Vətəndaş hansı halda inzibati cərimələrə etiraz edə bilər? - AÇIQLAMA
İnzibati cərimələrlə bağlı narazılıqlar cəmiyyətdə ən çox rast gəlinən hüquqi məsələlərdən biridir.
Xüsusilə yol hərəkəti qaydalarının pozulması, ictimai asayişlə bağlı cərimələr və ya müxtəlif inzibati xətalara görə tətbiq olunan sanksiyalar zamanı vətəndaşlar tez-tez qərarın ədalətli olub-olmaması ilə bağlı suallar yaşayırlar.
Bəs görəsən vətəndaş hansı halda inzibati cərimələrə etiraz edə bilər?
Hüquqşünas Xanım Yusifova bu barədə Sonxeber.az -a açıqlama verib:
"İnzibati cərimələrə etiraz etmək mümkündür və bu, hər bir vətəndaşın qanunla qorunan hüquqlarından biridir. Əgər şəxs hesab edirsə ki, ona tətbiq olunan cərimə əsassızdır və ya qanunvericiliyin tələblərinə uyğun deyil, o, həmin qərardan şikayət verə bilər.
İlk növbədə qeyd etmək lazımdır ki, inzibati xəta haqqında qərar təqdim edildikdən sonra müəyyən edilmiş müddət ərzində, yəni, adətən 10 gün ərzində şikayət vermək hüququ var. Bu müddət ötürüldükdə şikayətin təmin olunması çətinləşə bilər, lakin üzrlü səbəblər olduqda müddətin bərpası mümkündür.
Şikayət iki qaydada verilə bilər: Qərarı çıxaran orqana - məsələn, yol polisi və ya digər inzibati qurum və ya birbaşa məhkəməyə
Praktik baxımdan daha effektiv yol çox vaxt birbaşa məhkəməyə müraciət etmək hesab olunur, çünki bu halda işə müstəqil instansiya tərəfindən baxılır.
Etiraz zamanı vətəndaş öz mövqeyini əsaslandırmalı, mümkün sübutları təqdim etməlidir. Bu sübutlara video və foto materiallar, şahid ifadələri və ya digər sənədlər daxil ola bilər. Əgər cərimə texniki vasitələrlə (məsələn, radar və ya kamera) qeydə alınıbsa, həmin görüntülərin dəqiqliyi və qanunauyğunluğu da mübahisələndirilə bilər.
İnzibati cəriməyə etiraz etmək hüququnun istifadə edilməsi vətəndaşın hüquqi savadlılığının göstəricisidir və bu proses düzgün aparıldıqda ədalətli nəticə əldə etmək mümkündür".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 795 Tarix: 16 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı
Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı
17 sentyabr 2021Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO
Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb
17 sentyabr 2021Tovuza dolu düşüb - VİDEO
Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl
17 sentyabr 2021Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO
Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri
18 sentyabr 2021Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO
Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca
17 sentyabr 2021Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18 sentyabr 2021