"Leyla Medical"da koordinator həkim kimi fəaliyyət göstərib - Klinika cərimələndi
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən "Referans Medical Group" daxilində fəaliyyət göstərən "Leyla Medical Center"də yoxlama aparılıb.
Teleqraf-ın əldə etdiyi məlumata görə, yoxlama zamanı klinikada ciddi nöqsanlar aşkar edilib.
Məlum olub ki, klinikada həkim adı altında fəaliyyət göstərən Sevda Kurbanova (Ağazadə) Alibekovna əslində, stomatologiya şöbəsində koordinator vəzifəsinə təyin edilsə də, cari olaraq praktik tibb fəaliyyəti ilə məşğul olub.
Buna görə də, rəsmi adı "Dünya Estetik Azərbaycan" olan şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən, klinika 6000 manat məbləğində cərimələnib. Sevda Kurbanova barəsində isə İXM-nin 215.1-ci maddəsi üzrə protokol tərtib edilib. Bu maddədə ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan şəxslərin praktik tibb fəaliyyəti göstərməsindən bəhs edilir. 2 saylı Bakı Baza Tibb Kollecinin məzunu olan Sevda Kurbanova sertifikasiya şəhadətnaməsi olmadan pasiyentlərə tibbi xidmət göstərib.
Qeyd edək ki, "Dünya Estetik Azərbaycan"ın, yəni kosmetik adı "Leyla Medical" olan şirkətin direktoru Elnur Vahabovdur.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 914 Tarix: 15 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı
Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı
17 sentyabr 2021Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO
Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb
17 sentyabr 2021Tovuza dolu düşüb - VİDEO
Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl
17 sentyabr 2021Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO
Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri
18 sentyabr 2021Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO
Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca
17 sentyabr 2021Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18 sentyabr 2021