"Bu tendensiyanın güclənməsində sosial medianın rolunu da ayrıca qeyd etməyi unutmamalıyıq" - AÇIQLAMA
Son illərdə cəmiyyətdə müxtəlif mərasimlərin, yəni, "40 çıxartma", cinsiyyət tapma, sünnət və ad günlərinin daha təmtəraqlı və dəbdəbəli şəkildə keçirilməsi diqqət çəkir. Bu hallar getdikcə daha geniş yayılır və müəyyən sosial tendensiyaya çevrilir. "40 çıxartma", "cinsiyyət tapma", sünnət, ad günü kimi tədbirlərin günü-gündən daha təmtəraqlı keçirilməsinin başlıca səbəbi nədir?
Mövzu ilə bağlı Sonxeber.az-a sosioloq Yusif Nəbiyev danışıb.
O, açıqlamasında qeyd edib ki, son illərdə mərasimlərin daha təmtəraqlı keçirilməsi, əslində, cəmiyyətin "göstəriş iqtisadiyyatı"na keçidinin nəticəsidir:
"İnsanlar artıq sadəcə qeyd etmək yox, göstərmək istəyirlər. Və öz sosial statuslarını nümayiş etdirmək üçün dəbdəbə və göstərişə daha çox pul xərcləməyə meyl edirlər. Yəni məsələ uşağın 40 mərasimini keçirmək, uşaq üçün unudulmaz anlar təşkil etmək yox, bunu kənara göstərməkdir.
Bu tendensiyanın güclənməsində sosial medianın rolunu da ayrıca qeyd etməyi unutmamalıyıq. Əvvəllər mərasimlər məhəllə və qohumların çevrəsində qalırdısa, indi onlar ictimai performansa çevrilib. E.Goffmanın dediyi kimi, insanların gündəlik həyatları teatrlaşıb. Səhnələşib. Hər mərasim bir şou, bir tamaşaya çevrilib. Bunun nəticəsidir ki, indi artıq sadə tədbir və məclislər belə hansısa xəyali bir "minimal standart"ın üstündə olsun deyə cəhd edilir. Yersiz yerə şişirdilir.
Burada bir nüansı vurğulamaq istəyirəm ki, əksər məclislərin əksinə, sünnət toylarımız getdikcə daha az və daha kiçik miqyasda qeyd olunmağa başlayıb. Bir çox ailələr öz oğul övladları üçün sünnət toyu etməməyə başlayıblar. Bu göstərir ki, bütün mərasimlərimizdəki dəyişim eyni istiqamətdə getmir. Bəzi ənənəvi mərasimlər ya iqtisadi səbəblərlə, ya da mədəni prioritetlərin dəyişməsi ilə əvvəlki əhəmiyyətini itirir. Maraqlıdır ki, bir tərəfdə cinsiyyət tapma partiləri çoxalır, amma digər tərəfdə klassik sünnət toyu yavaş-yavaş sıradan çıxır. Bu da cəmiyyətin hansı dəyərləri önə çıxardığını açıq göstərir".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 589 Tarix: 08 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO
Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca
17 sentyabr 2021Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB
"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın
17 sentyabr 2021Prezident Xalq artistinə mənzil verdi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində
17 sentyabr 2021ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."
ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd
18 sentyabr 2021Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18 sentyabr 2021Tovuza dolu düşüb - VİDEO
Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl
17 sentyabr 2021Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı
Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı
17 sentyabr 2021Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO
Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs
18 sentyabr 2021