Uşağın qəyyumluğu hansı meyarlar əsasında müəyyən edilir? - AÇIQLAMA

Uşağın qəyyumluğu hansı meyarlar əsasında müəyyən edilir? - AÇIQLAMAAilə münasibətlərində ən həssas və mübahisəli məsələlərdən biri uşağın kimlə qalması, yəni qəyyumluğun müəyyən edilməsidir.

Boşanma və ya valideynlər arasında yaranan fikir ayrılıqları zamanı məhkəmənin əsas məqsədi valideynlərdən hansının haqlı olması deyil, uşağın mənafeyinin maksimum dərəcədə qorunmasıdır.

Bəs görəsən uşağın qəyyumluğu hansı meyarlar əsasında müəyyən edilir?

Hüquqşünas Xanım Yusifova bu barədə Sonxeber.az -a açıqlama verib:

"Azərbaycan qanunvericiliyinə əsasən uşağın qəyyumluğu müəyyən edilərkən bir sıra vacib meyarlar nəzərə alınır.

İlk növbədə, uşağın mənafeyi əsas prinsip kimi götürülür. Məhkəmə qərar verərkən uşağın fiziki, psixoloji və mənəvi inkişafını daha yaxşı təmin edəcək valideyni müəyyən etməyə çalışır.

Digər mühüm məsələlərdən biri valideynlərin şəxsi keyfiyyətləri və həyat tərzidir. Buraya onların davranışı, sosial mühiti, zərərli vərdişlərinin olub-olmaması və uşağa münasibəti daxildir.

Maddi və yaşayış şəraiti də nəzərə alınan amillər sırasındadır. Amma bu, təkbaşına həlledici faktor sayılmır. Yəni daha yaxşı maddi imkana malik olmaq avtomatik olaraq qəyyumluğun həmin valideynə verilməsi demək deyil.

Eyni zamanda, valideynlərin uşağa ayıra biləcəyi vaxt və qayğı xüsusi əhəmiyyət daşıyır. Uşağın gündəlik tərbiyəsi, təhsili və sağlamlığı ilə daha çox məşğul olan valideyn üstün hesab oluna bilər.

Qanunvericiliyə görə, uşağın yaşı və onun fikri də nəzərə alınır. Müəyyən yaş həddinə çatmış uşağın kiminlə qalmaq istədiyi məhkəmə tərəfindən öyrənilir və qiymətləndirilir.

Həmçinin, bacı-qardaşların ayrılmaması prinsipi də mümkün qədər qorunur. Yəni məhkəmələr adətən uşaqların bir-birindən ayrı düşməməsinə üstünlük verir.

Hər bir iş fərdi qaydada araşdırılır və bütün bu meyarlar kompleks şəkildə qiymətləndirilir. Əsas məqsəd isə uşağın təhlükəsiz, sağlam və sabit mühitdə böyüməsini təmin etməkdir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 691   Tarix: 14 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan pambıq ipliyi istehsalını 23 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 18 min 816 ton pambıq ipliyi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,8 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 3 min 941 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

31 oktyabr
.

Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI

Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. Bu barədə "Report"a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Onun sözlərinə görə, gələn il yaşayış minimumu və ehtiyac meyarının məbləği 314 manat olacaq:. "Yaşayı

1 noyabr
.

Cavid Abdullayev: "Startap ekosistemi formalaşdırmaq dayanıqlı enerji təchizatı olmadan mümkün deyil"

Startap ekosisteminin formalaşması dayanıqlı enerji təchizatı olmadan mümkün deyil. "Report" xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterpris

31 oktyabr
.

Məryəm Üzərli Azərbaycana gələcək

"Möhtəşəm yüz il" serialında Hürrəm Sultan obrazı ilə tanınan türkiyəli aktrisa Məryəm Üzərli Azərbaycana gələcək. Axşam.az xəbər verir ki, aktrisanın Bakıya gəlişinə səbəb romantik dram janrında çəkilən "İmroz'da Bahar" filmidir. Ekran işinin qala gecəsi Azərbaycanda da keçiriləcək

31 oktyabr
.

ŞAD XƏBƏR! Gələn il maaşlar, pensiyalar və sosial yardımlar ARTACAQ - AÇIQLAMA

"Gələn il Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının məbləğinin artırılması aztəminatlı ailələrin sosial müdafiəsinin daha da gücləndirilməsinə imkan verəcək. Ehtiyac meyarına uyğun olaraq ünvanlı dövlət sosial yardımı təyin edilir. Bu meyarın və minimum əməkhaqqının artırılması ünvanl

1 noyabr
.

Azərbaycanda bəzi məktəblərin adları dəyişdirildi

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub. Qaynarinfo xəbər verir ki, bununla bağlı elm və təhsil nazir

31 oktyabr
.

Azərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind

1 noyabr
.

Azərbaycanda istilik mövsumu bəzi yerlərdə 15 gün tez başlayacaq - Rəsmi

Naxçıvan şəhərində 2026-2027-ci illər üzrə istilik mövsümünə noyabrın 1-də start veriləcək. Naxçıvan Şəhər İcra Hakimiyyətindən -a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarına əsasən, ölkənin soyuq iqlim şəraitinə malik 26 şəhər və rayonund

31 oktyabr
.

Biznesin gündəmi artıq bir ünvanda - 1business.media fəaliyyətə başladı

Azərbaycanda biznes, iqtisadiyyat və maliyyə xəbərlərini oxuculara çatdıracaq 1business.media saytı fəaliyyətə başlayıb. "Bakupost"a verilən məlumata görə yeni platformanın məqsədi ölkənin biznes mühitini daha anlaşıqlı və əlçatan təqdim etmək, iqtisadi hadisələrin sahibkarlar və vətəndaşla

31 oktyabr