"Azərbaycan-Litva münasibətlərində müşahidə olunan dinamika ölkəmizin beynəlxalq arenada artan nüfuzunun bariz göstəricisidir" - AÇIQLAMA

"Azərbaycan-Litva münasibətlərində müşahidə olunan dinamika ölkəmizin beynəlxalq arenada artan nüfuzunun bariz göstəricisidir" - AÇIQLAMAAzərbaycan və Litva energetika, kənd təsərrüfatı, müdafiə və təhsil sahələrində əməkdaşlığın inkişafı üçün böyük potensiala malikdir.

Bu barədə "Report"a müsahibəsində Litvanın Baş naziri İnqa Ruqiniene bildirib.

"Dünən kifayət qədər dolğun gün oldu: Prezident İlham Əliyev və Baş nazir Əli Əsədovla görüşlərdə ciddi müzakirələr apardıq. Bu gün xarici işlər naziri Ceyhun Bayramovla görüşüm planlaşdırılıb. Şadam ki, (dünənki görüşlərdə) çoxlu ortaq nöqtələr tapdıq və müdafiə, təhsil və digər sahələrdə əməkdaşlığı inkişaf etdirmək üçün imkanlar gördük. Biz, həmçinin kənd təsərrüfatı və energetika sektorunun gücləndirilməsi imkanlarını da müzakirə etdik", - o bildirib.

Baş nazir əlavə edib ki, Azərbaycan Avropaya enerji resurslarının etibarlı tədarükü üçün səy göstərir.

"Azərbaycan-Litva münasibətlərində müşahidə olunan dinamika ölkəmizin beynəlxalq arenada artan nüfuzunun və strateji əhəmiyyətinin bariz göstəricisidir", - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:

"İnqa Ruqiniene-nin səsləndirdiyi fikirlər də təsdiq edir ki, Azərbaycan artıq regionda deyil, daha geniş coğrafiyada etibarlı və vacib tərəfdaş kimi qəbul olunur.

Energetika sahəsində Azərbaycanın rolu xüsusilə qürurvericidir. Bu gün ölkəmiz Avropa İttifaqı üçün sabit və təhlükəsiz enerji mənbəyi kimi çıxış edir. Prezident İlham Əliyev-in rəhbərliyi ilə həyata keçirilən uğurlu enerji strategiyası nəticəsində Azərbaycan Avropanın enerji xəritəsində açar ölkələrdən birinə çevrilib. Bu, təkcə iqtisadi deyil, həm də siyasi gücümüzün artmasının mühüm göstəricisidir.

Kənd təsərrüfatı sahəsində də Azərbaycanın böyük potensialı diqqət mərkəzindədir. Ölkəmizin zəngin təbii resursları və aqrar ənənələri beynəlxalq tərəfdaşlar üçün cəlbedici əməkdaşlıq imkanları yaradır. Litva kimi Avropa ölkələrinin bu sahədə əməkdaşlığa maraq göstərməsi Azərbaycanın kənd təsərrüfatında artan rolunun təsdiqidir.

Müdafiə sahəsində isə Azərbaycan son illərdə güclü və modern ordu quruculuğu ilə regionda lider mövqeyə yüksəlib. Bu istiqamətdə əldə olunan uğurlar ölkəmizi təhlükəsizlik sahəsində də etibarlı tərəfdaş kimi ön plana çıxarır. Baltik ölkələrinin Azərbaycanla əməkdaşlığa maraq göstərməsi bu reallığın beynəlxalq səviyyədə qəbul olunduğunu göstərir.

Təhsil sahəsində əməkdaşlıq isə Azərbaycanın intellektual potensialının gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Gənclərimizin beynəlxalq təcrübə qazanması, akademik əlaqələrin genişlənməsi ölkəmizin gələcək inkişaf strategiyasına xidmət edir. Bu kontekstdə Ceyhun Bayramov ilə keçirilən görüşlər də əməkdaşlığın dərinləşdirilməsi üçün mühüm platforma rolunu oynayır.

Baş nazir Əli Əsədov ilə aparılan müzakirələr isə göstərir ki, Azərbaycan bu əməkdaşlıqlara sistemli və məqsədyönlü yanaşır. Bakı artıq təşəbbüs göstərən, regional və qlobal layihələr irəli sürən aktiv aktora çevrilib.

Bütün bunların fonunda aydın görünür ki, Azərbaycan bu gün yalnız öz maraqlarını qoruyan deyil, eyni zamanda tərəfdaşlarına dəyər qatan, sabitlik və inkişaf ixrac edən güclü dövlətdir. Azərbaycan-Litva əməkdaşlığının genişlənməsi də məhz bu reallığın məntiqi nəticəsi kimi çıxış edir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 724   Tarix: 10 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO

Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca

17 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021