19 illik müəllim video çəkib üsyan etdi - VİDEO

19 illik müəllim video çəkib üsyan etdi - VİDEOŞanlıurfa və Kahramanmaraşda baş verən məktəb hücumlarından sonra sosial mediada yayılan video təhsil mühitindəki narahatlığı bir daha gündəmə gətirib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, videoda çıxış edən 19 illik ibtidai sinif müəllimi belə bir dövrü peşə fəaliyyəti ərzində ilk dəfə yaşadığını bildirib.

Müəllim qeyd edib ki, baş verən hadisələr həm şagirdlər, həm də müəllimlər üçün ciddi psixoloji sarsıntı yaradıb. Onun sözlərinə görə, məktəbdə bəzi şagirdlərin qorxu və panika içində pəncərədən tullanmağa çalışdığı anlara şahid olmaq olduqca ağır olub: "19 ildir ibtidai sinif müəllimiyəm. Bu cür dövrü nə biz, nə də bizdən əvvəlkilər yaşayıb. O uşaqların pəncərədən aşağı atılmağa çalışdığını gördükcə ürəyim parçalandı. Əminəm ki, bütün müəllimlər eyni hissləri yaşadı".

Müəllimlərə daha geniş səlahiyyətlərin verilməsinin vacibliyini vurğulayan təhsil işçisi bildirib ki, şagirdlərdə və ailələrdə mövcud problemlər erkən mərhələdə hiss olunsa da, çox vaxt lazımi müdaxilə mümkün olmur. O qeyd edib ki, müəllimlər həm uşaqlardakı, həm də valideynlərdəki davranış problemlərini əvvəlcədən sezə bilirlər, lakin bu barədə etdikləri xəbərdarlıqlar çox vaxt nəzərə alınmır.

Valideynlərlə ünsiyyətin çətinliyinə də toxunan müəllim bildirib ki, bir çox hallarda valideynlər övladları ilə bağlı tənqidi yanaşmanı qəbul etmir: "Biz nəsə dedikdə, demək olar ki, heç kim öz övladında problem görmək istəmir".

Ardıcıl baş verən məktəb hücumlarından sonra yayılan bu video müəllimlərin sahədə qarşılaşdığı reallıqları və təhsil sistemindəki boşluqları yenidən müzakirə mövzusuna çevirib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1070   Tarix: 16 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021
.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021
.

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund

18 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021