Bakıdan rayonlara kütləvi köç başlayacaq? - Sabiq nazir MÜHÜM MƏQAMLARI AÇIR

Bakıdan rayonlara kütləvi köç başlayacaq? - Sabiq nazir MÜHÜM MƏQAMLARI AÇIRErmənistanda azyaşlı uşağı olan ailələrə sərhəd kəndlərində mənzil əldə etmək imkanları yaradılıb. Ölkənin Əmək və Sosial Məsələlər Nazirliyinin müşaviri Qyane Karagezyan deyib ki, sərhəd kəndlərində əhali sayının artırılması istiqamətində tədbirlər görülür.

Azərbaycanda da kəndlər boşalır. Xüsusilə də İranla, Ermənistanla sərhəddə yerləşən və gözəl təbiətə malik kəndlərin əhalisi sürətlə iri şəhərlərə köçür. İllərdir bu problemin həlli istiqamətində danışılır, amma nəticə yoxdur.

Hökumət bənzər proqramlar həyata keçirib, əhalinin kəndlərə qayıtmasını təmin edə bilər?

Globalinfo.az-a danışan sabiq maliyyə naziri Fikrət Yusifovun sözlərinə görə, Ermənistanda uzun illərdir əhalinin kəndlərdən köçməsi prosesi davam edir:

"Bu prosesin Ermənistanı bir dövlət kimi hara apara biləcəyinin fərqində olan Paşinyan hakimiyyəti, nəhayət, müxtəlif tədbirlər görməklə vəziyyətin stabilləşməsinə nail olmağa çalışır. 44 günlük savaşdan sonra insanlar Azərbaycanla sərhəddəki yaşayış məntəqələrindən kütləvi köç etməyə başlayıblar. Onların belə seçimi etməsinin bir səbəbi sərhəddə yaşamağın təhlükəli olmasını hesab etmələridirsə, digər əsas səbəb bu yaşayış məntəqələrində normal həyat tərzinin təmin edilməməsidir. O səbəbdən də Ermənistanın indiki hökuməti əhalinin kəndlərə və birinci növbədə sərhəd zonasında yerləşən kəndlərə qayıtmasını təmin edə biləcək stimullaşdırıcı addımlar atmaq məcburiyyətində qalıb".

Sabiq nazir deyib ki, keçən ilin avqust ayının 8-də Vaşinqtonda sülh müqaviləsi paraflandıqdan sonra Ermənistan əhalisində sərhəd kəndlərində yaşamağın təhlükəsiz olduğuna inam artıb:

"Dövlət də bu fürsətdən istifadə edib, insanları müəyyən proqramlar çərçivəsində boşalmış sərhəd kəndlərinə qaytarmağa çalışır. Azərbaycanda da bu sahədə vəziyyət o qədər ürək açan deyil. 2004-2023-cü illər ərzində Azərbaycanda regionların sosial-iqtisadi inkişafına dair 4 Dövlət Proqramı icra edildi. Bu proqramlar üzrə yerlərdə müasir infrastrukturun qurulmasını nəzərdə tutan layihələrə üst-üstə 100 milyard manatdan artıq vəsait xərcləndi. Elə bunun nəticəsidir ki, bu gün istənilən regionumuzda biznes fəaliyyəti üçün münbit şərait mövcuddur. Lakin oradan insanların iri şəhərlərə, ilk növbədə Bakıya axını dayanmır.

Səbəb nədir? Regionlarda iş yerlərinin məhdudluğu və gənclərin maraqlarını təmin edə biləcək xidmətlərin olmaması, təhsil müəssisələrinin əsasən paytaxtda və digər iri şəhərlərdə yerləşməsi kimi reallıqlar şəhəri gənclər üçün daha cəlbedici edir".

F.Yusifov qeyd edib ki, bu gün Azərbaycanda Şərqi Zəngəzur və Qarabağa qayıdış üzrə birinci Dövlət Proqramı uğurla icra olunur:

"Yalnız 2025-ci ildə həmin torpaqlara 16 minə yaxın insan qayıdıb. Hazırda işğaldan azad olmuş ərazilərimizdə 70 mindən çox insan yaşayır və fəaliyyət göstərir.

"Bəs digər bölgələrimizdə, xüsusilə sərhəd zonalarında mövcud olan yaşayış məntəqələrinə insanların geri qayıtması və hazırda orada yaşayanların şəhərlərə köç etməməsi üçün hökumət hansı addımları atmalıdır" sualına isə sabiq nazir belə cavab verib:

"İlk növbədə başqa ölkələrin bu sahədəki təcrübəsindən istifadə edərək regionlarda, xüsusilə sərhəd yaşayış məntəqələrində iş yerlərinin açılmasını təmin edən tədbirlər görmək lazımdır. Məsələn, bu yerlərdə dövlət sifarişi ilə işləyən müəssisələr yaratmaqla insanların daimi məşğulluğunu təmin etmək olar. Başqa bir təklif sərhəd kəndlərində yaşayanlar üçün xüsusi vergi güzəştlərinin və subsidiyaların verilməsi ola bilər. Yerlərdə sosial xidmətlərin sayının artırılması və keyfiyyətinin yaxşılaşdırılması da vacib şərtlərdən biridir. Bakıda olan ali təhsil müəssisələrinin regionlara köçürülməsi də bu istiqamətdə atılan mütərəqqi addımlardan biri ola bilər. Bir sözlə, hökumət daha çox gənclərin kənd yerlərində yaşamasını stimullaşdıran addımlar ətrafında düşünməlidir. Nə qədər ki gənclərin kənddəki həyat tərzi ilə şəhərdəki həyat tərzi arasında kəskin fərqlər mövcud olacaq, gəncləri yerlərdə saxlamaq mümkün olmayacaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 5377   Tarix: 12 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan pambıq ipliyi istehsalını 23 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 18 min 816 ton pambıq ipliyi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,8 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 3 min 941 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

31 oktyabr
.

Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI

Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. Bu barədə "Report"a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Onun sözlərinə görə, gələn il yaşayış minimumu və ehtiyac meyarının məbləği 314 manat olacaq:. "Yaşayı

1 noyabr
.

Cavid Abdullayev: "Startap ekosistemi formalaşdırmaq dayanıqlı enerji təchizatı olmadan mümkün deyil"

Startap ekosisteminin formalaşması dayanıqlı enerji təchizatı olmadan mümkün deyil. "Report" xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterpris

31 oktyabr
.

Məryəm Üzərli Azərbaycana gələcək

"Möhtəşəm yüz il" serialında Hürrəm Sultan obrazı ilə tanınan türkiyəli aktrisa Məryəm Üzərli Azərbaycana gələcək. Axşam.az xəbər verir ki, aktrisanın Bakıya gəlişinə səbəb romantik dram janrında çəkilən "İmroz'da Bahar" filmidir. Ekran işinin qala gecəsi Azərbaycanda da keçiriləcək

31 oktyabr
.

ŞAD XƏBƏR! Gələn il maaşlar, pensiyalar və sosial yardımlar ARTACAQ - AÇIQLAMA

"Gələn il Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının məbləğinin artırılması aztəminatlı ailələrin sosial müdafiəsinin daha da gücləndirilməsinə imkan verəcək. Ehtiyac meyarına uyğun olaraq ünvanlı dövlət sosial yardımı təyin edilir. Bu meyarın və minimum əməkhaqqının artırılması ünvanl

1 noyabr
.

Azərbaycanda bəzi məktəblərin adları dəyişdirildi

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub. Qaynarinfo xəbər verir ki, bununla bağlı elm və təhsil nazir

31 oktyabr
.

Azərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind

1 noyabr
.

Azərbaycanda istilik mövsumu bəzi yerlərdə 15 gün tez başlayacaq - Rəsmi

Naxçıvan şəhərində 2026-2027-ci illər üzrə istilik mövsümünə noyabrın 1-də start veriləcək. Naxçıvan Şəhər İcra Hakimiyyətindən -a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarına əsasən, ölkənin soyuq iqlim şəraitinə malik 26 şəhər və rayonund

31 oktyabr
.

Biznesin gündəmi artıq bir ünvanda - 1business.media fəaliyyətə başladı

Azərbaycanda biznes, iqtisadiyyat və maliyyə xəbərlərini oxuculara çatdıracaq 1business.media saytı fəaliyyətə başlayıb. "Bakupost"a verilən məlumata görə yeni platformanın məqsədi ölkənin biznes mühitini daha anlaşıqlı və əlçatan təqdim etmək, iqtisadi hadisələrin sahibkarlar və vətəndaşla

31 oktyabr