahibi qədər fərql
10 sentyabrMinaya düşərək həlak olan Raqifə şəhid statusu verilib
İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevə şəhid statusu verilib. Bu barədə "Qafqazinfo"ya onun ailəsindən məlumat verilib. Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olmuş Raqif İsayev şəhid, onun ailəsi şəhid ailəsi üzvü hesab olunacaq. Qey
10 sentyabrBu məlumatları süni intellektlə paylaşmaq TƏHLÜKƏLİDİR - AÇIQLAMA
Şəxsi məlumatların, şəxsiyyət vəsiqəsi, pasport, bank sənədləri, tibbi məlumatlar və digər məxfi informasiyaların süni intellekt platformalarına daxil edilməsi məlumatların qorunması baxımından müəyyən risklər yarada bilər. Mütəxəssislər belə məlumatlarla işləyərkən onların hansı məqsədlə toplandığına
9 sentyabrBakı yenidən qlobal iqlim gündəminin mərkəzində
İqlim diplomatiyasından real fəaliyyətə, yaşıl enerjidən yeni iqtisadi modelə doğru. Dünyanın qarşısında dayanan ən böyük çağırışlardan biri artıq gələcəyin problemi deyil. İqlim dəyişmələri bu gün iqtisadiyyatlara, enerji sistemlərinə, kənd təsərrüfatına, su ehtiyatlarına, şəhər həyatına və insanları
10 sentyabr