Məktəbdə qətliam törədən İsanın sinif yoldaşı: "Qələmlə qolunu deşirdi" - VİDEO
Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən və 9 nəfərin həyatına son qoyan silahlı hücumla bağlı yeni detallar ortaya çıxıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisəni törədən İsa Aras Mersinli-nin sinif yoldaşı G.İ. onun məktəbdə sərgilədiyi davranışlar barədə diqqətçəkən açıqlamalar verib.
G.İ. bildirib ki, Mersinli uzun müddətdir psixoloji problemlər yaşayırmış və dərs zamanı qeyri-adi hərəkətlər edirmiş. Onun sözlərinə görə, o, dərsdə kədərləndikdə özünə zərər verirmiş: "Bir şeyə üzüləndə qələmlə əlini, qolunu deşirdi, partası qan içində qalırdı. Hətta çantası belə qana bulaşırdı. Özünü boğmağa çalışırdı. Beşinci sinifdə çantasını boğazına dolayaraq özünü boğmuşdu"
Sinif yoldaşı həmçinin qeyd edib ki, Mersinlinin demək olar dostu olmayıb və tez-tez gecələr internetdə vaxt keçirdiyi üçün dərslərdə yuxulu vəziyyətdə olurmuş. Bəzən dərs zamanı səbəbsiz ağladığı, müəllimlərin isə onu məktəbin psixoloquna yönləndirdiyi bildirilir.
G.İ.-nin sözlərinə görə, Mersinli daha əvvəl iki sinif yoldaşına məktəbə silahlı hücum edəcəyini dediyini bildirib, lakin bu sözlər ciddi qəbul edilməyib.
Qeyd edək ki, İsa Aras Mersinli atasına məxsus silahlarla məktəbə daxil olaraq 8 şagird və 1 müəllimi qətlə yetirib. Hadisənin baş verdiyi məktəbə çoxsaylı vətəndaşlar axın edərək həyatını itirənlərin xatirəsini anır, əraziyə güllər və qeydlər qoyurlar.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 724 Tarix: 20 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qəbul və buraxılış imtahanlarında nə dəyişir? - DİM sədri açıqladı
"2027-ci il üzrə imtahan proqramlarının məzmununda ciddi dəyişiklik nəzərdə tutulmur". Qaynarinfo xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2027-ci ildə keçiriləcək buraxılış və qəbul imtahanlarındakı dəyişikliklərlə bağlı açıqlamasında bildirib
8 sentyabrMinaya düşərək həlak olan Raqifə şəhid statusu verilib
İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevə şəhid statusu verilib. Bu barədə "Qafqazinfo"ya onun ailəsindən məlumat verilib. Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olmuş Raqif İsayev şəhid, onun ailəsi şəhid ailəsi üzvü hesab olunacaq. Qey
10 sentyabrAZAL Bakıdan Ciddəyə müntəzəm uçuşları bərpa edir
Sentyabrın 15-dən "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Səudiyyə Ərəbistanının Ciddə şəhərinə müntəzəm uçuşları bərpa edəcək. Bu barədə Qaynarinfo-ya səhmdar cəmiyyətindən məlumat verilib. Bildirilib ki, Bakı-Ciddə-Bakı marşrutu üzrə reyslər həftədə dörd dəfə - çərşənbə axşamı, çərşənbə
8 sentyabr"Zipline"nın trosu qırılmayıb, rolikləri yerindən çıxıbmış - Video
"Şəki yaylası"nda faciəvi şəkildə həlak olan Coşqun Məmmədov və Ucal Bayramov əvvəlcədən sığortaya qol çəkiblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə AzTV-nin reportajında bildirilib. Əyləncə məqsədilə istifadə olunan adrenalin avadanlığının icbari sığortası olduğu, təhlükəsizli
9 sentyabrXocalıda ANAMA əməkdaşı minaya düşdü (YENİLƏNİB)
Xocalı rayonunun Daşkənd kəndi ərazisində sentyabrın 10-da mina hadisəsi baș verib. Bu barədə -a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Bildirilib ki, agentliyin əməkdaşı - 1990-cı il təvəllüdlü Həsənov Anar İftixar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyad
10 sentyabrŞəkidə kanatdakı qəzanın səbəbi açıqlandı
Şəkidə "Zipline" əyləncəsindən istifadə edən iki şəxsin həlak olması ilə bağlı cinayət işi başlanıb. Axşam.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, sentyabrın 8-də Şəki rayonu, Baş Küngüt kəndi ərazisində yerləşən "Şəki yaylası"
10 sentyabr