15 yaşlı qız uşaq dünyaya gətirdi: Günah kimdədir? - AÇIQLAMA

15 yaşlı qız uşaq dünyaya gətirdi: Günah kimdədir? - AÇIQLAMAUcarda yeniyetmə uşaq dünyaya gətirib.

Sonxeber.az rayon sakini 15 yaşlı yeniyetmə Ucar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən xəbərə görə, aprelin 14-də saat 19 radələrində 2011-ci il təvəllüdlü hamilə doğuş sancıları ilə Ucar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə hospitalizasiya olunub.

Ona 31-32 həftəlik hamiləlik diaqnozu təyin edilib. Pasiyent saat 20:20-də cinsi kişi, çəkisi 1900 qram, boyu 44 sm uşaq dünyaya gətirib.

Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib.

Bəs görəsən tətbiq edilən cəzalar niyə bu kimi hadisələrin qarşısını almır?

Sosioloq Mətanət Məmmədova bu barədə Sonxeber.az -a açıqlama verib:

"Bu cür əməllərə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsi çərçivəsində konkret və kifayət qədər sərt cəzalar nəzərdə tutulur. Hətta son illər bu cəzaların daha da sərtləşdirildiyini görürük. Buna baxmayaraq, bəzi hallarda insanların qanunun tələblərinə əməl etməməsi ciddi suallar doğurur.

Ucar rayonunda 15 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı hadisənin detalları hələlik tam açıqlanmayıb. Hadisənin təcavüz, nikahdankənar münasibət, yaxud erkən nikah zəminində baş verib-vermədiyi istintaqın nəticəsində bəlli olacaq. Lakin səbəbindən asılı olmayaraq, yetkinlik yaşına çatmamış bir qızın ana olması hüquqi baxımdan cinayət məsuliyyəti yaradan haldır.

Hazırda istintaq qrupu məsələ ilə bağlı araşdırmalara başlayıb. Hadisənin kim tərəfindən, hansı şəraitdə və necə baş verdiyi dəqiqləşdirildikdən sonra günahkar şəxslər qanun qarşısında cavab verəcəklər.

Əslində, qanunvericilikdə nəzərdə tutulan cəzalar kifayət qədər təsirli mexanizmdir. Problem daha çox insanların məsuliyyətsiz yanaşmasında və hüquqi normalara laqeyd münasibətindədir. Unutmaq olmaz ki, yetkinlik yaşına çatmayan şəxsin razılığı hüquqi qüvvəyə malik deyil və belə hallarda söhbət yalnız zorakılıqdan gedə bilər. Digər ehtimallar sırasında qeyri-rəsmi münasibətlər və ya ailə tərəfindən erkən nikaha məcbur etmə halları da yer ala bilər.

Hər bir halda, bu hadisə hüquqi müstəvidə cinayət kimi qiymətləndirilməlidir. İstintaq yekunlaşdıqdan sonra isə bu işdə məsuliyyəti olan hər kəsin layiqli cəzasını alacağı gözlənilir"


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 890   Tarix: 20 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ŞAD XƏBƏR! Gələn il maaşlar, pensiyalar və sosial yardımlar ARTACAQ - AÇIQLAMA

"Gələn il Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının məbləğinin artırılması aztəminatlı ailələrin sosial müdafiəsinin daha da gücləndirilməsinə imkan verəcək. Ehtiyac meyarına uyğun olaraq ünvanlı dövlət sosial yardımı təyin edilir. Bu meyarın və minimum əməkhaqqının artırılması ünvanl

1 noyabr
.

Bu gündən bu QADAĞA qüvvəyə minir

Türkiyədə sosial şəbəkələrdən istifadə ilə bağlı yeni qaydalar bu gündən qüvvəyə minib. Buna əsasən, 15 yaşını tamamlamayan şəxslər sosial şəbəkələrdə hesab aça bilməyəcəklər. xəbər verir ki, yeni hesab yaratmaq istəyənlər yaşlarını "e-Devlet" portalı vasitəsilə əldə ediləcək xüsusi rəqəmsa

1 noyabr
.

Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR

Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin

31 oktyabr
.

Metro, avtobus və taksilərlə bağlı nə baş verəcək? - AÇIQLAMA

Bakı metrosunun "Nizami" və "28 May" stansiyaları arasında qatarların hərəkətinin dayandırılmasından sonra paytaxtda taksi qiymətləri kəskin artıb. Sərnişinlərin sözlərinə görə, əvvəllər 5 manata getdikləri məsafəyə görə indi 12 manat ödəməli olurlar. Bu artımın əsası nədir? Digə

1 noyabr
.

Kəmaləddin Heydərovdan iki polkovniklə bağlı qərar - Foto

Sumqayıt Regional Mərkəzinin rəisi, polkovnik Vaqif Fətullayev tutduğu vəzifədən azad edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Nazirin digər əmri ilə o, Aran Regional Mərkəzinə rəis təyin olunub

31 oktyabr
.

Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI

Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. Bu barədə "Report"a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Onun sözlərinə görə, gələn il yaşayış minimumu və ehtiyac meyarının məbləği 314 manat olacaq:. "Yaşayı

1 noyabr
.

Azərbaycan xalça və xalça məmulatlarının istehsalını 61 dəfə artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 152,7 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 61,1 dəfə çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 5,3 min kvadratmetr hazır məhsu

1 noyabr
.

Quru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Yanvar-sentyabr aylarında…

Azərbaycanda turizm sektorunun göstəriciləri geriləməkdə davam edir. "Yeni Sabah" xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu barədə "Facebook" səhifəsində paylaşım edib. Onun sözlərinə görə, hökumət turizmi yenidən prioritet sahə elan edərək yeni fəaliyyət proqramı qəbul etsə də

1 noyabr
.

Azərbaycan dəri istehsalını 24 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 52 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur. Bu il oktyabrın 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat

1 noyabr