"Bu barədə nə qədər maarifləndirməyə çalışsaq da, kənd adamı elə kənd adamı olaraq qalır" - PSİXOLOQ
Bu gün Ucar rayonunda yetkinlik yaşına çatmayan şəxsin uşaq dünyaya gətirməsi ilə bağlı yayılan məlumat cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Hadisə erkən hamiləlik, yeniyetmələrin psixoloji durumu, ailədaxili nəzarət və uşaqların müdafiəsi məsələlərini yenidən gündəmə gətirib. Bu kimi halların azyaşlının psixoloji vəziyyətinə və gələcək inkişafına təsiri xüsusi diqqət çəkən məqamlardandır.
Bəs, yetkinlik yaşına çatmayan şəxsin bu cür ağır həyat hadisəsi ilə üzləşməsi onun psixologiyasında hansı travmalara səbəb ola bilər və bu travmalar gələcək davranışlarına necə təsir göstərə bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a psixoloq Samirə Bağırova danışıb.
O, açıqlamasında qeyd edib ki, yeniyetmə bir qızın uşaq dünyaya gətirməsinin psixoloji nəticələri məcburi məsuliyyət, öz ehtiyaclarını sıxışdırmaq, həyat planlarının yarımçıq qalması, güvən problemləri kimi məsələlərlə nəticələnə bilər:
"Bilirsiniz, dövran dəyişir, qaydalar da yenilənir. Bir zamanlar 30 yaşındakı qadın artıq yaşlı hesab olunurdusa, bu gün gənc qadın sayılır. Bir zamanlar ulu nənələrimiz hətta yeniyetmə yaşında ailə qururdularsa, bu gün bu, qanuna zidd hesab olunur. Çünki keçmişin şüur səviyyəsi aşağı idi, inkişaf yox idi. Bu gün isə sürətli inkişaf var, şüur artıq əvvəlki kimi deyil.
Əvvəllər normal qəbul olunan hadisələr bu günün müasir insanında travmalar yaradır. Yeniyetmə bir qızın uşaq dünyaya gətirməsinin psixoloji nəticələri nə ola bilər? Məcburi məsuliyyət, emosional yorğunluq, tükənmə, öz ehtiyaclarını sıxışdırmaq, həyat planlarının yarımçıq qalması, güvən problemləri. Uşaqla sağlam emosional bağ qurmaq çətinləşə bilər və nəticədə uşaqda da psixoloji travmalar yarana bilər.
Bilirsiniz, bu barədə nə qədər danışsaq, maarifləndirməyə çalışsaq da, bir az kobud səslənsə də, kənd adamı elə kənd adamı olaraq qalır. Çünki məlum məsələdir ki, şəhər və kənd arasında şüur kodlaşmaları fərqlidir. Bir cəmiyyəti qanunla, danışaraq, izah edərək başa salmaq mümkün olursa, digərini yalnız cəzalandıraraq qanunu qəbul etdirmək mümkün olur.
Yeniyetmə qızın uşaq dünyaya gətirməsi hallarında valideynlər və həyat yoldaşı 10 illik həbs ilə cəzalandırılsa, əmin olun ki, bu hallar təkrarlanmaz. Bizim ölkədə maariflənmə və inkişaf əsasən Bakı şəhərindədir. Qəsəbə və kəndlərin şüur kodlaşması isə sanki bir əsr öncədə qalıb".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 834 Tarix: 20 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu gündən bu QADAĞA qüvvəyə minir
Türkiyədə sosial şəbəkələrdən istifadə ilə bağlı yeni qaydalar bu gündən qüvvəyə minib. Buna əsasən, 15 yaşını tamamlamayan şəxslər sosial şəbəkələrdə hesab aça bilməyəcəklər. xəbər verir ki, yeni hesab yaratmaq istəyənlər yaşlarını "e-Devlet" portalı vasitəsilə əldə ediləcək xüsusi rəqəmsa
1 noyabrNoyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR
Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin
31 oktyabrMetro, avtobus və taksilərlə bağlı nə baş verəcək? - AÇIQLAMA
Bakı metrosunun "Nizami" və "28 May" stansiyaları arasında qatarların hərəkətinin dayandırılmasından sonra paytaxtda taksi qiymətləri kəskin artıb. Sərnişinlərin sözlərinə görə, əvvəllər 5 manata getdikləri məsafəyə görə indi 12 manat ödəməli olurlar. Bu artımın əsası nədir? Digə
1 noyabrKəmaləddin Heydərovdan iki polkovniklə bağlı qərar - Foto
Sumqayıt Regional Mərkəzinin rəisi, polkovnik Vaqif Fətullayev tutduğu vəzifədən azad edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Nazirin digər əmri ilə o, Aran Regional Mərkəzinə rəis təyin olunub
31 oktyabrPensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. Bu barədə "Report"a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Onun sözlərinə görə, gələn il yaşayış minimumu və ehtiyac meyarının məbləği 314 manat olacaq:. "Yaşayı
1 noyabrAzərbaycan xalça və xalça məmulatlarının istehsalını 61 dəfə artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 152,7 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 61,1 dəfə çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 5,3 min kvadratmetr hazır məhsu
1 noyabrQuru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Yanvar-sentyabr aylarında…
Azərbaycanda turizm sektorunun göstəriciləri geriləməkdə davam edir. "Yeni Sabah" xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu barədə "Facebook" səhifəsində paylaşım edib. Onun sözlərinə görə, hökumət turizmi yenidən prioritet sahə elan edərək yeni fəaliyyət proqramı qəbul etsə də
1 noyabrAzərbaycan dəri istehsalını 24 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 52 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur. Bu il oktyabrın 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat
1 noyabr