Flyblast Travel Agency qalmaqalı böyüyür - Şirkət barədə şok iddialar - FOTO

Flyblast Travel Agency qalmaqalı böyüyür - Şirkət barədə şok iddialar - FOTOBakıda fəaliyyət göstərən Flyblast Travel Agency ilə bağlı ortaya çıxan məlumatlar ciddi qalmaqala səbəb olub. İddialara görə, şirkətin rəhbəri kimi təqdim olunan Rövşən Abdullayevin adı bir sıra ağır qanun pozuntularında hallanır.

Azmedia.Az xəbər verir ki, sosial şəbəkələrdə vətəndaşların şikayətlərində qeyd olunur ki, Flyblast Travel Agency ilə müqavilə bağlayan şəxslər aylarla hətta illərlə süründürməçiliyə məruz qalır, proseslər süni şəkildə uzadılır və nəticədə bir çox hallarda viza alınmır. Bu isə ödəniş edilmiş xidmətin faktiki göstərilməməsi kimi qiymətləndirilir.

Daha da ciddi iddialara görə, ödənişini geri tələb edən vətəndaşlara qarşı təzyiq və hədə-qorxu elementlərinin tətbiq olunduğu, müxtəlif bəhanələrlə pulların geri qaytarılmadığı bildirilir. Bu kimi hallar artıq sadə xidmət narazılığından çıxaraq daha ağır hüquqi müstəviyə keçir.

Bəzi şikayətçilər isə daha ağır iddialar səsləndirir. Onların sözlərinə görə, bəzi hallarda xarici pasportlara vurulan vizaların saxta olması ehtimalı mövcuddur. Bu istiqamətdə araşdırmaların davam etdiyi qeyd olunur və məsələ xüsusilə ciddi nəzarət tələb edir.

Maliyyə məsələləri də ayrıca suallar doğurur. Bildirilir ki, Rövşən Abdullayevin adı hallanan Flyblast Travel Agency müştərilərdən ödənişləri nağd şəkildə qəbul edir, lakin qanunun tələbinə baxmayaraq fiskal çek təqdim etmir. Yalnız kağız qaimə verilməsi isə nağd dövriyyənin gizlədilməsi və vergidən yayınma ehtimallarını gündəmə gətirir.

Şirkətlə bağlı digər iddialar isə əmək münasibətlərinə aiddir. Qeyd olunur ki, müəssisədə təxminən 15-ə yaxın işçi çalışsa da, onların yalnız az bir hissəsi rəsmi qeydiyyatdadır. Qalan şəxslərin qeyri-rəsmi işlədiyi və əmək haqlarını nağd şəkildə aldığı iddia edilir. Bu isə dövlət büdcəsinə ödənişlərdən yayınma, sosial sığorta haqlarının gizlədilməsi, əmək hüquqlarının pozulması kimi ciddi qanun pozuntularına işarə edir.

Flyblast Travel Agency qalmaqalı böyüyür - Şirkət barədə şok iddialar - FOTOFlyblast Travel Agency qalmaqalı böyüyür - Şirkət barədə şok iddialar - FOTOFlyblast Travel Agency qalmaqalı böyüyür - Şirkət barədə şok iddialar - FOTOFlyblast Travel Agency qalmaqalı böyüyür - Şirkət barədə şok iddialar - FOTOFlyblast Travel Agency qalmaqalı böyüyür - Şirkət barədə şok iddialar - FOTOFlyblast Travel Agency qalmaqalı böyüyür - Şirkət barədə şok iddialar - FOTOFlyblast Travel Agency qalmaqalı böyüyür - Şirkət barədə şok iddialar - FOTOFlyblast Travel Agency qalmaqalı böyüyür - Şirkət barədə şok iddialar - FOTOEkspertlər bildirir ki, sadalanan hallar təsdiqini taparsa, bu fəaliyyət yalnız inzibati məsuliyyətlə məhdudlaşmaya bilər və Cinayət Məcəlləsinin 213-cü maddəsi (vergidən yayınma) daxil olmaqla daha ağır hüquqi nəticələr doğura bilər.

Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi vergi siyasəti şəffaflıq və qanunçuluq prinsiplərinə əsaslanır. Bu prinsiplərin pozulması dövlətə qarşı maliyyə intizamının sarsıdılması kimi qiymətləndirilir.

Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, kölgə iqtisadiyyatı, vətəndaşların aldadılması və vergidən yayınma halları ilə bağlı ən sərt tədbirlər görülməlidir.

Bütün bu iddialar fonunda isə əsas sual açıq qalır. Rövşən Abdullayevin adı hallanan Flyblast Travel Agency ilə bağlı bu qədər ciddi məlumatlar olduğu halda, aidiyyəti dövlət qurumları niyə hələ də səssiz qalır?

Məsələ ilə bağlı Dövlət Vergi Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi tərəfindən dərhal araşdırma aparılması və ictimaiyyətə açıqlama verilməsi tələb olunur. İddiaların nə dərəcədə doğru olduğu isə yalnız rəsmi yoxlamalardan sonra məlum olacaq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 629   Tarix: 20 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ŞAD XƏBƏR! Gələn il maaşlar, pensiyalar və sosial yardımlar ARTACAQ - AÇIQLAMA

"Gələn il Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının məbləğinin artırılması aztəminatlı ailələrin sosial müdafiəsinin daha da gücləndirilməsinə imkan verəcək. Ehtiyac meyarına uyğun olaraq ünvanlı dövlət sosial yardımı təyin edilir. Bu meyarın və minimum əməkhaqqının artırılması ünvanl

1 noyabr
.

Bu gündən bu QADAĞA qüvvəyə minir

Türkiyədə sosial şəbəkələrdən istifadə ilə bağlı yeni qaydalar bu gündən qüvvəyə minib. Buna əsasən, 15 yaşını tamamlamayan şəxslər sosial şəbəkələrdə hesab aça bilməyəcəklər. xəbər verir ki, yeni hesab yaratmaq istəyənlər yaşlarını "e-Devlet" portalı vasitəsilə əldə ediləcək xüsusi rəqəmsa

1 noyabr
.

Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR

Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin

31 oktyabr
.

Metro, avtobus və taksilərlə bağlı nə baş verəcək? - AÇIQLAMA

Bakı metrosunun "Nizami" və "28 May" stansiyaları arasında qatarların hərəkətinin dayandırılmasından sonra paytaxtda taksi qiymətləri kəskin artıb. Sərnişinlərin sözlərinə görə, əvvəllər 5 manata getdikləri məsafəyə görə indi 12 manat ödəməli olurlar. Bu artımın əsası nədir? Digə

1 noyabr
.

Kəmaləddin Heydərovdan iki polkovniklə bağlı qərar - Foto

Sumqayıt Regional Mərkəzinin rəisi, polkovnik Vaqif Fətullayev tutduğu vəzifədən azad edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Nazirin digər əmri ilə o, Aran Regional Mərkəzinə rəis təyin olunub

31 oktyabr
.

Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI

Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. Bu barədə "Report"a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Onun sözlərinə görə, gələn il yaşayış minimumu və ehtiyac meyarının məbləği 314 manat olacaq:. "Yaşayı

1 noyabr
.

Azərbaycan xalça və xalça məmulatlarının istehsalını 61 dəfə artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 152,7 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 61,1 dəfə çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 5,3 min kvadratmetr hazır məhsu

1 noyabr
.

Quru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Yanvar-sentyabr aylarında…

Azərbaycanda turizm sektorunun göstəriciləri geriləməkdə davam edir. "Yeni Sabah" xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu barədə "Facebook" səhifəsində paylaşım edib. Onun sözlərinə görə, hökumət turizmi yenidən prioritet sahə elan edərək yeni fəaliyyət proqramı qəbul etsə də

1 noyabr
.

Azərbaycan dəri istehsalını 24 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 52 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur. Bu il oktyabrın 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat

1 noyabr