Korovinin kürəkəni Günel Şahmalıqızını işdən çıxarıb?
"Space" Televiziyasının Xəbərlər Departamentinin müdir müavini, aparıcı Günel Şahmalıqızı işdən çıxarılıb.
Sonxeber.az xəbər verir ki, bu barədə Bakupost.az məlumat yayıb.
Bildirilib ki, o, kanalın vəzifədən azad edilən baş direktoru Vado Korovinin kürəkəni, icraçı direktor Nəriman Əbdüləliyevin göstərişilə işdən çıxarılıb. Rəhbərlik aparıcının heç bir xəbərdarlıq edilmədən işdən azad edilməsini maliyyə böhranı ilə əlaqələndirib.
Günel Şahmalıqızı işdən çıxarılması ilə bağlı icraçı direktorla görüşüb, şəhid qızı olduğunu, himayəsində əlil anasının olduğunu deyərək möhlət istəyib. Qarşı tərəf isə kobud şəkildə "nə olsun ki, şəhid qızısan?", "kimə və hara istəyirsən, müraciət et" ifadəsini işlədib.
Günel Şahmalıqızı sayta açıqlamasında yuxarıda qeyd olunanları təsdiqləsə də, əlavə şərh verməyib.
Qeyd edək ki, aparılan yoxlamalar nəticəsində iki gün əvvəl "Space" Televiziyasının baş direktoru Vado Korovin tutduğu vəzifədən azad edilib. Onun vəzifəsi kürəkəni Nəriman Əbdüləliyevə həvalə olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 328 Tarix: 16 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Nazirlər Kabinetinin bu səlahiyyəti ləğv edildi
Nazirlər Kabinetinin səlahiyyətlərindən biri ləğv edilib. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. "Müdafiə haqqında" qanuna edilən dəyişiklikdən sonra Nazirlər Kabinetinin silahların və strateji materialların ixracı üzərində nəzarəti təşki
15 aprelBakıda bu şadlıq sarayı bağlandı (FOTO/VİDEO)
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi 7 ünvanında fəaliyyət göstərən "Səbinə" şadlıq sarayında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirili
16 aprelBu dəfə gülləri qoparıb buket düzəltdilər - VİDEO
Bakıda yerləşən Dənizkənarı Milli Park ərazisində yenidən narazılıq doğuran hadisə baş verib. Ölkə.az-ın məlumatına görə, parkda müxtəlif güllərlə bəzədilmiş sahədə bəzi şəxslər tərəfindən güllər qoparılaraq buket hazırlanıb. Bu anlar çəkilərək sosial şəbəkələrdə paylaşılıb. Xatırladaq ki, bir neçə gü
15 aprelPrezidentin qızı və gəlininin film təqdimatından - Fotoları
Prezident İlham Əliyevin gəlini Alena Əliyeva "Mən, Lalə və Şerlok Holms 2" çoxseriyalı bədii filminin təqdimatından fotolar paylaşıb. "Qafqazinfo" xəbər verir ki, təqdimatda Alena Əliyeva və Leyla Əliyeva iştirak ediblər. Həmin fotoları təqdim edirik:
16 aprelBu şəxslər peyvənd olunacaq
19-25 aprel tarixlərində respublikanın şəhər və rayonlarında "İmmunlaşdırma həftəsi" keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən respublikanın şəhər və rayonlarında hər hansı səbəbə görə vaksinasiyadan kənarda qala
16 aprel"Space"də təcili iclas keçirildi
Bu dəqiqələrdə "Space" televiziyasında təcili iclas keçirilib. -a istinadən xəbər verir ki, televiziyanın rəhbəri vəzifəsini müvəqqəti icra edən Nəriman Əbdüləliyevin göstərişi ilə kanalın bütün əməkdaşları anidən foyeyə çağırılıb. İclasda departament rəhbərləri də iştirak ediblər. Nərima
16 aprelGözlərə nur bəxş edən alim
Dünya şöhrətli oftalmoloq, gözəl insan, qayğıkeş həkim, akademik Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də - ilin ən gözəl fəsli olan baharda dünyaya göz açıb və ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də dünyasını dəyişib. Akademik Zərifə xanım Əliyevanın Tanırının taleyinə yazdığı ömür payı
15 aprelBəzi yerlərdə qısamüddətli yağıntılar gözlənilir
Azərbaycanda aprelin 16-da bəzi yerlərdə qısamüddətli yağıntılar gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərd
15 aprel