Borc müqavilələrində gizli və ya anlaşılmaz maddələrə rast gələn şəxs hansı hüquqi proseduru izləməlidir? - AÇIQLAMA
Hər il minlərlə vətəndaş borc müqavilələrində anlaşılmaz və ya gizli maddələrlə qarşılaşır.
Bu maddələr tez-tez şəxsin hüquqlarını məhdudlaşdıra və sonradan ciddi maliyyə və hüquqi problemlər yarada bilər.
Bəs borc müqavilələrində gizli və ya anlaşılmaz maddələrə rast gələn şəxs hansı hüquqi proseduru izləməlidir?
Hüquqşünas Xanım Yusifova bu barədə Sonxeber.az -a açıqlama verib:
"Borc müqaviləsində şübhəli və ya anlaşılmaz maddələr aşkarlanarsa, vətəndaş ilk növbədə müqaviləni tam şəkildə oxumalı və bütün maddələrin Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olub-olmadığını qiymətləndirməlidir. Əgər maddələr qanuna zidd və ya qeyri-müəyyəndirsə, bu, həmin maddələrin etibarsız sayılması üçün əsas ola bilər.
Vətəndaş müqaviləni təqdim edən tərəfə yazılı sorğu göndərərək anlaşılmaz maddələrin izahını tələb etməlidir. Bu addım həm hüquqi sübut, həm də gələcəkdə mübahisələrin həlli üçün önəmli sənəd rolunu oynayır.
Hüquqi məsləhət almaq vacibdir. Təcrübəli hüquqşünas maddələrin qanuniliyini qiymətləndirə, riskləri müəyyənləşdirə və lazım gələrsə, məhkəməyə müraciət etməyi tövsiyə edə bilər. Mülki Məcəlləyə görə, hüquqa zidd şərtlər müqavilənin tam və ya qismən etibarsız sayılmasına gətirib çıxara bilər.
Bütün sənədlərin, müqavilə surətlərinin və yazışmaların toplanması və saxlanması vacibdir. Bu, yalnız hüquqların qorunması üçün deyil, həm də gələcəkdə yaranacaq mübahisələrdə vətəndaşın müdafiəsi üçün əsaslı sübut kimi istifadə edilə bilər"
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 537 Tarix: 07 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakı yenidən qlobal iqlim gündəminin mərkəzində
İqlim diplomatiyasından real fəaliyyətə, yaşıl enerjidən yeni iqtisadi modelə doğru. Dünyanın qarşısında dayanan ən böyük çağırışlardan biri artıq gələcəyin problemi deyil. İqlim dəyişmələri bu gün iqtisadiyyatlara, enerji sistemlərinə, kənd təsərrüfatına, su ehtiyatlarına, şəhər həyatına və insanları
10 sentyabrMinaya düşərək həlak olan Raqifə şəhid statusu verilib
İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevə şəhid statusu verilib. Bu barədə "Qafqazinfo"ya onun ailəsindən məlumat verilib. Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olmuş Raqif İsayev şəhid, onun ailəsi şəhid ailəsi üzvü hesab olunacaq. Qey
10 sentyabrLəman Ələşrəfqızı bu kanalda aparıcı olacaq
Tanınmış jurnalist Ləman Ələşrəfqızı bundan sonra həm də "Space TV"də çalışacaq. xəbər verir ki, o sözügedən televiziya kanalında "Qırmızı xətt" verilişinin aparıcısı olacaq. Bu barədə kanalın rəsmi sosial şəbəkə hesabında bildirilib. Yeni layihəsi barədə fikirlərini bölüşən Ləma
10 sentyabrBakıda yağış, bölgələrdə leysan yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətl
9 sentyabrŞəkidə iki nəfərin öldüyü mərkəz bu məşhur iş adamına məxsusdur
Xəbər verdiyimiz kimi, Şəkinin Baş Kəldək kəndi ərazisində istirahət mərkəzində iki nəfərin ölümü ilə nəticələnən faciə baş verib. Qaynarinfo -a istinadən xəbər verir ki, sözügedən istirahət mərkəzi Masazır qəsəbəsindəki məşhur "Qurtuluş-93"yaşayış kompleksinin və Novxanıdakı "My Beach"
9 sentyabrBu məktəblərdə təhsil haqqı YÜKSƏKDİR: Səbəb nədir? - AÇIQLAMA
Özəl məktəblərdə təhsil haqlarının yüksək olması əsasən müəllim heyəti, məktəbin maddi-texniki imkanları, beynəlxalq və əlavə tədris proqramları, nəqliyyat, qidalanma və digər xidmətlərlə əlaqələndirilir. Azərbaycanda özəl məktəblərin illik təhsil haqları məktəbdən məktəbə ciddi şəkildə dəyişir və bəz
9 sentyabr