"Təhsildən və milli metodikadan bixəbər olanların hazırladığı bu cür əndrəbadi testlər məni təəccübləndirmir" - Şəmsi Qoca
"Təhsil materiallarında, xüsusilə də monitorinq və olimpiada tapşırıqlarında rast gəlinən adların seçimi ilk baxışda texniki bir prosedur kimi görünsə də, əslində bu, şagirdin psixoloji dünyasına və milli mənsubiyyət qavrayışına birbaşa təsir edən mühüm amildir. Tez-tez arqument gətirilir ki, beynəlxalq imtahan standartları və qloballaşma dövrü adların bu formada təqdim olunmasını tələb edir. Lakin unudulmamalıdır ki, riyazi və ya məntiqi məsələnin elmi mahiyyəti "Aleks" və ya "Valex" adında deyil, onun həll alqoritmində gizlənir. Əgər sualın elmi yükü dəyişmirsə, niyə bu adlar bizim dilimizin ahənginə və mənəviyyatımıza uyğunlaşdırılmasın? Şagird ibtidai sinifdən başlayaraq oxuduğu hər mətndə özünü, öz ailəsini və doğma mühitini görməlidir. Adlar sadəcə texniki işarələr deyil, onlar bir xalqın tarixini və yaddaş kodlarını daşıyan simvollar silsiləsidir. Bizim dastanlarımızdan, klassik ədəbiyyatımızdan və təbiətimizdən süzülüb gələn zəngin adlar sistemimiz varkən, süni şəkildə formalaşdırılan qondarma ifadələrin testlərə daxil edilməsi şagirdi ana dilinin fonetik və estetik gözəlliyindən uzaqlaşdırır. Təhsildə qloballaşma adı altında milli rənglərin solğunlaşması dünyagörüşün artması deyil, şəxsiyyətin öz kökündən qopması və "yadlıq" sindromunun yaranması təhlükəsini doğurur".
Bu sözləri Sonxeber.az-a təhsil eksperti Şəmsi Qoca danışıb.
O, açıqlamasında qeyd edib ki, bu yanaşma pedaqoji baxımdan məqsədəuyğun hesab edilə bilməz:
"Monitorinq və test tapşırıqlarını hazırlayan mütəxəssislər metodiki prinsiplərlə yanaşı, sosiokültürəl amilləri də mütləq nəzərə almalıdırlar. Təhsil təkcə quru bilik ötürmək deyil, həm də milli ruhlu vətəndaş yetişdirmək missiyasını daşıyır. Vətəndaş isə ilk növbədə öz adını, öz soyunu və öz dilini sevməli, onlarla fəxr etməyi öyrənməlidir. Test kitablarında milli adlarımızın ixtisara salınması və ya kənarda qalması deyil, əksinə, onların bütün çalarları ilə yaşadılması və gələcək nəsillərə aşılanması tərəfdarıyam.
Bütün bunların kökündə isə təhsilimizə soxulmuş, bizim milli ruhumuza, adət-ənənəmizə və pedaqoji keçmişimizə yad olan, mənim "London cocuqları" adlandırdığım elementlərin təsiri dayanır. Təhsildən və milli metodikadan bixəbər olanların hazırladığı bu cür əndrəbadi testlər əslində heç məni təəccübləndirmir də. Çünki atalarımız çox yerində deyib: "Kor atın kor da nalbəndi olar". Köksüz və ruhsuz yanaşmalarla keyfiyyətli təhsil qurmaq, milli təfəkkürlü nəsil yetişdirmək qeyri-mümkündür".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ
Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...
2027-ci il nə ilidir? - Şərq təqvimi AÇIQLANDI
Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR
Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI
Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX
Niyə bu sabunun üzərinə 72 faiz yazılır?
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
Noyabrda hava kəskin DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ EDİLDİ
Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir
Qışda bu 5 əşyanı maşına qoymadan yola çıxmayın
Hər ay əlavə pensiya alacaq şəxslərin SİYAHISI AÇIQLANDI
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizədliyinə reaksiya
31 yaşlı diş həkimi vəfat etdi - FOTO