"Həddindən artıq ucuzdursa, səbəbi var" - Ekspert saxta məhsullarla bağlı xəbərdarlıq etdi

"Həddindən artıq ucuzdursa, səbəbi var" - Ekspert saxta məhsullarla bağlı xəbərdarlıq etdiSon illər bazarda "original", "A class" və saxta məhsulların sayı artdıqca, xüsusilə geyim alarkən istehlakçıların seçim etməsi daha da çətinləşib. Bəzən xarici görünüşcə bir-birinə çox bənzəyən məhsullar arasında fərqi müəyyənləşdirmək asan olmur. Bu isə alıcıların həm maddi itki ilə üzləşməsinə, həm də yanlış seçim etməsinə səbəb ola bilir.

Bəs original və ya "A class" geyim seçərkən saxta məhsul olub-olmadığını necə ayırd etmək olar? İstehlakçılar alış zamanı hansı detallara diqqət etməlidir?

Məsələ ilə bağlı Sonxeber.az-a Strateji Kommunikasiya üzrə ekspert Səfər Aslanov danışıb.

"Həddindən artıq ucuzdursa, səbəbi var" - Ekspert saxta məhsullarla bağlı xəbərdarlıq etdiO, açıqlamasında qeyd edib ki, müasir bazarda istehlakçıların üzləşdiyi ən ciddi problemlərdən biri original, "A class" və saxta məhsullar arasındakı fərqi müəyyənləşdirməkdir:

"Xarici görünüşcə demək olar ki, eyni olan bu məhsullar arasında seçim etmək, xüsusilə geyim sahəsində getdikcə çətinləşir. Bir biznes konsultant kimi bu məsələyə sistemli yanaşmaq daha məntiqli olar.

Ən etibarlı ilk siqnal həmişə qiymətdir. Hər bir brendin bazar qiyməti rəsmi saytlar və avtorizasiya olunmuş satıcılar vasitəsilə əvvəlcədən araşdırıla bilər. Əgər təklif olunan qiymət orijinalın 30-50%-nə düşürsə, bu artıq ciddi şübhə yaradır. Sadə bir qayda olaraq: əgər bir şey həddindən artıq ucuzdursa, mütləq bir səbəbi var.

Qiymətdən sonra fiziki keyfiyyət göstəriciləri diqqətlə nəzərdən keçirilməlidir: tikişlərdə xətlərin bərabərliyi, iplik uclarının səliqəli kəsilməsi və tikiş sıxlığı. Orijinal brendlərdə adətən 1 sm-də 8-12 tikiş norması tətbiq olunur. Bu, keyfiyyətin əsas göstəricilərindəndir. Materiala toxunarkən orijinal parçanın yumşaq, lakin möhkəm hiss olunması gözlənilir. Ucuz saxtalarda isə sintetik qoxu, sərtlik və qeyri-təbii ağırlıq hiss olunur. Düymələr, fermuar və toqqalar kimi metal furnitura elementləri də diqqətdən qaçmamalıdır.

Loqo və brend detalları da mühüm yoxlama nöqtəsidir. Loqonun simmetriyası, şrifti və rəngi brendin rəsmi saytındakı ilə tam üst-üstə düşməlidir. Etiketdəki bulanıq çap, solğun rənglər və ya orfoqrafik səhvlər saxtalığın açıq əlamətlərindəndir. Bir çox premium brend bunun üzərinə gizli loqo, su nişanı və ya mikro çap kimi əlavə qoruma mexanizmləri də tətbiq edir.

Rəqəmsal yoxlama imkanlarından da mütləq istifadə edilməlidir. QR kod və ya serial nömrəsi brendin rəsmi saytında yoxlanıla bilər. Dior, Louis Vuitton, Moncler kimi premium brendlər artıq məhsullarına NFC çip yerləşdirir. Bundan əlavə, Entrupy, Legit App və CheckFresh kimi tətbiqlər istehlakçılara saxtalığı müstəqil şəkildə aşkar etməyə imkan verir".

Ekspert onu da vurğuladı ki, satıcının etibarlılığı isə bütün bu meyarları tamamlayan son, lakin bir o qədər vacib amildir:

"Orijinal satıcı faktura, zəmanət kartı, brend qutusu və rəsmi geri qaytarma siyasəti təqdim edir. Buna qarşılıq, yalnız sosial media üzərindən fəaliyyət göstərən, sənədsiz satış edən və geri qaytarma qəbul etməyən satıcılar ciddi şübhə yaradır.

"A class" məhsul anlayışına gəldikdə isə bir vacib qeydi xüsusi vurğulamaq lazımdır. İstehlakçılar bu kateqoriyanı çox zaman "yüksək keyfiyyətli surət" mənasında qəbul etsə də, biznes və hüquqi baxımdan bu məhsullar brendin icazəsi olmadan istehsal olunduğundan intellektual mülkiyyət hüququnun pozulması sayılır. Bundan başqa, "A class" kateqoriyası heç bir standartla tənzimlənmir. İstənilən satıcı istədiyi məhsula bu adı verə bilər. Alıcı üçün risk isə saxta məhsulda olduğu kimidir: nə zəmanət var, nə də sabit keyfiyyət.

Yekun tövsiyə olaraq deyə bilərəm ki, orijinal məhsul almaq istəyən istehlakçı mütləq avtorizasiya olunmuş satıcılara və ya brendin rəsmi platformasına müraciət etməlidir. Büdcə məhdudiyyəti varsa, saxta "lüks"ə pul xərcləmək əvəzinə Zara, Mango və ya H&M kimi keyfiyyəti sübut olunmuş əlçatan brendlərə üstünlük vermək daha ağıllı istehlakçı davranışıdır".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 723   Tarix: 20 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ŞAD XƏBƏR! Gələn il maaşlar, pensiyalar və sosial yardımlar ARTACAQ - AÇIQLAMA

"Gələn il Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının məbləğinin artırılması aztəminatlı ailələrin sosial müdafiəsinin daha da gücləndirilməsinə imkan verəcək. Ehtiyac meyarına uyğun olaraq ünvanlı dövlət sosial yardımı təyin edilir. Bu meyarın və minimum əməkhaqqının artırılması ünvanl

1 noyabr
.

Bu gündən bu QADAĞA qüvvəyə minir

Türkiyədə sosial şəbəkələrdən istifadə ilə bağlı yeni qaydalar bu gündən qüvvəyə minib. Buna əsasən, 15 yaşını tamamlamayan şəxslər sosial şəbəkələrdə hesab aça bilməyəcəklər. xəbər verir ki, yeni hesab yaratmaq istəyənlər yaşlarını "e-Devlet" portalı vasitəsilə əldə ediləcək xüsusi rəqəmsa

1 noyabr
.

Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR

Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin

31 oktyabr
.

Metro, avtobus və taksilərlə bağlı nə baş verəcək? - AÇIQLAMA

Bakı metrosunun "Nizami" və "28 May" stansiyaları arasında qatarların hərəkətinin dayandırılmasından sonra paytaxtda taksi qiymətləri kəskin artıb. Sərnişinlərin sözlərinə görə, əvvəllər 5 manata getdikləri məsafəyə görə indi 12 manat ödəməli olurlar. Bu artımın əsası nədir? Digə

1 noyabr
.

Kəmaləddin Heydərovdan iki polkovniklə bağlı qərar - Foto

Sumqayıt Regional Mərkəzinin rəisi, polkovnik Vaqif Fətullayev tutduğu vəzifədən azad edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Nazirin digər əmri ilə o, Aran Regional Mərkəzinə rəis təyin olunub

31 oktyabr
.

Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI

Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. Bu barədə "Report"a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Onun sözlərinə görə, gələn il yaşayış minimumu və ehtiyac meyarının məbləği 314 manat olacaq:. "Yaşayı

1 noyabr
.

Azərbaycan xalça və xalça məmulatlarının istehsalını 61 dəfə artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 152,7 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 61,1 dəfə çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 5,3 min kvadratmetr hazır məhsu

1 noyabr
.

Quru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Yanvar-sentyabr aylarında…

Azərbaycanda turizm sektorunun göstəriciləri geriləməkdə davam edir. "Yeni Sabah" xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu barədə "Facebook" səhifəsində paylaşım edib. Onun sözlərinə görə, hökumət turizmi yenidən prioritet sahə elan edərək yeni fəaliyyət proqramı qəbul etsə də

1 noyabr
.

Azərbaycan dəri istehsalını 24 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 52 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur. Bu il oktyabrın 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat

1 noyabr