"Mediline" Tədris Mərkəzindən şikayət: "Məni aldatdılar, ilkin vədlər sonradan öz təsdiqini tapmadı"

"Mediline" Tədris Mərkəzindən şikayət: "Məni aldatdılar, ilkin vədlər sonradan öz təsdiqini tapmadı""Mediline" Tədris Mərkəzindən şikayət var.

Bu barədə Gununsesi.info-ya zərərçəkmiş vətəndaşdan daxil olan məlumatda deyilir.

"Sosial şəbəkədə "Mediline" Tədris Mərkəzi ilə bağlı reklam qarşıma çıxdı. Mərkəzlə əlaqə saxladıqdan sonra özünü operator kimi təqdim edən Nigar adlı xanım mənimlə danışaraq qeyri-peşəkar və manipulyativ üslubdan istifadə edərək emosional təsir yaratmağa çalışdı və məni kursa cəlb etdi. Kampaniya keçirildiyini, sınaq dərsinin ödənişsiz olduğunu, qısa müddətdə alman dilinin öyrədiləcəyini, müəllimlərin Almaniyada yaşayıb ixtisaslaşdığını və hətta Almaniyada işlə təminat imkanı olduğunu bildirərək məni inandırdılar.

Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsi 2 ünvanında, Tibb Universitetinin yaxınlığında yerləşən kursa yaxınlaşdım. Qeyd edirəm ki, ilkin vədlər sonradan öz təsdiqini tapmadı. Alman dili kursu üçün 160 manat ödəniş etsəm də, bu ödənişə dair mənə nə qəbz təqdim olundu, nə də hər hansı rəsmi müqavilə bağlandı.

Qeyd olunan 1 aylıq proqram üzrə nəzərdə tutulan 12 dərsdən cəmi 3-4 dərsdə iştirak etmişəm. Lakin Tədris prosesi zamanı müşahidə etmişəm ki, davamiyyət şəffaf şəkildə aparılmır, dərslərdə iştirakım mənim imzamla təsdiqlənmir, birtərəfli qaydada şübhəli cədvəllər tərtib olunur və faktiki keçirilməyən dərslər mənim adıma "qayıb" kimi qeyd edilir.

Müəllim dərslərdə davamlı iştirak etməyib və əvəzləyici müəllim təmin olunmayıb".
"Mediline" Tədris Mərkəzindən şikayət: "Məni aldatdılar, ilkin vədlər sonradan öz təsdiqini tapmadı"Vətəndaşın sözlərinə görə, dərs proqramı tam başa çatmadan ona "WhatsApp" tətbiqi vasitəsilə növbəti ödənişi etməyim tələb olunub:

"Həmin yazışmaları sübut kimi saxlayıram. Təqdim olunan məlumatlara görə, ödənişin rəsmi qaydada deyil, fiziki şəxs - Mirzəliyev Abbas Əli oğlunun adına olan bank kartına köçürülməsi tələb edilib. Bu hal qeyri-rəsmi maliyyə dövriyyəsi və vergi qanunvericiliyinin pozulması ehtimalını yaradır.

Bundan əlavə, hesab edirəm ki, tədris mərkəzinin fəaliyyətinin qanuni əsasları - lisenziya və rəsmi qeydiyyat məsələləri araşdırılmalıdır. Apardığım araşdırma zamanı bu fəaliyyətin qanuniliyini təsdiq edən hər hansı rəsmi sənədə rast gəlməmişəm. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Topladığım materialları Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə təqdim etmişəm və fakt üzrə araşdırma aparılmasını tələb etmişəm.

Mən aldandım, amma istəyirəm ki, başqaları belə hallarla üzləşməsin. Tədris mərkəzlərinin vədlərinə inanarkən diqqətli olmaq lazımdır. Müəllimin diplomunu və dərs dediyi ixtisas üzrə lisenziyasını tələb etmədiyim üçün müxtəlif vədlərlə məni inandırdılar.

Bununla yanaşı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, Dövlət Vergi Xidmətinə və Elm və Təhsil Nazirliyinə elektron qaydada müraciət etmişəm.

Ümid edirəm ki, məsələ obyektiv araşdırılacaq, qanun pozuntularına hüquqi qiymət veriləcək və mənə dəymiş maddi ziyan ödəniləcək".

Məsələ ilə bağlı Gununsesi.info-ya danışan hüquqşünas Xəyal Məmmədov bildirib ki, bu kimi hallarda vətəndaşlar ilkin mərhələdə bir sıra vacib hüquqi tələbləri yerinə yetirməlidirlər:
"Mediline" Tədris Mərkəzindən şikayət: "Məni aldatdılar, ilkin vədlər sonradan öz təsdiqini tapmadı""İlk növbədə, kurs və ya tədris mərkəzi ilə mütləq yazılı müqavilə bağlanmalıdır. Müqavilədə xidmətin həcmi, müddəti, ödəniş məbləği və tərəflərin öhdəlikləri açıq şəkildə göstərilməlidir. Edilən hər bir ödəniş üzrə rəsmi qəbz və ya ödəniş sənədi tələb olunmalıdır.

Ödənişlərin yalnız hüquqi şəxsə məxsus rəsmi bank hesabınahəyata keçirilməsi tövsiyə olunur. Fiziki şəxslərin kartlarına yönləndirilən ödənişlər risklidir".

Hüquqşünas əlavə edib ki, tədris prosesi ilə bağlı bütün yazışmalar, mesajlar və digər sübutlar mütləq saxlanılmalıdır:

"Xidmət keyfiyyətsiz olduqda və ya müqavilə şərtləri pozulduqda, vətəndaşlar əvvəlcə qarşı tərəfə yazılı pretenziyagöndərməli, nəticə əldə olunmadıqda isə müvafiq dövlət qurumlarına və məhkəməyə müraciət etməlidirlər".

Xəyal Məmmədov qeyd edib ki, bu kimi hallarda vətəndaşlar daha diqqətli olmalı, xüsusilə "sürətli nəticə", "iş təminatı" kimi vədlərlə təqdim olunan xidmətlərə qarşı ehtiyatlı yanaşmalıdırlar.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 734   Tarix: 08 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakı yenidən qlobal iqlim gündəminin mərkəzində

İqlim diplomatiyasından real fəaliyyətə, yaşıl enerjidən yeni iqtisadi modelə doğru. Dünyanın qarşısında dayanan ən böyük çağırışlardan biri artıq gələcəyin problemi deyil. İqlim dəyişmələri bu gün iqtisadiyyatlara, enerji sistemlərinə, kənd təsərrüfatına, su ehtiyatlarına, şəhər həyatına və insanları

10 sentyabr
.

"Bu hadisə milyonda bir belə olmur, şokdayıq" - "Şəki yaylası"nın direktoru

Ötən gün "Şəki yaylası" istirahət mərkəzində kanatın qırılması nəticəsində baş verən ölüm hadisəsi ilə bağlı mərkəzin direktoru Abbasət Məhərrəmov açıqlama verib. "Qafqazinfo" xəbər verir ki, direktor "Shimal.News"a danışarkən hadisənin şokunda olduğunu bildirib. "B

9 sentyabr
.

Minaya düşərək həlak olan Raqifə şəhid statusu verilib

İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevə şəhid statusu verilib. Bu barədə "Qafqazinfo"ya onun ailəsindən məlumat verilib. Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olmuş Raqif İsayev şəhid, onun ailəsi şəhid ailəsi üzvü hesab olunacaq. Qey

10 sentyabr
.

Ləman Ələşrəfqızı bu kanalda aparıcı olacaq

Tanınmış jurnalist Ləman Ələşrəfqızı bundan sonra həm də "Space TV"də çalışacaq. xəbər verir ki, o sözügedən televiziya kanalında "Qırmızı xətt" verilişinin aparıcısı olacaq. Bu barədə kanalın rəsmi sosial şəbəkə hesabında bildirilib. Yeni layihəsi barədə fikirlərini bölüşən Ləma

10 sentyabr
.

Bakıda yağış, bölgələrdə leysan yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətl

9 sentyabr
.

Şəkidə iki nəfərin öldüyü mərkəz bu məşhur iş adamına məxsusdur

Xəbər verdiyimiz kimi, Şəkinin Baş Kəldək kəndi ərazisində istirahət mərkəzində iki nəfərin ölümü ilə nəticələnən faciə baş verib. Qaynarinfo -a istinadən xəbər verir ki, sözügedən istirahət mərkəzi Masazır qəsəbəsindəki məşhur "Qurtuluş-93"yaşayış kompleksinin və Novxanıdakı "My Beach"

9 sentyabr
.

Bu məktəblərdə təhsil haqqı YÜKSƏKDİR: Səbəb nədir? - AÇIQLAMA

Özəl məktəblərdə təhsil haqlarının yüksək olması əsasən müəllim heyəti, məktəbin maddi-texniki imkanları, beynəlxalq və əlavə tədris proqramları, nəqliyyat, qidalanma və digər xidmətlərlə əlaqələndirilir. Azərbaycanda özəl məktəblərin illik təhsil haqları məktəbdən məktəbə ciddi şəkildə dəyişir və bəz

9 sentyabr
.

Qolları olmadığı üçün anasının imtina etdiyi körpənin ayaqlarında da problem var: Körpələr evinə verildi

Bakıda anasının imtina etdiyi körpənin fiziki məhdudiyyətləri yalnız qolları ilə bağlı olmayıb. -ın əldə etdiyi məlumata görə, iyunun 27-də dünyaya gələn körpənin ayaqları da inkişafdan qalıb. Həmçinin uşağın barmaqları bitişikdir. Məlumata görə, körpədə ümumilikdə bir neçə anadangəlmə fiziki məhdudiyyə

10 sentyabr
.

"Əmanətə Sədaqət" layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirilib

"Azərlotereya" ASC və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən "Əmanətə Sədaqət" layihəsi çərçivəsində bu il ali təhsil müəssisələrinə qəbul olunan şəhid ailə üzvləri üçün Bilik Gününə həs

9 sentyabr