Təhsildə böyük dəyişikliklərin ANONSU - Hansı addımlar atılmalıdır?

Təhsildə böyük dəyişikliklərin ANONSU - Hansı addımlar atılmalıdır?Elm və təhsil naziri Emin Əmrullayev Dövlət İmtahan Mərkəzinin yaradılmasının 10 illik yubileyi münasibətilə keçirilən "Qiymətləndirmə Sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya" mövzusunda beynəlxalq elmi-praktik konfransda bildirib ki, repetitorluq sistemi oxuyub-anlama bacarıqlarına mane olur. O deyib ki, oxuyub-anlama bacarıqları Azərbaycan təhsil sisteminin ən həssas və inkişaf etdirilməli istiqamətlərindən biridir.

Nazir əlavə edib ki, bu islahatlardan sonra ola bilər ki, nəticələr ilkin mərhələdə düşsün, suallar çətin görünsün və ya insanlarda geriləmə təəssüratı yaransın. Lakin bu, reallığın ölçülməsi baxımından vacibdir. Çünki uzunmüddətli perspektivdə oxuyub-anlama bacarıqları hər bir şəxsin peşəkar inkişafında həlledici rol oynayır.

Məsələ ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, repetitorluq fəaliyyəti Azərbaycan təhsilinin ən ciddi problemlərindəndir.

O vurğulayıb ki, bununla bağlı ciddi addımlar atılmalıdır:

"Bunun ləğvi ilə bağlı həm təbliğat, həm də inzibati yollara əl atmalıyıq. Repetitorluq təhsilimiz üçün ciddi problemlər yaradır. İslahatların əsas məqsədi bu sahənin qarşısını almaq olmalıdır. Həmçinin düşünməliyik ki, islahatlar bizə hansı nəticəni verəcək. Bundan başqa, "Azərbaycanlıların bəziləri oxuduğunu anlaya bilmir" kimi fikirlər tez-tez səsləndirilir. Bu, Azərbaycan təhsilinin qlobal problemi deyil. Düşünmürəm ki, xalqımız oxuduğunu anlamır. Belə insanlar dünyanın hər yerində var. Amma bunu ümumiləşdirmək olmaz. Baxın, təhsilimizdə müəyyən islahatlar gedir. Bu, özünü müxtəlif sahələrdə göstərir. Məsələn, peşə təhsilində yeniliklər aparılır, müəssisələr tikilir, agentliklər yaradılır, əlavə vəsait ayrılır".

C.Məmmədov vurğulayıb ki, təhsildə daha geniş islahatlar aparılmalıdır:

"Geniş imkanlarla daha böyük islahatlar aparılmalıdır. Əvvəllər Elm və Təhsil Nazirliyinə bu qədər imkanlar verilməmişdi. Hər biri az qala ayrı-ayrılıqda nazirliyə bərabərdir. İmkanlardan daha səmərəli istifadə etməliyik. Ciddi və sürətli addımlar atılmalıdır. Olduqca yeni çağırışlar var. Ali təhsil sahəsi daha praktik olmalıdır. Universitetlərin islahatlara ehtiyacı var. Müəllimlərin maaşı artırılmalı, rifahı yaxşılaşdırılmalıdır. Əks halda gecikəcəyik və bundan əziyyət çəkəcəyik".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 785   Tarix: 11 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah Bakıda yağış yağacaq

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq əsəcək. Havanın temperaturu gec

24 oktyabr
.

Gülüstan Əliyeva 8 illik fasilədən sonra "Leyli" olacaq

Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən "Leyli" obrazında səhnəyə çıxacaq. Bu barədə sənətçi "İncə səhər" verilişində danışıb. Gülüstan Əliyeva tamaşanın yeni quruluşda səhnəyə qoyulduğunu bildirib:. "Səkkiz illik fasilədən sonra yenidən "Leyli və Məcnun"

24 oktyabr
.

Azərbaycanın əczaçılıq məhsullarının ixracından qazancı 4 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 382,445 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,7 % azdır. Hesabat dövründə Azərbaycan həmçinin 2,081 milyon ABŞ dollar

24 oktyabr
.

Bakıda güclü qar, şaxta… - Milyonluq HAZIRLIQ BAŞLADI

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi 2026-2027-ci illərin payız-qış mövsümünə hazırlıq işlərinə başlayıb. Belə ki, qurum yolların buzlanmasına qarşı istifadə ediləcək emal edilməmiş texniki duzun satın alınması ilə bağlı irimiqyaslı işlər həyat

24 oktyabr
.

Bu şəxslərin maaşına 50 faizədək əlavə veriləcək

Bəzi səhiyyə işçiləri əmək şəraitinin xüsusiyyətlərinə və gördükləri işin xarakterinə görə aylıq vəzifə maaşlarına 10, 15, 25, hətta 50 faiz əlavə haqq ala bilərlər. Trend-ə istinadən xəbər verir ki, bu ödənişlər xüsusi hospitallarda çalışan tibb işçilərindən tutmuş qiymətli metallarla işləyən diş texniklərin

24 oktyabr
.

"Nar"da biabırçı mənzərə: İnternet bərbad, tariflər baha, müştəri xidməti əlçatmaz!

"Nar" mobil operatorunun abonentlərə təqdim etdiyi xidmətin vəziyyəti biabırçı həddə çatıb. 4G şəbəkəsində internetin sürəti bərbaddır, müştəri xidmətlərinə zəng edənlər 40-50 dəqiqə xəttdə gözləyir, müraciətlərə isə lazımi münasibət göstərilmir. Abonent nə normal internet əldə edə bilir, n

23 oktyabr
.

Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq

"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-ni

23 oktyabr
.

"Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın"

Böyük Britaniya hökuməti vətəndaşları mümkün milli böhranlara hazır olmağa çağırıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yeni maarifləndirmə kampaniyası çərçivəsində insanlara evdə ən azı üç günlük su və ərzaq ehtiyatı saxlamaq, eləcə də, elektron ödəniş sistemlərinin sıradan çıxması ehtimalın

25 oktyabr
.

Bakıda metro ilə bağlı ŞAD XƏBƏR - Yeni stansiya BU TARİXDƏ AÇILACAQ

2030-cu ilədək Bakı metrosuna 10 yeni stansiyanın əlavə edilməsi, xətlərin təxminən 20 kilometr uzadılması nəzərdə tutulur. Yeni stansiyaların istifadəyə verilməsi paytaxtda ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, sərnişin sıxlığının və yollardakı tıxacların azaldılmasına da təsir göstər

24 oktyabr