Bakıda DƏHŞƏTLİ HADİSƏ - Azyaşlılar atalarının avtomobili ilə iki qadını vurdular, biri öldü
Bakıda atasına məxsus avtomobildə nəzarətsiz qalan iki azyaşlının nəqliyyat vasitəsini hərəkətə gətirərək qəza törətməsi nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Sabunçu Tibb Mərkəzindən verilən birgə məlumatda bildirilib ki, aprelin 3-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsindən piyadavurma ilə bağlı çağırış qeydə alınıb.
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 33 yaşlı şəxsin (qadın) həkiməqədər ölüm faktı qeydə alınıb. 34 yaşlı şəxs (qadın) müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
Sağ dizin əziyi diaqnozu təyin edilən pasiyent ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilib.
11:34
Bakıda atasına məxsus avtomobildə nəzarətsiz qalan iki azyaşlı nəqliyyat vasitəsini hərəkətə gətirərək qəza törədib.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-a verilən məlumata görə, hadisə paytaxtın Xətai rayonunda baş verib.
Belə ki, Xətai rayon sakini İlham Qasımov VAZ markalı avtomobili yaşadığı evin qarşısında, sərt enişli ərazidə, qapıları açıq vəziyyətdə saxlayaraq oradan uzaqlaşıb. Bu vaxt onun 6 və 7 yaşlı övladları avtomobilə əyləşərək sürətlər qutusuna müdaxilə ediblər.
Bildirilib ki, nəticədə avtomobil hərəkətə gəlib. Uşaqlar nəqliyyat vasitəsindən düşməyə imkan tapsalar da, eniş istiqamətində sürət yığan avtomobil yolda olan iki qadını vurub. Hadisə zamanı piyadalardan biri xəsarət alıb, digəri isə həyatını itirib.
"Bu hadisə göstərir ki, nəqliyyat vasitəsinin saxlanılması zamanı təhlükəsizlik tələblərinə əməl olunmaması ağır nəticələrə səbəb ola bilər. "Yol hərəkəti haqqında" Qanunun tələblərinə uyğun olaraq, enişli yolda saxlanılan avtomobilin duracaq tormoz sistemi qoşulmalı, təkərlər təhlükəsiz istiqamətə çevrilməli, nəqliyyat vasitəsi isə qapıları kilidli vəziyyətdə tərk edilməlidir.
Əgər həmin avtomobildə bu sadə, lakin həyati əhəmiyyət daşıyan təhlükəsizlik tədbirləri görülmüş olsaydı, bu gün iki ailə ağır faciə ilə üz-üzə qalmazdı.
Baş Dövlət Yol Polisi İdarəsi diqqətə çatdırır ki, nəqliyyat vasitəsinin saxlanılması zamanı təhlükəsizlik tələblərinə əməl olunmaması ağır nəticələrə səbəb ola bilər. Bu baxımdan, sürücülərdən məsuliyyətli davranmaları və qanunvericiliyin tələblərinə ciddi riayət etmələri tələb olunur", - məlumatda qeyd edilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ
Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...
2027-ci il nə ilidir? - Şərq təqvimi AÇIQLANDI
Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR
Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI
Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX
Niyə bu sabunun üzərinə 72 faiz yazılır?
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
Noyabrda hava kəskin DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ EDİLDİ
Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir
Qışda bu 5 əşyanı maşına qoymadan yola çıxmayın
Hər ay əlavə pensiya alacaq şəxslərin SİYAHISI AÇIQLANDI
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizədliyinə reaksiya
31 yaşlı diş həkimi vəfat etdi - FOTO