18 yaşlı qız əlil arabasında olduğu üçün getdiyi məkana buraxılmadı
Mançester şəhərində baş verən hadisə əlilliyi olan şəxslərin ictimai məkanlara çıxışı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, 18 yaşlı Maddie Haining dostları ilə birlikdə "Canal Street"də "Club Tropicana" adlı məkana daxil olduqdan cəmi bir neçə dəqiqə sonra mühafizəçilər tərəfindən çölə çıxarıldığını deyib. O, yerli mediaya açıqlamasında yaşadıqlarını "insanlıqdan kənar davranış" kimi qiymətləndirib.
Sosial mediada yayılan görüntülərdə iki əməkdaşın gənc qadına yaxınlaşaraq onunla danışdığı əks olunur. Maddie bildirib ki, əməkdaşlardan biri nəzakətli davransa da, müəssisə rəhbərinin davranışı "kobud və qəbuledilməz" olub.
Kadrlarda onun "əlil arabasında olduğum üçün məkanı tərk etməyə məcbur edilirəm" dediyi eşidilir. Gənc qadının sözlərinə görə, obyekt rəhbərliyi mümkün yanğın təhlükəsizliyi pozuntusu halında tətbiq ediləcək cərimənin onun adına yazılacağını bildirib, o isə buna etiraz edib.
Maddie əlavə edib ki, hadisə zamanı əməkdaşlara "Equality Act 2010" qanununu xatırladaraq əlillərin xidmətlərə çıxışının məhdudlaşdırıla bilməyəcəyini bildirib. Buna baxmayaraq, işçilərin israrla məkanı tərk etməsini tələb etdiyini deyib. O qeyd edib ki, əvvəlcə heç bir problem olmadan içəri daxil olsa da, sonradan "təhlükəsizlik riski", daha sonra isə "yanğın riski" əsas gətirilərək çıxarılıb.
Hadisə ilə bağlı paylaşdığı video qısa müddətdə geniş yayılıb, minlərlə bəyənmə və yüzlərlə rəy toplayıb. İstifadəçilərin əksəriyyəti baş verənlərə etirazını bildirib.
Gənc qadın bildirib ki, hadisədən sonra məkanın idarəedici şirkətinin nümayəndələri ilə əlaqə saxlayıb və ona məsələ ilə bağlı daxili araşdırmanın başladıldığı bildirilib.
Gecə klubunun rəhbərliyi isə yerli mətbuata açıqlamasında faktın araşdırıldığını qeyd edərək, hələlik əlavə şərh verməkdən imtina edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 682 Tarix: 15 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı
Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı
17 sentyabr 2021Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO
Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb
17 sentyabr 2021Tovuza dolu düşüb - VİDEO
Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl
17 sentyabr 2021Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO
Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri
18 sentyabr 2021Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO
Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca
17 sentyabr 2021Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18 sentyabr 2021